Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Unibank – 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş və Azərbaycanda fəaliyyət göstərən ən iri özəl banklarından biridir.

Unibank

  • Ana Səhifə
  • Vikipediya
  • Unibank

Unibank – 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş və Azərbaycanda fəaliyyət göstərən ən iri özəl banklarından biridir.

Unibank
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Açıq Səhmdar Cəmiyyət
Sənaye bank
Məhsulu Maliyyə xidmətləri
Təsis tarixi 2002
Əvvəlki adı MBank, PROMTEXBANK
Baş qərargahın yeri
  • Bakı
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 165.000.000 $
Xalis mənfəəti
  • 30.000.000 $
Struktur
İşçi sayı 1000-dən çox
Rəhbərlik
Rəhbərlik

Eldar Qəribov - Müşahidə Şurasının sədri

Fərid Abuşov - İdarə Heyətinin sədri
unibank.az

Mündəricat

Haqqında

Unibank – Azərbaycanın 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir.

Missiya

Unibankın missiyası, müştərilərin ilk seçimi olmaq və müştərilərə yönəlik (müştəri yönümlü) maliyyə xidmətləri və innovativ həllər təqdim etməklə, bütün maraqlı olan tərəflər üçün uzunmüddətli dəyər yaratmaqdır.

Bank məhsulları

Albalı kart

Albalı Kart — 4 bank məhsulunu özündə birləşdirən beynəlxalq kartdır. Azərbaycan kart bazarı üçün bir ilk olan Albalı beynəlxalq kart olmaqla yanaşı, dörd bank məhsulunu:güzəşt müddətli kredit xətti, taksitli ödəmə imkanı olan Albalı kartı, depozit və debet kartı özündə birləşdirir. Hal-hazırda bu kartın satışı dayandırılıb.

UBank

UBank 24/7 bank xidmətlərinə çıxışı smartfonda təmin edən mobil tətbiqdir. Ödənişləri banka gəlmədən, smartfonda bir toxunuşla həyata keçirmək mümkündür.

Leobank

Leobank Azərbaycanın ilk neobankı, 2021-ci ildə istifadəyə verilmiş Unibank kommersiya bankının mobil tətbiqidir. Leobank kartları ilə birbaşa tətbiqdə kredit limiti əldə edə, şəxsi vəsaiti saxlaya, keşbek ala və müxtəlif ödənişlər etmək olar.

UCard

UCard — kredit və multivalyutalı debet kartını özündə birləşdirən tək kartdır. UCard Unibank müştərisinə istər ölkə daxilində, istər xaricdə tək kart məhsulu ilə istədiyi əməliyyatları etmək, debet və kredit imkanlarından rahatlıqla istifadə imkanı yaradır, hər 4 hesabdan əməliyyat etmək, bank hesablarını görmək, UCard-ın əsas hesabını seçmək mümkündür.

Mükafatlar

  • Deloitte & Touche LLC şirkətinin araşdırmasına əsasən Unibank Mobile (UBank) MDB məkanında ən yaxşı mobil əlavələrdən biri hesab olunub.
  • "Markswebb" agentliyinin araşdırmasına əsasən Unibank Mobile (UBank) Azərbaycanda ən yaxşı mobil bank əlavəsi hesab olunur.
  • UBank — NETTY2018 National Internet Award NETTY2018 Milli İnternet Mükafatının "İlin Mobil Əlavəsi" nominasiyasında qalib seçilib. Həmçinin UBank tətbiqi "NETTY2021" Milli İnternet Mükafatının Biznes və Maliyyə nominasiyası üzrə "İlin ən yaxşı mobil tətbiqi" olaraq seçilib.

Rəhbərlik

  • Eldar Qəribov – Müşahidə Şurasının sədri
  • Faiq Hüseynov — Müşahidə Şurasının üzvü, Müşahidə Şurasının sədrinin müavini
  • Emin Quliyev – Müşahidə Şurası sədrinin müavini
  • Kamen Zaxariyev – Müşahidə Şurasının müstəqil üzvü
  • Verner Klaes — Müşahidə Şurasının müstəqil üzvü
  • Heybət Qədirov — İdarə Heyəti Sədrinin vəzifəsini müvəqqəti icra edən
  • Faiq Zeynalov – İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı
  • Andrey Qrab – İdarə Heyətinin üzvü, Baş risk inzibatçısı

Həmçinin bax

  • Unibank Premyer Liqası 2009/2010

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, unibank sözünün mənası, unibank haqqında məlumat. unibank nədir? unibank nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Felis catus

  • Mart 01, 2026

    Avtomatik yükləyici

  • Mart 02, 2026

    Qrenada bayrağı

  • Mart 01, 2026

    Əl-Qəzəli

  • Fevral 27, 2026

    E.ə. 320

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst