Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Viktor ungerniyası (lat. Ungernia victoris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin amarilliskimilər fəsiləsinin ungerniya cinsinə aid bitki növü.

Ungernia victoris

  • Ana Səhifə
  • Vikipediya
  • Ungernia victoris

Viktor ungerniyası (lat. Ungernia victoris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin amarilliskimilər fəsiləsinin ungerniya cinsinə aid bitki növü.

Viktor ungerniyası
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Dəstə:
Qulançarçiçəklilər
Fəsilə:
Amarilliskimilər
Yarımfəsilə:
Amarilliskimilər
Triba:
Lycorideae
Cins:
Ungerniya
Növ:
Viktor ungerniyası
Beynəlxalq elmi adı
  • Ungernia victoris Artjush., 1970
Vikianbarın loqotipi
Vikianbarda şəkil
axtarışı
EOL  1083285

Mündəricat

Botaniki xarakteristikası

Çoxillik soğanaqlı bitkidir. Soğanağı iri, uzunluğu 7–11 sm, yumurtaşəkilli, diametri 7–12 sm, açılan, tünd-qəhvəyi və ya qaramtıl-qonur rəngli, pulcuqlu olub, boyuncuğunun uzunluğu 17 sm-ə bərabərdir. Soğanağın dib tərəfi yaxşı inkişaf etmiş, sarımtıl-çəhrayı rəngli, şirəli olmaqla, yalançı əlavə kökləri vardır. Yarpaqları ikisıralı, şirəli, hamar, xətti, zirvəsi küt, uzunluğu 20–40 sm, eni isə 1–4 sm-ə bərabərdir. Bu bitki fevralın sonunda inkişafa başlayaraq, aprelin ortalarına kimi maksimal inkişaf edir. Mayın sonundan iyunun sonuna qədər inkişafı zəifləyir və quruyur. İnkişaf etmiş çiçəkqruplarının uzunluğu 12–30 sm olub, bircərgəli çətirşəkilli qına malikdir. Çiçəkqrupları 2–11 ədəd, düz qıfabənzər, sarımtıl-çəhrayı və ya yasəmən çiçəklərinə bənzəyir. İyulun sonu və avqustun əvvəllərində çiçəkləyir, sentyabrda isə meyvələri yetişir.

Toplanıldığı yerlərdən təkrar toplanılması 3 ildən sonra ola bilər. Keyfiyyətli xammalı ən inkişaf etmiş yarpaqları hesab (30–35sm) edilir. Toplanılma aprelin ortalarından mayın ortalarına qədər aparıla bilər. Yarpaqlarını iti bıçaqla kəsmək lazımdır. Çoxlu miqdarda yarpağın birdən-birə toplanılması məsləhət görülmür. Çoxillik yabanı və keyfiyyətli dərman xammalı olan Viktorunqerniyası bitkisini aprelin ortalarından mayın sonuna (yarpaqlar saralana qədər) qədər toplamaq və qurutmaq mümkündür. Təzə yarpaqları küləş doğrayan maşınla 2–3 sm hissəciklərə bölərək, brezent və ya düz meydançaya sərərək qurutmaq lazımdır. Qurutma 4–5 gün ərzində aparılmalıdır.

Zəif iyli olub, dadı müəyyən olunmamışdır (!).

Xammalı B siyahısına daxildir. Saxlanılma müddəti 2 ildir.

Tərkibi və təsiri

Soğanaq və yarpaqlarının tərkibində qalantamin və likorin sırası alkaloidlər vardır. Bu alkaloidlərin əsasını qalantamin, qalantin və likorin təşkil edir. Soğanaqlarında 0,8–0,9%, köklərində 2,25%, yarpaqlarında isə 0,33–1% alkaloidlər vardır. Yarpaqlarında 0,2% qalantamin olur. Bundan başqa xelidin turşusu, çiçəklərində efir yağı izləri, soğanağında nişasta, selik, kitrə və qatran vardır.

Bronxolitik, öskürəkkəsici, qusmaəleyhinə və antixolenestraza dərmandır.

Qalantamin xolenestrazanın əks blokatrıdır. Sinir impulslarının keçiriciliyini yüngülləşdirir, baş və onurğa beyin reflektor zonalarının sinir-əzələ sinapslarının oyanmasını gücləndirir. Skelet əzələlərin tonusunu oyandırır və stimullaşdırır, mədə və tər vəzilərinin sekresiyasını artırır, mioz yaradır, akkomodasiya spazmını aradan götürür və gözdaxili təzyiqi azaldır. Likorin bronxolitik, öskürəkkəsici və qusma yaradır. Antixolenestraza aktivliyi, bağırsaq və skelet əzələlərini və sidik yollarını stimullaşdıran dərmandır.

Yarpaqlarında qalantamin vardır ki, bundan da "qalantamin hidrobromid" maddəsi alınır. Miasteniyada, proqressiv əzəzə distrofiyasında, hərəkət və duyğu pozğunluqlarında, nevrit, polinevrit, radikulit və digər patologiyalarda təyin edilir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ungernia victoris sözünün mənası, ungernia victoris haqqında məlumat. ungernia victoris nədir? ungernia victoris nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kergelen silsiləsi

  • Fevral 27, 2026

    Qalo

  • Mart 03, 2026

    Paris Klubu

  • Fevral 27, 2026

    Mauna Kea

  • Mart 01, 2026

    Çili bayrağı

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst