Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Uqanda planı — Şərqi Afrika Britaniyası torpaqlarının bir qismini yəhudilərə verilməsini özündə birləşdirən plan. Plana əsasən yəhudilərə öz dövlətlərini yaratm

Uqanda planı

  • Ana Səhifə
  • Vikipediya
  • Uqanda planı

Uqanda planı — Şərqi Afrika Britaniyası torpaqlarının bir qismini yəhudilərə verilməsini özündə birləşdirən plan. Plana əsasən yəhudilərə öz dövlətlərini yaratmaqları üçün geniş ərazilər verilməli idi. Təklif ilk dəfə 1903-cü ildə Böyük Britaniyanın müstəmləkələrlə bağlı məsələləri ilə məşğul olan Yozef Çemberlin tərəfindən sioinst lider Teodor Hertsla edildi. Plan indiki Keniya ərazisində yerləşən Mau platasında 13.000 km² ərazinin yəhudilərə verilməsini təklif edirdi. Uqanda planı Rusiya imperiyası ərazisində yaşanmış yəhudi qətliamlarına cavab olaraq hazırlanmışdı və yəhudilərin planı qəbul edəcəyi gözlənilirdi.

Təklif Bazel şəhərində keçirilən VI Sionist yığıncağında müzakirə edildi və müzakirələr şiddətli fikir ayrılığına səbəb oldu. Bir qrup təklifin qəbul ediləcəyi halda Fələstin ərazilərində yeni bir yəhudi dövlətinin yaradılmasının mümkün olmayacağını müdafiə edirdi. Yekunda 299 nəfərdən 177 nəfəri plana müsbət cavab verdilər. Növbəti il üç nəfərdən təşkil olunmuş qrup ərazinin öyrənilməsi üçün Keniyaya yola salındı. Ərazinin dəniz səviyyəsindən yüksəkdə yerləşməsi, ərazinin digər Afrika bölgələrinə nəzarən daha çox məhsuldar olması kimi səbəblər qrupda müsbət fikir yaratmışdı.

Bununla yanaşı müşahidə qrupu əraziyə çox yaxın olan bir vadidə yüzlərlə vəhşi heyvanın yaşadığını müəyyənləşdirdilər. Əsas problemlərdən biri isə gəlmələrə müsbət yanaşmayan Masai qəbiləsinin ərazidə çoxluq təşkil etməsi idi. Uqanda planı Vinston Çörçill tərəfindən İkinci dünya müharibəsi zamanı bir daha gündəmə gətirildi. Vinston Çörçill Üçüncü Reyxin təqiblərindən xilas olmağı bacaran yəhudilərin plana uyğun olaraq Afrika ərazilərinə yerləşdirilməsini təklif edirdi. Avropada fəaliyyət göstərən Sionist təşkilatlar Uqanda planın baş tutacağı təqdirdə Fələstin ərazilərinə yerləşmənin ikinici plana keçəcəyindən ehtiyat edərək plana sərt bir şəkildə etiraz etmişdilər. Nəticədə planın icrası dayandırılmışdır.

Həmçinin bax

  • Abayudaya, 1920-ci ildə İudaizmi qəbul etmiş bir Uqanda etnik qrupudur.
  • Madaqaskar planı Avropalı yəhudilərin Madaqaskar adasına köçürüləmsini nəzərdə tuturdu.
  • SSRİ dönəmində yaradılan Yəhudi muxtar vilayəti, Rusiya Federasiyası dönəmində də saxlanılmışdır.
  • Yaponlar Fuqu planı ilə yəhudiləri özlərinin yaratdıqları kukla dövlət Mançjou-qoya yerləşdirməyə çalışırdı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Uqanda planı haqqında məlumat. Uqanda planı nədir? Uqanda planı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Aroaniya

  • Fevral 10, 2026

    I Təhmasib

  • Fevral 27, 2026

    Həsənkef əmirliyi

  • Fevral 27, 2026

    Merida (İspaniya)

  • Fevral 27, 2026

    Trençin

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst