Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Təl-Əbyəz (bəzi mənbələrdə Təll-Abyad Tell-Abyad və ya Tel Abyad; ərəb. تل أبيض‎, hərfi tərcümədə"}]],"parts":[{"template":{"target":{"wt":"lit","href":"./Şablo

Təl-Əbyəz

  • Ana Səhifə
  • Vikipediya
  • Təl-Əbyəz

Təl-Əbyəz (bəzi mənbələrdə Təll-Abyad Tell-Abyad və ya Tel Abyad; ərəb. تل أبيض‎, hərf. "ağ təpə", kürd. Girê Spî, türk. Tellebyad, klass. süry. ܬܠ ܐܒܝܕ) — Suriyanın Raqqa mühafəzəsinin Təl-Əbyəz rayonunda şəhər, eyniadlı rayonun inzibati mərkəzi. 1921-ci ildə imzalanmış Ankara müqaviləsinin şərtlərinə görə, Bəlih çayı boyu davam edən şəhər iki yerə bölünmüş, şimal hissəsi Türkiyənin Ağcaqala şəhərinə çevrilmişdir.

Təl-Əbyəz
تل أبيض
36°41′51″ şm. e. 38°57′24″ ş. u.HGYO
Ölkə
  •  Suriya
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 350 m
Saat qurşağı
  • Şərqi Avropa vaxtı[d]
Əhalisi
Əhalisi
  • 14.825 nəf. (2004)
Rəsmi dili
  • ərəb dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi C5792
Təl-Əbyəz xəritədə
Təl-Əbyəz
Təl-Əbyəz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhər 16 iyun 2015-ci il tarixində Xalq Qoruma Dəstələri (YPG) tərəfindən ələ keçirilmişdir. Şəhər 2019-cu ilin axırlarına qədər Suriya Demokratik Qüvvələrinin nəzarəti altında olmuşdur. Türkiyə Silahlı Qüvvələri və suriyalı üsyançılar şəhəri 13 oktyabr 2019-cu il tarixində, Sülh Bulağı əməliyyatı çərçivəsində ələ keçirmişdir.

Mündəricat

Tarix

Təl-Əbyəz və ətraf əraziləri qədim dövrlərdə Assuriya imperiyasının idarə altında idi. Burada aramilər məskən salmışdı. Təl-Əbyəz e.ə. 814-cü ildə qeyd edilmiş Yeni Assuriya dövrü arami yaşayış məntəqəsi olan Baliḫu ola bilər. Ərazini növbəti illərdə Roma, Bizans, Sasanilər, Əməvilər, Abbasilər və Osmanlı kimi müxtəlif imperiyalar idarə etmişdir. Təl-Əbyəz Birinci Dünya müharibəsinin axırlarına kimi Osmanlı imperiyasının suverenliyi altında qalmışdır. 1921-ci ildə imzalanmış Ankara müqaviləsinin şərtlərinə görə, şəhər iki yerə bölünmüş, şimal hissəsi Türkiyənin Ağcaqala şəhərinə çevrilmişdir.

Hökumət

Demokratik Birlik Partiyası (PYD) Təl-Əbyəz şəhərində ağsaqqallar şurası təsis etmişdir. Bu, ərazinin idarəetmə orqanı kimi fəaliyyət göstərir. Əldə edilən məlumatlara görə, bu şura şəhərinin etnik tərkibinə uyğun olaraq qurulmuşdur. Şura 15 nəfərdən ibarətdir, onlardan 10-u ərəb, 3-ü kürd, 1-i Suriya türkmanı, digər 1-i isə ermənidir.

Əhali

2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 14.825 nəfərdir.

Müxtəlif mənbələrə görə, Təl-Əbyəz şəhərinin əhalisinin əksəriyyətini ərəblər təşkil edir. Əlavə olaraq, şəhərdə kürd, Suriya türkmanı və erməni azlıqları da yaşayır.

Almaniyada əsaslanmış "Kurdwatch" internet portalının verdiyi məlumata görə, Təl-Əbyəz əhalisinin əksəriyyətini ərəblər təşkil edir. Onların verdiyi məlumata görə, ərazi əhalisinin 15%-i Suriya türkmanı, 10%-i kürd, qalan hissəsi isə ərəblərdən təşkil olunmuşdur. Digər mənbələrə görə, Təl-Əbyəz əhalisinin kürd qismi ümumi əhalinin 30% ilə 55% arası olduğunu qeyd edir.

Türkiyənin Şanlıurfa ilinin hesablamalarına görə, Təl-Əbyəz əhalisinin 98%-i ərəb və Suriya türkmanlarından təşkil olunmuşdur. Əlavə olaraq, şəhər mərkəzində çoxlu Suriya türkmanı olan ailələr yaşayır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, təl-əbyəz sözünün mənası, təl-əbyəz haqqında məlumat. təl-əbyəz nədir? təl-əbyəz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vitraj

  • Fevral 23, 2026

    Soran dili

  • Mart 06, 2026

    Usalı oymağı

  • Fevral 28, 2026

    Zorakı cinayət

  • Fevral 25, 2026

    İqtisadi artım

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst