Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Urup adası (yap. 得撫島, aynu. ウルㇷ゚, Уруп; həmçinin Rakkoşima; 1760—1806-cı illər ərzində Aleksandr adası) — Kuril adalarına daxil olan Böyük Kuril cırgəsinə aid o

Urup

  • Ana Səhifə
  • Vikipediya
  • Urup

Urup adası (yap. 得撫島, aynu. ウルㇷ゚, Уруп; həmçinin Rakkoşima; 1760—1806-cı illər ərzində Aleksandr adası) — Kuril adalarına daxil olan Böyük Kuril cırgəsinə aid olan ada. Ümumilikdə isə arxipelaqın dördüncü ən böyük adası. İnzibati cəhətdən isə Saxalin vilayətinin Kuril şəhər dairəsinə aiddir. 1946—1991 illərdən adada sərhəd zastavası fəaliyyət göstərmişdir. Burada Sovet sərhəd konringenti xidmət edirdi. Hazırda isə daimi əhaliyə sahib deyildir.

İturup adası
rus. Oстров Уруп
Ümumi məlumatlar
Sahəsi 1450 km²
Hündür nöqtəsi 1426 m
Əhalisi 0 nəfər
Yerləşməsi
45°54′00″ şm. e. 149°59′00″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
  • Saxalin vilayəti
Arxipelaq
  • Kuril adaları
Akvatoriya
  • Sakit okean
  • Oxot dənizi
İturup adası xəritədə
İturup adası
İturup adası
İturup adası xəritədə
İturup adası
İturup adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Fiziki-coğrafi xüsusiyyətləri

Coğrafiyası

Ada Urup boğazı ilə Çornıye Bratya adalarından ayrılır. Bu ada Urupdan 30 km şimal-şərqdə yerləşir. İturup adası isə 40 km şimal-qərbdə qərarlaşır. Adaları birbirndən Friza boğazı ayırır. Ada şimal-şərqdən cənub-qərbə 116 km məsafədə uzanır. Ən maksimsl eni 20 km-dir. Adanın sahəsi 1426 km² təşkil edir. Ərazusi dağlıqdır. Maksimal hündürlüyü 1426 metr olan Vısokaya dağıdır. Ada ərazisi ardıcıl vulkanin cərgədən ibarətdir. Vulkanlardan Berqa fəaliyyətdə olan vulkandır. Vulkanın krateri 980 metr hündürlüyə malikdir.

Vısokaya dağı və Kovsya silsiləsi üzərində 1016 metr yüksəklikdə Vısokaya gölü yerləşir. Adanın ən hündür silsiləsi 75 metr yüksəklikdə qərarlaşır. Adanın cənub hissəsi düzənlik və təpəlikdən ibarətdir. Bu hissədə bir necə zəif inkişaf etmiş buxta və körfəzlər vardır. Onlar arasında nisbətən fərqlənənləri Şukin və Kapsyuldur. Sahil hissəsi dayazlıqdır. Çimərlikləri çınqıl və daşlıqlsrdan ibarətdir. Dərinlik 100 metrdən başlayaraq qərb və şərq sahillərindən uzaqlaşdıqca 3-5 kilometrə qədər artır. Sahil hissələrdə qabarma və çəkilmələr müşahidə edilir.

İqlimi

Adanın şişal-şərq qutaracağı.

Ada iki iqlim zonası arasında sərhəd rolunu oynayır. Beləki cənubunda rütübətli musson dəniz, şimalında isə subartkik iqlik tipi hakimdir. Yayı sərim, olduqca yumşaq və qarlı keçir. Ümumilikdə isə adanın iqlimini sərin və rütubətli adlandırmaq olar. Tez-tez duman olur ancaq güclü şimşəklər müşahidə edilmir. Nisbətən isti yer adanın cənub qərb hissəsidir. Buradan isti Soya cərəyanı keçir. Ən isti və quraq dövr payızın birinci yarısı hesab edilir. Şimal-şərqinin iqlimi isə olduqca sərtdir.. Hər il fevral-mart ayları Friza boğazının Oxot dənizi sahillərini iri buz parçaları örtür. Onun şimal-şərq sahilləri buzlardan cəmi 1-1,5 ay müddətində tərtəmiz olur. Adada çox illik orta temperatur +2,2 °C təşkil edir.

Hidroqrafiya

Çayları və bulaqları qısa axara malikdir. Onların bəzisi bir başa qyalıqların üzərindən dənizə tökülür. Qıdalanmasında yağış, qar və yeraltı suları iştirak edir. Ən iri çayları: Qolinka, Rıbnaya, Tokotan, Taki, Tosikoe və Kaimeya.

Tarixi

Adanın köklü əhalisi Aynular olmuşdur. Aynu dilindən tərcümədə «Forel» adlanır.

20 iyun 1643-cü ildə hollandiyalı dənizçi Maarten Qerritsen de Friza İturup və Urup arsında boğazın olmasını aşkar etmişdir. Hazırda boğaz Friza boğazı adlanır. De Friz Hokkaydonun şimal qutaracaının Asiya, Urupu isə Amerika qitəsinə aid edirdi.

SSRİ, RSFSR, Rusiya Federasiyası

1945-ci ildə Urup Sovet qüvvələri tərəfindən işğal edilmişdir. 1991-ci ilə qədər adada SSRİ sərhəd zastavası fəaliyyət göstərmişdir.

Cənubda yerləşən adalardan fərqli olaraq adalar Yaponiya ilə mübahisə predmeti deyildir. Ancaq San-Fransisko sülh müqaviləsində Yaponiyanın iddiasının təminatı ilə bağı addəmlar atəlsada SSRİ bu müqaviləyə qoşulmamışdır.

1981—1983 və 2007 ildə rus alimləri burada rus yaşsyış məntəqələrinin qalıqlarını aşkarlamışlar.

Əhalisi

Hazırda adada yaşayış yoxdur. Ancaq burada vaxtı ilə Kastrikum və Kompaneyskoe yaşayış məntəqələri olmuşdur. Bununla belə adada iki mayak inşa edən ailə yaşayır. Onlar Van-der-Linda və Kastrikum mayaklarında yaşayırlar. Mayaklar arasında məsafə 120 km təşkil edur. 2011-ci ildən isə adada qızıl axtaranlar peyda olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Urup haqqında məlumat. Urup nədir? Urup nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 12, 2026

    Dardanel boğazı

  • Fevral 24, 2026

    9 sentyabr

  • Fevral 27, 2026

    Komi-permyaklar

  • Fevral 23, 2026

    Guillermo Lasso

  • Fevral 27, 2026

    Şərqi Yava

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst