Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tulon (fr. Toulon) — Aralıq dənizinin Lacivərd sahilində, Faron dağının ətəyində şəhər və kommuna. Fransanın cənub-şərqində Provans-Alp-Kot-d'Azür bölgəsində, V

Tulon

  • Ana Səhifə
  • Vikipediya
  • Tulon

Tulon (fr. Toulon) — Aralıq dənizinin Lacivərd sahilində, Faron dağının ətəyində şəhər və kommuna. Fransanın cənub-şərqində Provans-Alp-Kot-d'Azür bölgəsində, Var departamentində kommuna. Şəhər Var departamentinin prefekturasıdır (inzibati mərkəz), Tulon rayonu və dörd kantondan ibarətdir: Tulon-1, Tulon-2, Tulon-3, Tulon-4.

Tulon
Toulon
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
43°07′30″ şm. e. 5°55′50″ ş. u.HGYO
Ölkə
  •  Fransa
Tarixi və coğrafiyası
Sahəsi
  • 42,84 km²
Mərkəzin hündürlüyü 1 m, 0 m, 589 m, 126 m
Saat qurşağı
  • UTC+01:00
  • UTC+02:00
Əhalisi
Əhalisi
  • 179.116 nəf. (2023)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 83000, 83100, 83200
Nəqliyyat kodu 83
Digər
toulon.fr
Tulon xəritədə
Tulon
Tulon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tulon limanı Fransanın ən mühüm və böyük hərbi dəniz bazasına ev sahibliyi edir.

Kommunanın sahəsi 42,84 km², əhalisi 167,816 nəfərdir (2006). Əhalinin artımının sabit həddi: 164,899 nəfərdir (2012). Şəhərdə əhalinin sıxlığı 3849,0 nəfər / km² təşkil edir.

Mündəricat

Tarixi

Tulonun əsası burada bənövşəyi boyalar hasil edən finikiyalılar tərəfindən qoyulub. Merovinqlər dövründə Tulon yepiskopun oturduğu mərkəz idi. İlk yerli yepiskop Müqqədəs Qonorat olub. 889-cu ildə Toulon ərəblər tərəfindən dağıdıldı. Lakin Arllı Qraf I Villiam onu yenidən bərpa etdi. 1032-ci ildən Tulon Provans qrafları tərəfindən idarə olunmağa başladı. 1178-ci, 1196-cı və 1211-ci illərdə Tulon ərəblər tərəfindən yağmalandı.

1348-ci ildə Tulonda yaşayan yəhudiləri qəsdən quyuları və çayları zəhərləməkdə və Qara ölümü yaymaqda ittiham edərək yəhudi talanları təşkil olundu. Bir gecədə 40-a yaxın yəhudinin öldürüldüyü genişmiqyaslı poqrom baş verdi.

Tulonun mənzərəsi, 1755-ci il Klod Jozefin şəkli

Provensın Fransaya ilhaqından sonra Kral VIII Karl Tulon limanının təbii məziyyətlərindən xəbər tutaraq burda böyük limanın tikintisinə başladı. Lakin bu plan Aralıq dənizinin bu hissəsində dəniz ticarətində inhisarlarını itirməkdən qorxan genuyalılar tərəfindən puça çıxarıldı. 1514-cü ildə Tulonda İtaliya müharibələri üçün potensial plasdarm görən XII Lüdovik tərəfindən tikinti bərpa edildi. Tulonun inkişafına onun verdiyi töhfəni xatırladan: körfəzdə qayalıq üzərində yüksələn Kral Qülləsidir (1514–24). Tikinti başa çatdıqdan dərhal sonra Kral III Burbon tərəfindən Qüllə şəhər komendantından 500 ekuya satın alındı. 1536-cı ildə imperator V Karl Tulona səfər etdi. Nitsanın birgə mühasirəsindən bir neçə il sonra Kral I Fransisk Tulon körfəzində Xeyrəddin Barbarossanın gəmilərinə və bərbər dəniz quldurlarına qışlamağa icazə verdi. Bu zaman yerli kafedral kilsə müsəlman ayinlərinin həyata keçirilməsi üçün istifadə olunurdu.

1599-cu ildə IV Henrix Tulonda limanın tikintisini bərpa etdi. Sonra onun liman imkanları Kardinal Rişelye tərəfindən yaxşılaşdırıldı və genişləndirildi. Jan Batist Kolber də həmçinin Aralıq dənizində Fransanın üstünlüyünü təmin etmək üçün Tulonun əhəmiyyətini anlayırdı. Bu səbəbdən onun rəhbərliyi altında marşal Sebastyan Vaubanın özünün rəhbərlik etdiyi şəhərdə böyük tikinti və istehkam işləri aparılırdı. Şəhər o qədər möhkəmlənmişdi ki, İspaniya mirası uğrunda müharibə zamanı, 1707-ci ildə Savoy Şahzadəsi Yevgeninin Tulonun mühasirəsi zamanı şəhər təslim olmadı. 1793-cü ildə Napoleon Bonapartın karyerası Tulonda kral üsyanının yatırılması ilə başladı.

Bütün XIX əsrdə Fransa müstəmləkə imperiyasını genişləndirmək üçün Tulondan istehkam kimi istifadə etdi. Məhz buradan Fransa bayrağı altında təşkil olunan bütün dəniz ekspedisiyaları yola düşürdü. Fransanın Əlcəzairi işğal etməsi, məhz Tulon vasitəsilə oldu.

Liberte döyüş gəmisi partlayışdan sonra

Parisə ezam olunmazdan əvvəl Tulonu idarə edən baron Jorj Ejen Osman çoxmərtəbəli binalarla geniş mənzərəli bulvarlar salaraq yuxarı şəhərin görkəmini dəyişdirdi. Onun dövründə Tulon Fransada ikinci ən böyük opera teatrı və ictimai bağlarla bəzədildi. Bu bağlar hazırda Tulonda olmuş və 1934-cü ildə Marseldə öldürülmüş Yuqoslaviya kralı I Aleksandrın adını daşıyırlar.

1893-cü ildə Fransa-Rusiya ittifaqı bağlanarkən, vitse-admiral Fyodor Avelanın komandanlığı altında rus eskadronunun gəlişi münasibətilə Tulonda xalq nümayişləri keçirildi.

25 sentyabr 1911-ci ildə burada XX əsrin ən böyük dəniz fəlakətlərindən biri baş verdi. Tulonda hərbi bazada olan Fransa eskadronunun Liberte döyüş gəmisinin kayutlarının birində güclü partlayış baş verdi. Partlayışda 184 nəfər yaralanıb, 210 nəfər isə həlak oldu.

İkinci Dünya müharibəsi zamanı, 27 noyabr 1942-ci ildə Fransa donanmasının böyük hissəsi Tulon limanında batırıldı. Fransanın işğalı əsnasında donanmanın nasistlərin əlinə keçməməsi üçün ümumilikdə 77 gəmi partladıldı.

Əhalisi

Kommunada əhalinin sayı 2011-ci ildə — 163 974 nəfər təşkil edib. 2012-ci ildə isə əhali sayı — 164 899 nəfər olub. Əhali sayının dinamikası:

Tarixi əhali
İlƏh.±% i.a.
1793 19.000—    
1800 22.000+2.12%
1806 28.170+4.21%
1821 30.798+0.60%
1831 33.885+0.96%
1836 35.322+0.83%
1841 45.449+5.17%
1846 62.941+6.73%
1851 69.474+1.99%
1856 83.705+3.80%
1861 84.601+0.21%
1866 77.126−1.83%
1872 74.800−0.51%
1876 70.509−1.47%
1881 70.103−0.12%
1886 70.122+0.01%
1891 77.747+2.09%
1896 95.276+4.15%
İlƏh.±% i.a.
1901 101.602+1.29%
1906 103.549+0.38%
1911 104.582+0.20%
1921 106.331+0.17%
1926 115.120+1.60%
1931 133.263+2.97%
1936 150.310+2.44%
1946 125.742−1.77%
1954 141.117+1.45%
1962 161.786+1.72%
1968 174.746+1.29%
1975 181.801+0.57%
1982 179.423−0.19%
1990 167.619−0.85%
1999 160.639−0.47%
2007 166.537+0.45%
2012 164.899−0.20%
2017 171.953+0.84%
Mənbə: EHESS və INSEE (1968–2017)

İqtisadiyyat

2010-cu ildə əmək qabiliyyətli 102 475 nəfərdən (15 yaşdan 64 yaşa qədər) 70 718 nəfəri iqtisadi fəal əhalini təşkil edib. 31757 nəfər isə qeyri-fəal olub (fəaliyyət səviyyəsi 69,0%, 1999-cu ildə — 65,3%). 70718 nəfər fəal əmək qabiliyyətli sakindən 59659 nəfəri məşğul (31605 nəfər kişi və 28054 nəfər qadın), 11059 nəfər işsiz (5348 nəfər kişi və 5711 nəfər qadın) təşkil edib. 31 757 nəfər əmək qabiliyyətli qeyri-fəal vətəndaşlardan 10 178 nəfəri şagird və ya tələbə, 8 483 nəfəri pensiyaçı, 13 096 nəfəri isə digər səbəblərdən fəaliyyətsiz olub. 2010-cu il ərzində kommunada 167522,0 nəfər əhalisi olan 78933 vergi tutulan təsərrüfat var idi. Eyni zamanda, orta gəlir vergi ödəyicisinə 16 min 987 avro təşkil edib.

Görməli yerləri və fotoqalereya

Faron dağının və Tulonun mənzərəsi

Tulon İkinci Dünya müharibəsi zamanı ciddi ziyan gördü. Lakin şəhərin əsas görməli yerləri — XIV Lüdovik dövründəki piyada yolları, dar küçələri, kiçik meydanları və çoxsaylı fəvvarələri toxunulmaz qalmışdı. Şəhərin bu hissəsindəki əsas görməli abidə XI əsrdə təməli qoyulan, lakin inşası "Günəş Kralı" dövründə tamamlanan Tulon Katedralıdır. Napoleon dövründən bəri isə şəhərdə Milli Dəniz Muzeyi fəaliyyət göstərir. Faron dağında İkinci Dünya müharibəsinin hərbi texnikasının ekspozisiyası və 15 avqust 1944-cü ildə Provansda Müttəfiqlərin desantlarının çıxdığı yerdə muzey mövcuddur.

  • Tulonun görməli yerləri
  • Tulon kafedral kilsəsi (XI əsr)
    Tulon kafedral kilsəsi (XI əsr)
  • Kral qəsrinin xarabalıqları (XVI əsr)
    Kral qəsrinin xarabalıqları (XVI əsr)
  • Opera binasının yanında tikili
    Opera binasının yanında tikili
  • Tulon operası binası
    Tulon operası binası
  • Tulon vağzalı
    Tulon vağzalı
  • Şəhərdə fontan
    Şəhərdə fontan
  • Azadlıq sarayı
    Azadlıq sarayı
  • Şəhər limanı
    Şəhər limanı
  • Tulon şəhəri və Faron dağına mənzərə
    Tulon şəhəri və Faron dağına mənzərə
  • Tulon universitetinin yataqxanası
    Tulon universitetinin yataqxanası

Ədəbiyyat

  • Octave Teissier, Histoire des divers agrandissements et des fortifications de la ville de Toulon, 1874
  • Gustave Lambert, Histoire de Toulon, 1886–1892
  • Maurice Arreckx, Vivre sa ville, 1982 ; Toulon ma passion, 1985
  • Jean-Pierre Thiolletq (İjon-Piser Sullyet), Le Chevallier à découvert, 1998
  • Michel Vergé-Franceschi, Toulon – Port Royal (1481–1789). Tallandier: Paris, 2002.
  • Aldo Bastié, Histoire de la Provence, Editions Ouest-France, 2001.
  • Cyrille Roumagnac, L'Arsenal de Toulon et la Royale, Editions Alan Sutton, 2001
  • En:Jean-Pierre Thiollet, Le Chevallier à découvert, Paris, Laurens, 1998
  • en:Maurice Arreckx, Vivre sa ville, Paris, La Table ronde, 1982; Toulon, ma passion, 1985

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tulon haqqında məlumat. Tulon nədir? Tulon nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dörd kitab

  • Fevral 27, 2026

    Nadköröş

  • Fevral 27, 2026

    Nina Qrebeşkova

  • Fevral 24, 2026

    Rejissor

  • Fevral 27, 2026

    Birma

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst