Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Uqra görüşü — Moskva knyazlığının Qızıl Orda dövlətindən asılılığına son qoyulması ilə nəticələnən münaqişə. 11 noyabr 1480-ci ildə Qızıl Orda hökmdarı Əhməd xa

Uqra qarşıdurması

  • Ana Səhifə
  • Vikipediya
  • Uqra qarşıdurması

Uqra görüşü — Moskva knyazlığının Qızıl Orda dövlətindən asılılığına son qoyulması ilə nəticələnən münaqişə. 11 noyabr 1480-ci ildə Qızıl Orda hökmdarı Əhməd xanla Moskva knyazı III İvan arasında Uqra çayı ətrafında cərəyan edən qarşıdurmalı görüş başa çatmışdır.

Uqra görüşünə aid XVI əsr miniatürü

Mündəricat

Qarşıdurmanın gedişatı

Hələ XIII əsrin ortalarından monqol-tatarların (türk-moğollar) asılığı altında olan rus knyazlıqları onlara vergi verməyə məcbur edilmişdi. 1380-ci ildə baş vermiş Kulikovo döyüşündən sonra asılılıq zəifləsə də, rus torpaqları hələ tam azadlıq qazana bilməmişdi. Lakin XV əsrin ikinci yarısında Qızıl Orda dövlətindəki zəifləməni fürsət sayan rusların azadlıq hissləri güclənmişdi.
1476-cı ildə Moskva knyazlığı Qızıl Ordaya vergi ödəməkdən imtina etdi, 1480-ci ildə asılıqdan çıxdığını rəsmən bəyan etdi. Qeyd etmək lazımdır ki, rus dövlətçiliyinin həlledici məqamlarından sayılan bu dövrdə artıq ağıllı manevrlər edilirdi. İki cəbhədə sıxışacağını görən rus knyazlıqları Litvaya qarşı Krım xanlığı ilə ittifaqa girərək hücumların birindən yayına bildi. Knyaz III İvan isə Əhməd xana qarşı döyüşə hazırlaşdı.
Qızıl Ordanın qüvvəsi qələbəyə iddialı sayılsa da, əlverişsiz hava şəraiti və rus artilleriyasının davamlı atəşi onları geri oturtmuş, hər iki tərəf mövqe savaşına başlamışdı. Bununla da, "Uqra müqaviməti" başlamışdı. Heç bir tərəf hücuma atılmadı, nəticədə hücum edən Qızıl Orda tərəfi məğlub vəziyyətə düşürdü. 11 noyabrda Əhməd xan qoşunlarını geri qaytardı və qarşıdurma sona çatdı.

Moskvalıların uğur qazanma səbəbləri

Moskva knyazlığının bu münaqişədən uğurla çıxmasında 3 əsas strateji-taktiki planın həyata keçirilməsi mühüm rol oynadı:

  • 1) Qızıl Ordanın müttəfiqi Litvaya qarşı Krım xanlığının yönləndirilməsilə təklənməkdən sığortalanma;
  • 2) III İvan tərəfindən müdafiəsiz qalan Qızıl Orda paytaxtına qoşun göndərməsi ilə rəqibi xoşagəlməz sürprizlə təəccübləndirmək və geriyə qaytarmaq məcburiyyəti yaratma;
  • 3) Mümkün qədər açıq döyüşdən qaçmaqla hücum iddiası ilə gələn monqol-tatar qoşunlarının əzminin qırılması və usanıb, qaçmağa vadar edilməsi.
Uqra görüşünün 500 illik ildönümü münasibətilə Rusiyada Kaluqa diyarının Uqra çayı sahilində abidə ucaldılmışdır. 1980-ci il

Nəticə

Görüşün Rusiya tarixində böyük önəmi var. Uqra görüşü nəticəsində rusların monqol-tatarlardan asılılığına son qoyuldu, vergilərin ödənməsi dayandırıldı. Moskva knyazlığı nəinki faktiki, həm də formal qaydada suveren dövlət oldu. 1980-ci ildə həmin hadisənin 500 illik ildönümü münasibətilə eyniadlı çayın sahilində abidə ucaldılıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, uqra qarşıdurması sözünün mənası, uqra qarşıdurması haqqında məlumat. uqra qarşıdurması nədir? uqra qarşıdurması nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əhməd Davudoğlu

  • Fevral 27, 2026

    Sonrakı Tan

  • Fevral 27, 2026

    Fitrət dövrü

  • Fevral 24, 2026

    Uels Şahzadəsi

  • Fevral 26, 2026

    Nəqli cümlə

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst