Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Uppsala kafedralı (isv. Uppsala domkyrka) — İsveçin Uppsala şəhərinin mərkəzində, Uppsala Universitetinin Universitet Zalı ilə Firis çayı arasında yerləşən kils

Uppsala kafedralı

  • Ana Səhifə
  • Vikipediya
  • Uppsala kafedralı

Uppsala kafedralı (isv. Uppsala domkyrka) — İsveçin Uppsala şəhərinin mərkəzində, Uppsala Universitetinin Universitet Zalı ilə Firis çayı arasında yerləşən kilsə. Kafedral XIII əsrin sonlarına aiddir və 118.7 metr (389 fut) hündürlüyü ilə Şimali ölkələrinin ən hündür kilsəsidir. Roma-Katolik kilsəsi kimi inşa edilib, lakin Protestant Reformasiyasından sonra uzun müddət İsveç monarxlarının tacqoyma mərasimləri üçün istifadə olunub. Kilsədə bir neçə İsveç kralı və arxiyepiskopu dəfn edilib.

Uppsala kafedralı
Uppsala domkyrka
Ölkə
  •  İsveç
Yerləşir Uppsala bələdiyyəsi[d]
Tikilmə tarixi 1287
Hündürlüyü 118,7 m
Uzunluğu
  • 118,7 m
Eni 45 m
Material kərpic
Rəsmi sayt svenskakyrkan.se/uppsala…
59°51′29″ şm. e. 17°38′00″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Vikinq dövrü dövrünün sonunda hazırki Uppsala şəhərindən təxminən 5 kilometr şimalda yerləşən Qamla Uppsala (Köhnə Uppsala) məbədi xristian kilsəsinə çevrildi. Tikintinin dəqiq tarixi məlum olmasa da, 1123-cü ildə Sivard Bremen-Hamburq arxiyepiskopu tərəfindən Uppsala yepiskopu təyin edildi. Lakin Sivardın vəzifəyə başlayıb-başlamadığı məlum deyil, çünki o, qovulmuşdu və 1130-cu illərin əvvəllərində Almaniyada idi. Yepiskoplar kataloqu Severeni ilk yepiskop kimi qeyd edir və o, Sivardın mümkün əvəzçisi hesab olunur. "Finlandiyanın Həvarisi" Henrik dördüncü yepiskop olub.

1204-cü ildə Qamla Uppsala kafedralı yanğından zərər gördükdən sonra, Kapitul Müqəddəs Taxtdan binanı daha böyük bir yerə köçürmək üçün icazə istədi. Papa IV Aleksandr 1258-ci ildə bu xahişi Uppsala adının qorunması şərti ilə qəbul etdi. Təxminən 1272-ci ildə Firis çayının cənubunda yerləşən Östra Arosda yeni kafedralın tikintisinə başlandı. Kilsənin layihəsi fransız memarları tərəfindən çəkilsə də, 1281-ci ilə qədər ilkin layihələrdə müəllifinin adı qeyd edilməyib. 1287-ci ildə Paris provostu tərəfindən tərtib edilmiş sənəddə usta memar Etienn de Bonneuil və köməkçilərinin İsveçə səyahət xərclərini əhatə edir.

Memarlığı

Kilsə Etienn de Bonneuil də daxil olmaqla fransız memarları tərəfindən Fransız Qotika üslubunda inşa edilib. O, nef və transept tərəfindən formalaşan xaç formasındadır. Kilsənin böyük hissəsi 1272-1420-ci illər arasında inşa edilsə də, qərb ucu yalnız XV əsrin ortalarında tamamlanıb. Qısa müddət sonra kilsənin qərb ucunda qoşa qüllələr tikilib. 1880-ci illərdə binada əhəmiyyətli dəyişikliklər edən Helqo Zettervall tərəfindən kilsə yenidən layihələndirilib. Kafedralın əsas tikinti materialı kərpicdir, lakin sütunlar və bir çox detallar Qotland əhəng daşından hazırlanıb.

Tağların hamısı XIII əsr planına uyğun olaraq inşa edilsə də, bəziləri təxminən 1440-cı illərdə tikilib. 1702-ci ildə baş verən böyük yanğında kilsənin daxili interyeri demək olar ki, məhv olub. 1970-ci illərdə aparılan təmir işləri zamanı Reformasiyadan sonra ağ suvaqla örtülmüş bir çox orta əsr freskaları aşkar olunaraq bərpa edilib.

Qalereya

  • Havadan görünüş
    Havadan görünüş
  • Xarici görünüşü
    Xarici görünüşü
  • Katedralin ön tərəfinin görünüşü
    Katedralin ön tərəfinin görünüşü
  • Giriş portalı
    Giriş portalı
  • Daxili interyer
    Daxili interyer
  • Müqəddəs Erikin məzarı
    Müqəddəs Erikin məzarı
  • Qustav Vasa və onun iki arvadının məzarı
    Qustav Vasa və onun iki arvadının məzarı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Uppsala kafedralı haqqında məlumat. Uppsala kafedralı nədir? Uppsala kafedralı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Krossover (avtomobil)

  • Fevral 27, 2026

    Tiqlatpalasar

  • Fevral 23, 2026

    Boris Pasternak

  • Fevral 28, 2026

    Hacı Hüsü

  • Fevral 25, 2026

    16 mart

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst