Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Türkmən eli, Türkmən torpağı və Turkomaniya (ərəbcə: توركمن إيلي) ya da Şərqi Türkməneli — İraqda bölgə adı. Türkmən eli əsasən İraq türkmənlərinin tarixi olara

Türkmən eli

  • Ana Səhifə
  • Vikipediya
  • Türkmən eli

Türkmən eli, Türkmən torpağı və Turkomaniya (ərəbcə: توركمن إيلي) ya da Şərqi Türkməneli — İraqda bölgə adı. Türkmən eli əsasən İraq türkmənlərinin tarixi olaraq üstün əhali sayına sahib olduğu, türkmənlərin tarixi olaraq dominant olduğu geniş torpaqları ifadə etmək üçün istifadə olunan siyasi termindir. İraq-Türkiyə-Suriya sərhədində olan və çarpaz olaraq İran sərhədinə qədər uzanan bölgəni əhatə etməkdədir. Bölgənin şimal hissəsindəki şəhəri Kərkük türkmənlər üçün paytaxt hesab edilir.

Altınkörpü şəhərində qoyulmuş abidədə Türkmən elinin xəritəsi.
Türkmən gənci Türkmən eli bayrağı motivli şarfı.

Bölgənin bir sıra şəhərləri son dövlərlərdə kürdlərin sürətli məskunlaşmasına məruz qalmışdır. Nəticədə türkmənlərin paytaxtı hesab olunan Kərkük şəhəri də daxil olmaqla, Təlafər, Mosul (İraqın ikinci ən böyük şəhər), Tuzxurmatu və Mandalidə bu iki icma arasında münasibətlər kəskinləşmişdir.

Mündəricat

Coğrafiya

Sərhədlər

Bölgə İraq sərhədləri daxilində, Türkiyə-Suriya-İraq sərhədlərinin kəsiştiyi nöqtədən şimal-qərb-cənub-şərq istiqamətinə qədər yayılmışdır. Uyğun olaraq Təlafər, Mosul, Ərbil, Altınkörpü, Kərkük, Tuzxurmatu, Kifri, Qaratəpə, Hanekin, Diyala, Mendeli və Bədrəni əhatə edir, Bağdadın cənub-şərqində, İran sərhədində sonlanır. İraqı buradan bölən xətt və İraq türklərinin olduğu yer, eyni zamanda şimaldakı dağlıq kürd bölgəsi ilə cənubdakı ərəb bölgəsini bir-birindən ayıran bufer bölgə olaraq ifadə edilə bilər.

Təbii ehtiyyatlar

Türkmən eli zəngin təbii qaz, neft və kükürd yataqlarına sahibdir. Bununla yanaşı, iqlim və torpaq buğda və pambıq üçün çox uyğundur.

Tarix

Uilyam Qutrie tərəfindən yaradılan, 1785-ci il tarixli xəritədə "Turcomania" (Türkmən eli) ifadəsi bölgəyə verilən ada dair aşkarlanan ən qədim yazılı qaynaqlardandır.

İngilis işğalı zamanı bölgənin qubernatoru olan V. R. Hay bölgə ilə əlaqəli yazdığı kitabda türkmənlərin İraqda dağınıq olaraq deyil, bölgəsəl formada məskunlaşdırlarını müəyyən etmiş və bu ifadələri qeyd etmişdir:

" Müəyyən bir xətt üzərində şəhərlər vardır. Bu şəhərlərdə məskunlaşan vətəndaşlar türkcə danışırlar. Bu xətt çoxluğu kürd olan bölgə ilə, çoxluğu ərəb olan bölgəni bir-birindən ayırır. Kərkük türklərin çox olduğu mərkəzdir. Birinci Dünya müharibəsindən əvvəl əhalisi 30.000 idi. Şəhərin ətrafında da türkcə danışılan bir neçə kənd vardır. "


Liam Anderson və Qaret Stansfildə görə, "Turkomaniya" ifadəsi "Türkmən eli" ifadəsinin anqlolaşdırılmış versiyasıdır.

Əhali

Müxtəlif qaynaqlara görə, bölgədə yaşayan türkmənlərin sayı 2.5 milyon ilə 3.5 milyon arasında dəyişməkdədir.

Siyasət

2010-cu il İraq ümumi seçkilərində İraq milli məclisinə Mosul, Kərkük və Səlahəddin bölgələrindən 10 türkmən millət vəkili seçilmişdir.

Muxtar bölgə olma perspektivi

Türkmən gənc Türkmən eli bayraqğını Kərkük şəhərində bir dirəkdən asır.
İraqda türkmən qadın gənc türkcə yazılmış pankart tutub. Pankartda yazılıb: "Kərkükü heç bir güc kürdləşdirə bilməz".

Xəlil Osmana görə bir çox türkmən siyasi qruplaşmalarının türkmənləryaşayan bölgələrdə onlara muxtariyyətin verilməsi ilə bağlı planları vardır. Məsələn, bir mübahisəli təklifə görə İraqın şimal-qərbindəki Nineviya əyalətinə daxil olan Təlafərdən Kərkük əyaləti və İraqın şimal-mərkəz bölgəsindəki Səlahəddin əyalətindən Tuzxurmatu bölgəsi boyunca Mandaliyə (Bağdadın şimal-şərqindəki Diyala əyalətinə daxildir) doğru Türkmən muxtar bölgəsi yaradılmalıdır.

Vahram Petrosyan bildirirdi ki, İraq Türkmən Cəbhəsinin irəli sürdüyü Türkmən elinin tanınması ideyası kürdlərlə türkmənlərin arasında münaqişəyə səbəb ola bilər.

2016-cı ildə Vassim Bassem bildirdi ki, Təlafərdəki türkmənlər burada özlərinin müstəqil bölgələrini qurmaq istəyirlər. Onların bu istəklərini səsləndirmələri xristian və yezidilər üçün yeni əyalətlərin yaradılması tələblərinin səsləndirilməsi ilə eyni vaxta təsadüf etmişdi.

2017-ci ilin 17 iyulunda Bağdadda "Birləşmiş İraqda türkmənlərin gələcəyi" adı altında keçirilən sammitdə türkmənlər Təlafər və Tuzxurmatunun muxtar türkmən bölgəsi olmasını və Kərkükə "xüsusi status" verilməsini tələb etdilər. Sammit də həmçinin, İraq hökumətindən türkmən silahlı qruplaşması olan Haşd əl-Şabiyə silah-sursat verilməsi istənilmişdi.

Qalereya

  • Türkcə və ərəbcə yazılmış lövhə.
    Türkcə və ərəbcə yazılmış lövhə.
  • Türkcə və ərəbcə yazılmış lövhə.
    Türkcə və ərəbcə yazılmış lövhə.
  • İraq Türkman Cəbhəsinin keçmiş rəhbəri və İraq türkmənlərinin məşhur liderlərindın iri Ərşad Salehi iki dildə yazılmış reklam lövhəsi.
    İraq Türkman Cəbhəsinin keçmiş rəhbəri və İraq türkmənlərinin məşhur liderlərindın iri Ərşad Salehi iki dildə yazılmış reklam lövhəsi.

Həmçinin bax

  • İraq Türkman Cəbhəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Türkmən eli haqqında məlumat. Türkmən eli nədir? Türkmən eli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bakı trolleybusu

  • Fevral 27, 2026

    Oyun

  • Fevral 27, 2026

    Şamil Mahmudbəyov

  • Fevral 27, 2026

    Şindlerin siyahısı

  • Fevral 27, 2026

    Sadullah Güney

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst