Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tuz gölü (türk. Tuz Gölü) — Türkiyənin ikinci ən böyük gölü. Gölün duzluluğu 340 ‰-dir. Anadolunun mərkəzində, Konyadan 105 km şimal-şərqdə və Ankaradan 150 km

Tuz gölü

  • Ana Səhifə
  • Vikipediya
  • Tuz gölü

Tuz gölü (türk. Tuz Gölü) — Türkiyənin ikinci ən böyük gölü. Gölün duzluluğu 340 ‰-dir. Anadolunun mərkəzində, Konyadan 105 km şimal-şərqdə və Ankaradan 150 km cənub-şərqdə yerləşir.

Tuz gölü
türk. Tuz Gölü
Ümumi məlumatlar
Mütləq hündürlüyü 905 m
Eni 50 km
Uzunluğu 80 km
Sahəsi 1600—2500 km²
Dərin yeri 5 m
Orta dərinliyi 1-2 m
Yerləşməsi
38°50′00″ şm. e. 33°20′00″ ş. u.HGYO
Ölkə  Türkiyə
Tuz gölü xəritədə
Tuz gölü
Tuz gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Strabon Qalatiya və Kapadokiya sərhədindəki Tatta gölündən bəhs edərkən bu gölü nəzərdə tuturmuş.

İlin çox hissəsi dayazdır (1-2 m) və duz gölünün sahəsi 1500 km²-dir. Adətən uzunluğu 80 km və eni 50 km olur. Dəniz səviyyəsindən 905 m yüksəkdədir.

Göl Türkiyənin mərkəzi platosundakı tektonik çuxuru doldurur. Gölə iki böyük dərə axır amma göl əsasən yeraltı mənbələrdən və yağışla qidalanır. Axar çayları yoxdur. Kanallar və dərələr Tuz gölünə axdığı yerlərdə, bataqlıqlar meydana gətirir. Yay aylarında buxarlanma səbəbi ilə Tuz gölü suyunun çox hissəsini itirir, ortalama qalınlığı 30 sm olan bir duz qatı əmələ gəlir. Duz qatı gölün dibinə çökür. Qışda duz yenidən yağış və ətraf torpaqlardan axan su ilə həll olur.

Göldəki üç duz mədəni Türkiyənin istehlak etdiyi bütün duzun təxminən 70% -ni istehsal edir. Duz mədəni, əsasən duzun təmizlənməsi və emalı ilə əlaqəli olan bölgədəki sənaye fəaliyyətinin istiqamətini müəyyənləşdirir. Göl becərilən torpaqlarla əhatə olunmuşdur, yalnız cənub və cənub-qərbdə şoran torpaqların su altında qalması səbəbindən torpağın becərilməsi mümkün deyildir.

2001-ci ildə qonşu çöllərlə birlikdə Tuz gölü xüsusi mühafizə olunan ərazi elan edildi. Gölün cənub hissəsindəki bir qrup adada böyük bir qızılqaz populyasiyana aid yuvalama bölgəsi vardır. Bundan əlavə, burada qaşqa qaz və səhra qızılquşuna rastlamaq mümkündür.

Tuz gölü təbii qaz deposu

Türkiyə Rusiya və İrandan aldığı qaz miqdarının təzyiqi, payız və qışda böyük bir problemlər yaradır. Bu problemi aradan qaldırmaq üçün, Duz gölünün altındakı duz blokları içərisində təbii qaz anbarının qurulması düşünülür. Tuz gölündən 40 km cənubda olan Sultanhanında təbii qaz tutumu 1 milyard m³ olan 12 süni duz mağarası qurulur. Səthin 1 100 m-dən 1 400 m-ə qədər olan duz təbəqələri su basılaraq əriyəcək və duzlu su Tuz gölünə veriləcəkdir. Müəssisəyə ilk qaz 2017-ci ilin fevral ayında verilir və saxlama fəaliyyətinə başlanılır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tuz gölü haqqında məlumat. Tuz gölü nədir? Tuz gölü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yakov Polonski

  • Fevral 28, 2026

    Böyük Qaladərəsi

  • Fevral 27, 2026

    Diana Əhmədbəyli

  • Fevral 27, 2026

    Buvaysar Saytiyev

  • Fevral 27, 2026

    Erlangen

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst