Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Uçalı rayonu (başq. Учалы районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Uçalı şəhəridir.

Uçalı rayonu

  • Ana Səhifə
  • Vikipediya
  • Uçalı rayonu

Uçalı rayonu (başq. Учалы районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Uçalı şəhəridir.

Rayon
Uçalı rayonu
Учалы районы
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

54°22′ şm. e. 59°27′ ş. u.HGYO


Ölkə
  •  Rusiya
İnzibati mərkəz Uçalı
Tarixi və coğrafiyası
Yaradılıb 20 avqust 1930
Sahəsi 4.549 km²
Saat qurşağı
  • Yekaterinburq vaxtı[d]
  • UTC+05:00
Əhalisi
Əhalisi
  • 70.171 nəf. (2021)
Rəqəmsal identifikatorlar
Avtomobil nömrəsi 02, 102
Rəsmi sayt
Uçalı rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Ural çayı üzərində körpü

Mündəricat

Coğrafiyası

Uçalı rayonu Başqırd önuralının şimalında yerləşir. Şimal-qərbdən Başqırdıstanın Belores və Abzelil, şimal-şərqdən isə Çelyabinsk vilayətinin Verxneuralski, Zlatoustovski, Satkinski və Çebarkulski rayonları ilə sərhədə malikdir. Rayon ərazisindən Miass — Uçalı — Mejozyornı dəmir yolu və Beloretsk — Uçalı — Miass, Uçalı — Xuunovo — Karaqay avtomagistralı keçir. İqlimi kontinentaldır. Qərbdən nisbətən hündür silsilələrlə hava axını üçün bağlı olması, şimaldan və şərqdən isə arktik havanın daxil olması üçün maneənin olmaması iqliminə böyük təsir göstərir.

Tarix

Uçalı rayonu 1919-cu ilə qədər Orenburq vilayətinin Verxneuralski və Troyski qəzaları ərazisinə daxil idi. 23 mart 1919-cu ildən etibarən isə Rusiyanın ilk milli muxtariyyəti olan Başqırdıstan MSSR-in tərkibinə qatılmışdır.

Əhali

Əhalinin sayı
2002 2008 2009 2010 2012 2013
35 649▲76 725 ▲77 125 ▼73 268 ▼73 247 ▼73 114
2014 2015 2016 2017
▼72 663 ▼71 963 ▼71 539 ▼71 291

Ümum-Rusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Ziançurinski rayonunun milli tərkibi: başqırdlar — 64,3 %, ruslar — 18,2 %, tatarlar — 15,9 %, digər millər — 1,6 %.

İnzibati-ətazi vahidləri

Uçalı ayonunda 1 şəhər və 14 kənd inzibati vahidliyinə 88 yaşayış məntəqəsi daxildir

İqtisadiyyat

Aqrar-sənaye rayonudur. Rayon ərazisində dəmir, qızıl, kvars, tikinti daşı, əhəng, kərpiç xammalı, qum kimi faydalı qazıntılar vardır. Ərazisinin 196,2 min ha əkinə yararlıdır (bu isə rayon ərazisinin 43,5 %). 75,3 ha ərazi otlaq kimi istifadə edilir.

Sosial sfera

Rayon ərazisində 65 ümumtəhsil mərkəzi, 20 orta məktəb, 33 kütləvi kitabxana, 63 klub, 5 sahə xəstəxanası fəaliyyət göstərir. Burada rus və başqırd dillərində "Uçalinskaya" (əvvəllər "oraq və çəkiç") və "Yayık" adlı qəzetlər buraxılır.

Tanınmış sakinləri

  • Bepenya Toropberdin — 1735–1740-cı illər Basqırd üsyanlarının lideri.
  • Najiya Hibatovna Allayarova — müğənni, RSFSR əməkdar artisti.
  • Hakimyan Rəhimoviç Əhmədqalın — Sovet İttifaqı Qəhrəmanı, Böyük Vətən müharibəsi iştirakçısı.
  • Yuri Petroviç Batalin — SSRİ Tikinti Komitəsinin sədri.
  • Aleksandr Matveyeviç Matrosov — Sovet İttifaqı Qəhrəmanı, Böyük Vətən müharibəsi iştirakçısı.
  • Flora Axmetşeyevna Kildiyarova — aktrisa, RSFSR əməkdar artisti.
  • Aleksandr Qeorqieviç Serebryannikov — Sovet İttifaqı Qəhrəmanı.
  • Abdulla Afzaloviç Sultanov — Başqırd müğənnisi, Başqırd MSSR-nin əməkdar mədəniyyət işçisi (1986), Başqırdıstanın xalq artisti (1996).
  • Zavdat Gumurdakoviç Sunaqatullin — Sovet İttifaqı Qəhrəmanı.
  • Marsel Calileviç Yusupov — idmançı, güləşçi, iki dəfə Avropa çempionu, Rusiya çempionu.
  • Salavat Ahmadieviç Nizamutdinov — bəstəkar, əməkdar xadim.
  • Nizametdinov Rais Javdatoviç — Başqırdıstan Respublikasının əməkdar mədəniyyət işçisi (2005), Ş. Babiç adına Başqırdıstan Respublikasının dövlət mükafatı laureatı (2000), tanınmış rəqqas, xoreoqraf, səhnə rejissoru, kurasteist,
  • İldus Barieviç Abdrahmanov — Kimya elmləri doktoru, akademik, Başqırdıstan Respublikası Elmlər Akademiyasının Kimya və Texnoloji Elmlər Bölməsinin katibi.
  • İmuxamet Qilmutdinoviç Qalyautdinov — 2000-ci ildən 2013-cü ilə qədər Zaqir İsmagilov adına Ufa Dövlət Rəssamlıq Akademiyasının rektoru, Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi (1986), BMSSR (1986) filologiya elmləri doktoru, professor (1994).
  • Vil Bareeviç Qaleev — Texniki elmlər doktoru (1988), professor (1990).
  • Qalib Barievi Qaliev — Fizika-riyaziyyat elmləri doktoru (2004).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, uçalı rayonu sözünün mənası, uçalı rayonu haqqında məlumat. uçalı rayonu nədir? uçalı rayonu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Sus (Laçın)

  • Fevral 27, 2026

    Kulinariya

  • Mart 01, 2026

    Çin pişiyi

  • Fevral 27, 2026

    Flensburq hökuməti

  • Fevral 27, 2026

    İssık-Kul

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst