Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Uitsilopoçtli (astek Huitzilopōchtli) — astek mifologiyasında Günəş və müharibə tanrısı. Astek dininin iki əsas tanrısından biri. Astek sənətkarları onu qartal

Uitsilopoçtli

  • Ana Səhifə
  • Vikipediya
  • Uitsilopoçtli

Uitsilopoçtli (astek Huitzilopōchtli) — astek mifologiyasında Günəş və müharibə tanrısı. Astek dininin iki əsas tanrısından biri. Astek sənətkarları onu qartal və ya kolibri şəklində təsvir edirdilər.

Uitsilopoçtli
astek Huitzilopōchtli
Mifologiya astek mifologiyası[d]
Təsir sahəsi müharibə, şimşək
Cinsi kişi[d]
Anası Koatlikue
Dini mərkəz Tenoçtitlan
Əsas məbəd Templo Mayor
Simvol qartal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Haqqında

Etimologiya

Uitsilopoçtli Navatl dilindəki huitzilin "kolibri" və opochtli "sol" sözlərinin birləşməsindən yaranmışdır. Asteklər inanırdılar ki, ölmüş döyüşçülər kolibri quşu kimi yenidən doğulurlar. Onlar cənubu dünyanın sol tərəfi hesab edirdilər. Buna görə də onun adı "cənubun dirilmiş döyüşçüsü" mənasını verirdi. Onun digər adlarına Şoçipilli ("Firuzə Şahzadə") və Totek ("Rəbbimiz") daxil idi. Onun heyvan formasında təcəssümü qartal idi.

Mifologiya

Uitsilopoçtlinin anası Koatlikue idi. O, göydən düşən və sinəsində kolibri lələklərindən (yəni döyüşçünün ruhu) ibarət bir topu saxlamaqla hamilə qalmışdı. Ənənəyə görə, Uitsilopoçtli Koatepek dağında, Tula şəhəri yaxınlığında doğulmuşdu.

Uitsilopoçtlinin qardaşları – cənub səmasının ulduzları – və bacısı, ay ilahəsi Koyolşauki onu öldürmək qərarına gəlirlər. Uitsilopoçtli isə bacı və qardaşlarının planlarını pozur və "firuzə ilanı" (astek xiuhcóatl) silahı ilə onları məhv edir. Uitsilopoçtli, həm də yol göstərən bir tanrı idi. Asteklərin inancına görə Astlandan Meksika vadisinə qədər olan uzun köçü zamanı yolu asteklərə Uitsilopoçtli göstərmişdi.

Ayin

Uitsilopoçtlinin baş kahini "Ketsalkoatl Tlalok Tlamakaski" adlanırdı. Asteklərin mərasim ilinin 15-ci ayı olan Panketsalistli (azərb. Dəyərli tüklərin bayraqları bayramı‎) Uitsilopoçtli və onun müavini Paynala həsr olunmuşdu. Bu ay ərzində döyüşçülər və kurtizanlar (zadəgan faişələr) tanrının məbədi qarşısındakı meydanda gecə-gündüz rəqs edirdilər. Müharibə əsirləri və ya qullar Uitsilopoçkodakı (indiki Mexiko şəhəri yaxınlığındakı Çurubusko) müqəddəs bulaqda yuyulur və sonra Paynalın yürüşü zamanı və ya ondan sonra qurban verilirdilər. Kahinlər həmçinin tanrının əsas silahını simvolizə edən nəhəng qabıq-kağızdan hazırlanmış ilan fiqurunu yandırırdılar. Sonda isə üyüdülmüş qarğıdalıdan hazırlanmış Uitsilopoçtli heykəli oxla "öldürülür" və kahinlər arasında bölüşdürülürdü. Tanrının "bədənini" yeyənlər bir il ərzində ona xidmət etməyə borclu sayılırdılar.

Həmçinin bax

  • Tlalok
  • Kiniç Ahav

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, uitsilopoçtli sözünün mənası, uitsilopoçtli haqqında məlumat. uitsilopoçtli nədir? uitsilopoçtli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Heyranidil Qadınəfəndi

  • Mart 03, 2026

    Qarşi

  • Mart 07, 2026

    Cephalotaxaceae

  • Fevral 27, 2026

    Şiqeru Miyamoto

  • Fevral 27, 2026

    Posidonius

Trend Mahnılar
  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst