Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Uçan xalça və ya Sehrli xalça — İnsanların mifik təsəvvürlərində mövcud olmuş fantastik hava nəqliyyatı vasitəsi.

Uçan xalça

  • Ana Səhifə
  • Vikipediya
  • Uçan xalça

Uçan xalça və ya Sehrli xalça — İnsanların mifik təsəvvürlərində mövcud olmuş fantastik hava nəqliyyatı vasitəsi.

Viktor Vasnetsov, "Uçan xalça", 1880-ci il.

Mündəricat

Tarixi

Dünya nağılları içində sehrli nağıllara daha çox önə verilir. İnsanların mifik təsəvvürləri əks olunan sehrli nağıllarda sehrli qüvvələr – uçan xalça, sehrli güzgü, sehrli tütək, sehrli papaq, sehrli çıraq, divlər, yeddibaşlı əjdahalar, əfsanəvi quşlar və s. iştirak edirlər. Hərçənt bu ideyaya Yaxın Şərq ədəbiyyatında, həmçinin Azərbaycan şifahi xalq ədəbiyyatında daha çox rast gəlmək olur.

"Uçan xalça"nın bu günü

Müasir texnologiyalar vasitəsilə Dünya nağıllarındakı uçan xalçanın gerçəkləşməsinə bir sıra cəhdlər edilmişdir. Məsələn, Prinston Universitetinin alimləri tərəfindən plastik materialdan hazırlanmış "sehrli xalça" sınaqdan keçirilib. ABŞ-nin Prinston Universitetində bu istiqamətdə tədqiqat aparılır. Aspirant Noa Cafferisin təqdim etdiyi şəffaf plastik təbəqə əks istiqamətlərdə hərəkət edən elektrik yükü sayəsində hərəkət edir. Elektrikin yaratdığı dalğa havanı hərəkətə gətirir və bu da xalçanı itələyir.

Hələlik "uçan xalça"nın sürəti saniyədə 1 santimetrdir. Tədqiqatçı sürəti saniyədə 1 metrə çatdırmaq niyyətindədir. Layihə uğurlu olarsa, "uçan xalça" şəhərdaxili nəqliyyat kimi istifadə edilə bilər. Bu layihəni gerçəkləşdirmək üçün iki üsul mövcuddur: daha yüngül materialdan və yaxud da daha güclü vasitələrdən istifadə etmək. Qrup indi, bu çətinliyi aradan qaldırmaq üçün Günəş enerjisi ilə işləyən yeni bir model üzərində çalışır. Ancaq "uçan xalça"nın üzərində bir adamı aparması bu gün reallıqdan bir xeyli uzaq görünür.

Uçan xalça dünya mədəniyyətində

"Uçan xalçalar" ta qədimdən müasir günümüzə qədər ədəbiyyat, kino və cizgi filminin əsas ideyalarından biri olmuşdur.

  • Min bir gecə nağılında.
  • Min bir gecə baletində.

2015 Avropa Oyunlarının açılış mərasimində Azərbaycan xanəndəsi Alim Qasımov uçan xalça üzərində muğam oxumuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Uçan xalça haqqında məlumat. Uçan xalça nədir? Uçan xalça nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Natural ədədlər

  • Fevral 27, 2026

    E.ə. 358

  • Fevral 27, 2026

    Şahmat (roman)

  • Fevral 27, 2026

    Mehran

  • Fevral 27, 2026

    Kiçik Qarakilsə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst