Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Uraz Məhəmməd (qaz. Oraz-Muhammed, Ораз-Мұхаммед (اوراز محمد); 1573, Qazax xanlığı – 22 noyabr 1610, Kaluqa) — Qasım xanlığının hakimi.

Uraz Məhəmməd

  • Ana Səhifə
  • Vikipediya
  • Uraz Məhəmməd

Uraz Məhəmməd (qaz. Oraz-Muhammed, Ораз-Мұхаммед (اوراز محمد); 1573, Qazax xanlığı – 22 noyabr 1610, Kaluqa) — Qasım xanlığının hakimi.

Uraz Məhəmməd
qaz. Ораз-Мұхаммед Онданұлы, اوراز محمد
Şəxsi məlumatlar
Doğum tarixi 1573(1573)
Doğum yeri
  • Qazax xanlığı
Vəfat tarixi 22 noyabr 1610(1610-11-22) (36–37 yaşında)
Vəfat yeri
  • Kaluqa, Çar Rusiyası
Ailəsi Çingizlilər
Dini İslam

Həyatı

Kalmık hücumları sırasında Şığay xanın oğlu (Təvəkkül xanın qardaşı) Ondan sultan öldü. Qədirəli Cəlayiri atasız qalan 13 yaşındakı Uraz Məhəmmədi yanına alıb bütün kəndiylə birlikdə Sibir xanı Küçüm xanın yanın köç etdi. Küçüm xan o vaxtdan Qədirəlini özünə baş bəy olaraq təyin etdi. Kosım bəy davamlı Uraz Məhəmmədi yanında saxlayırdı və onu öz övladı kimi təlim-təhsil verib yetişdirdi.

Qədirəli bəy Kosımoğlu, Uraz Məhəmməd və Seydak üçü sıx-sıx ovlanmağa çıxardılar. Belə bir ov sırasında (1588də) İrtiş çayı boyunda dolaşan bu üç qazaxı Sibir hərbi komendantı D. Çulkov pusqu qurub yaxaladı. Daha sonra üçünü ev-övladlarıyla bərabər Moskvaya "girov" olaraq Çar sarayına göndərdi.

Uraz Məhəmməd isə 1590–1591-ci illərdə Krım xanlığı və isveçlilərə qarşı savaşlara hərbi mütəxəssis olaraq qatıldı və müxtəlif yararlıqlar göstərdi. Sədaqəti və igidliyindən dolayı dönəmin Rus çarı Fyodr İvanoviç (İvan Qroznının oğlu) 1592-ci ildə Oka çayı boyundakı Qasım xanlığından Uraz Məhəmmədə xüsusi bir əmirlə torpaq verdi.

1600-cü ildən sonra Qasım taxtına sahiblik edən nəsil dəyişmiş Qasax Uraz Məhəmməd hakimiyyəti idarə etmişdir. Əvvəllər Qazax şahzadəsi kimi Moskvanın bəzi qəbul mərasimlərində iştirak edən Uraz rus ordusu ilə birlikdə bir çox müharibələrdə olmuşdur. 1601-ci ildə o, Moskvanı ziyarət etdiyi zaman hökmdarlara məxsus təmtəraqla qarşılanmış, xarici nümayəndələrin qəbullarında onunla müstəqil hökmdar kimi rəftar olunmuş və bir çox protokol hərəkətlərinin icrasında iştirak etmiş Uraz Osmanlılara qarşı rəğbət bəslədiyini gizlətməmişdi. Türkiyəni çox qüvvətli dövlət kimi həmişə təqdir etmişdi. Çar Vasili ilə II Dmitri arasındakı rəqabəti aradan götürmək istəyən Uraza böhtan atılır, nəticədə pusquya salınaraq 1610-cu ildə öldürülüb.

Ədəbiyyat

  • Вельяминов-Зернов В. В. Исследование о касимовских царях и царевичах. Ч. 3. — СПб., 1866.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Uraz Məhəmməd haqqında məlumat. Uraz Məhəmməd nədir? Uraz Məhəmməd nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Teatr rejissoru

  • Fevral 27, 2026

    Ağa hamamı

  • Fevral 27, 2026

    Sidqi Ruhulla

  • Fevral 27, 2026

    Xosrovşah Qəznəvi

  • Fevral 10, 2026

    Üçüncü Reyx

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst