Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1993-cü ildən fəaliyyət göstərir. Müəssisədə 100 nəfərdən çox yüksəkixtisaslı, peşəkar kadrlar çalışır. Ən müasir və güclü poliqrafiya bazasına malikdir. Bu gün

Təhsil nəşriyyatı

  • Ana Səhifə
  • Vikipediya
  • Təhsil nəşriyyatı

Təhsil Nəşriyyat-Poliqrafiya MMC — Azərbaycanda nəşriyyat.

Təhsil nəşriyyatı
Loqonun şəkli
Ölkə
  •  Azərbaycan
Yaranma tarixi 1993
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1993-cü ildən fəaliyyət göstərir. Müəssisədə 100 nəfərdən çox yüksəkixtisaslı, peşəkar kadrlar çalışır. Ən müasir və güclü poliqrafiya bazasına malikdir. Bu günədək 60 milyon nüsxəyə yaxın kitab nəşr etmişdir. 2003–2008-ci illərdə "İlin nəşriyyatı" statusu qazanmışdır. Nəşr etdiyi kitablar Avropa və digər beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilmişdir. 2005-ci ildə "Qarabağ" kitabı II Beynəlxalq "Kitab sənəti" müsabiqəsində ən yüksək balla birinci yerə layiq görülmüşdür.

Haqqında

Azərbaycanın müasir nəşriyyat sferasında önəmli yeri və özünəməxsus dəst-xətti olan "Təhsil" nəşriyyatı 1993-cü ildən fəaliyyət göstərir. Müəssisədə peşəsinin sirlərini dərindən bilən 80 nəfərə yaxın işçi çalışır.

Müstəqillik illərində Azərbaycanda kitab nəşrinin inkişafında, xüsusilə təhsil quruculuğu konsepsiyasının əsasını təşkil edən dərsliklərin və digər elmi-metodik ədəbiyyatların hazırlanmasında "Təhsil" nəşriyyatının xüsusi əməyi vardır.

Nəşriyyat fəaliyyət göstərdiyi müddətdə 6500-dən çox adda və 33 milyon nüsxədən çox kitab, o cümlədən dərslik, dərs vəsaiti və elmi-metodik ədəbiyyat nəşr etmişdir. Nəşriyyatın çap məhsulları ölkə və bir çox beynəlxalq miqyaslı müsabiqələrin qalibi olmuş, dünya və Avropa sərgilərində uğurla nümayiş etdirilmişdir.

Nəşriyyatın hazırladığı dərsliklərdən V sinif üçün "Ata yurdu" 2002-ci ilin, VIII–IX siniflər üçün "Azərbaycan dili" 2003-cü ilin, X–XI siniflər üçün "Azərbaycan dili" 2004-cü ilin "Ən yaxşı dərsliyi" adına layiq görülmüşdür.

"Təhsil"in ən böyük uğurlarından biri də "Qarabağ: real tarix, faktlar, sənədlər" kitabıdır. Bu kitab 2005-ci ildə II Beynəlxalq "Kitab sənəti" müsabiqəsində ən yüksək bal toplayaraq I yerə 2012-ci ildə isə Azərbaycan Respublikasının Dovlət mükafatəna layiq görülmüşdür. "Naxçıvan", "Təhsil dünən, bu gün, sabah", "Azərbaycanın qısa dövlətçilik tarixi", "Təhsil millətin gələcəyidir", "Böyük yolun davamçısı", "Dağlıq Qarabağ problemi", "Azərbaycan sosial-iqtisadi tərəqqi yolunda", "Heydər Əliyev məktəblilərin gözü ilə", "Bir ömrün oddiseyası" və s. kitablar "İlin kitabı" adına layiq görülmüşdür.

2009-cu ildən "Təhsil" nəşriyyatına "Purlux" və s. kimi dünyanın ən önəmli poliqraf avadanlıqları istehsalçısı olan 3 nəhəng zavodun Azərbaycan, Türkiyə, Ukrayna və Gürcüstan üzrə səlahiyyətli nümayəndəsi statusu verilmişdir.

2010-cu ildə isə VII Beynəxalq "Kitab sənəti" müsabiqəsində "Cərcivə" kitabı Qran-priyə,2012-ci ildə IX Beynəlxalq müsabiqədə isə "Novruz" kitabı I dərəcəli, "Hop-Hopnamə" kitabı III dərəcəli mükafata layiq görülmüşdür. 20 fevral 2012-ci ildə Madriddə (Ispaniya) keyfiyyətə görə "Beynəlxalq Qızıl Mükafata", 26 mart 2012-ci ildə Berlində (Almaniya) Texnologiya, Innovasiya və keyfiyyət üzrə Yeni Era Beynəlxalq mükafatına, 16 iyul 2012-ci ildə isə Paris (Fransa) "Keyfiyyət və kommersiya prestijinə görə Qızıl Avropa mükafatlarına" layiq görülmüşdür.

Son illərdə nəşriyyat həm yaradıcılıq imkanlarını, həm də poliqrafiya bazasını xeyli genişləndirmişdir. Hazırda "Təhsil" nəşriyyatı ən müasir çap və digər poliqrafik avadanlıqları olan güclü mətbəə bazasına malikdir. Burada ildə 200 milyona yaxın rəngli basqı vərəqi (list ottsk) çap etmək mümkündür. Bu isə orta hesabla 10–15 milyon kitab deməkdir.

"Təhsil" nəşriyyatını hazırkı dövrdə ölkənin kitab nəşri və çapı ilə məşğul olan ən güclü peşəkar nəşriyyat-poliqrafiya birliyi hesab etmək olar.

Vikianbarda Təhsil nəşriyyatı ilə əlaqəli mediafayllar var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, təhsil nəşriyyatı sözünün mənası, təhsil nəşriyyatı haqqında məlumat. təhsil nəşriyyatı nədir? təhsil nəşriyyatı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Dambur

  • Fevral 27, 2026

    Feyenoord FK

  • Mart 01, 2026

    Əşrəf Mehdiyev

  • Fevral 27, 2026

    Kəbir Azəri

  • Fevral 24, 2026

    İzar çayı

Trend Mahnılar
  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst