Ucan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd.
| Kənd | |
| Ucan | |
|---|---|
| |
| 40°17′54″ şm. e. 44°12′17″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Karbi mahalı |
| Rayon | Əştərək rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 1.150 m |
| Saat qurşağı | UTC+4 |
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
![]() Ucan | |
Tarixi
Rayon mərkəzindən 14 km cənub-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Uçan kimi əksini tapmışdır. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Toponim türk mənşəli uc etnoniminə cəmlik bildirən -an şəkilçisinin artırılması ilə düzəlib «ucların yaşadığı yer, uclara məxsus kənd» deməkdir. Etnotoponimdir.
Quruluşca düzəltmə toponimdir.
Əhalisi
Kənddə 1831-ci ildə 62 nəfər, 1873 - cü ildə 235 nəfər, 1886-cı ildə 364 nəfər, 1897-ci ildə 444 nəfər, 1908-ci ildə 300 nəfər, 1914 - cü ildə 318 nəfər, 1916-cı ildə 480 nəfər, 1918-ci ildə 300 nəfər yalnız azərbaycanlı yaşamışdır.
1919 - cu ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş, Türkiyənin Muş, Van qəzalarından köçürülən ermənilər burada yerləşdirilmişdir.
İndi ermənilər yaşayır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ucan haqqında məlumat. Ucan nədir? Ucan nə deməkdir?

