Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tüləgüvan — Azərbaycan Respublikasının Astara rayonunun Kijəbə qəsəbə inzibati ərazi dairəsində kənd. Rayon mərkəzindən 6 km məsafədə yerləşir. Kijəbə qəsəbə in

Tüləgüvan

  • Ana Səhifə
  • Vikipediya
  • Tüləgüvan

Tüləgüvan — Azərbaycan Respublikasının Astara rayonunun Kijəbə qəsəbə inzibati ərazi dairəsində kənd. Rayon mərkəzindən 6 km məsafədə yerləşir. Kijəbə qəsəbə inzibati ərazi dairəsinə aiddir. Dağlıq əraziyə malik olduğundan rayonun əsas subtropik bazasıdır. 1 kitabxana, 1 bələdiyyə, 1 tam orta məktəbi var. Kənddə 1446 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti sitrusçuluqdur.

Tüləgüvan
38°32′00″ şm. e. 48°46′24″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Astara rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 170 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 1.446 nəf.
Tüləgüvan xəritədə
Tüləgüvan
Tüləgüvan

Mündəricat

Coğrafiyası və iqlimi

Kəndin ərazisindən Xəzər dənizi müşahidə olunur.

Tarixi

Lənkəran ovalığındadır. Oykonim talış dilindəki, tül/til (gil), kü (dağ), van (yaşayış məskəni) komponentlərindən düzəlib (-ə mənsubiyyət bildirir), "gilli dağda yaşayış yeri" mənasını verir.

Coğrafi ad Tül (til) talış dilində "gil", "ə" birləşdirici sait, ku "dağ", van isə "yaşayış məskəni" deməkdir.

Əhalisi

22 noyabr 2012-ci il tarixdə rayon icra hakimiyyətinin başçısı Q. Ağayevin kənddə əhali ilə görüşündə ərazi nümayəndəsi Rafael Babayevin verdiyi məlumata əsasən, kəndin 344 təsərrüfatında 1446 nəfər əhali yaşayır.

Tanınmış şəxslər

  • Ömər Əliyev (1900–2004) — uzunömürlü, Böyük Vətən Müharibəsi iştirakçısı, xeyriyyəçi.
  • Cəbrayıl Osmanov (1936–2025) — rabitə veteranı.

Memarlıq abidələri

Dəmir dövrünə aid Koraoba kəndindəki "Koraoba daş qutu nekropolu"nu və s. göstərmək olar.

Təhsil

Kənddə Qarabağ müharibəsi şəhidi Xanlar Şəkərovun adını daşıyan tam orta məktəb vardır(əvvəlki adı: Koraoba kənd orta məktəbi). Məktəb 1963-cü ildə, kəndin sakini Ömər Əliyevin başlıca təşəbbüsü ilə tikilmişdir və üç sinifdən ibarət olmuşdur. Hal hazırda məktəbin yeni korpusu fəaliyyət göstərir.

Məktəbin tikilmə tarixi

Kənd ağsaqqalı və xeyriyyəçisi Ömər Əliyev, o zamankı "Lenin adına Sovxoz"da fəhlə və eyni zamanda sitrus meyvələri sahələrində qaravulçu işləyir. Kənddə məktəb olmadığından, hər gün öz və himayəsində olan uşaqlarını kənddən bir neçə kilometr uzaqda yerləşən başqa bir kəndin (Burzuband) məktəbinə aparır və bir neçə dəfə işə gecikir. Bir gün sovxoz sərdi ondan nə üçün işə gecikdiyini soruşduqda o, bu məslənin həllini, Tüləküvan (əvvəlki Koraoba) kəndində məktəbin tikilməsində gördüyünü deyir və uşaqların yaxınlıqda təhsil ala bilməsi üçün kənddə məktəb binasının vacibliyini qeyd edir. Çox keçməmiş, 1963-cü ildə kənddə məktəb tikintisinə başlanılır və məktəbin inşasında şəxsən Ömər Əliyev heç bir təmənna ummadan çalışır.

İqtisadiyyat

Əhalinin əsas məşğuliyyəti sitrusçuluqdur. Bundan başqa heyvandarlıq və arıçılıq da inkişaf etdirilmişdir. Rayonun əsas subtropik bazası hesab olunur.

Nəqiliyyat

Kəndi Qəcimardə-Tüləgüvan-Ojakəran dairəvi yolu əhatə edir.

Dini

Kənd əhalisi islam dininə sitayiş edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, tüləgüvan sözünün mənası, tüləgüvan haqqında məlumat. tüləgüvan nədir? tüləgüvan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sosializasiya

  • Fevral 23, 2026

    Amorphea

  • Fevral 23, 2026

    Sentyabr

  • Fevral 27, 2026

    Şafii məzhəbi

  • Mart 02, 2026

    Massa Marittima

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst