Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Trayan sütunu (lat. Colonna Traiana) — Romada Trayan meydanında sütun. 113-cü ildə Trayanın daklar üzərindəki qələbənin şərəfinə ucaldılıb. Memarı Dəməşqli Apol

Trayan sütunu

  • Ana Səhifə
  • Vikipediya
  • Trayan sütunu

Trayan sütunu (lat. Colonna Traiana) — Romada Trayan meydanında sütun. 113-cü ildə Trayanın daklar üzərindəki qələbənin şərəfinə ucaldılıb. Memarı Dəməşqli Apollodordur. Sütun Ulpiya bazilikasının arxasında ucaldılıb. Mərmərdən olan Trayan sütunu həm də iki böyük kitabxana arasında yerləşir: yunan və latın kitabxanası

Trayan sütunu
Colonna Traiana
Ölkə  İtaliya
Şəhər Roma
Yerləşir Trayan forumu
Memar Dəməşqli Apollodor
Sifarişçi Trayan
Tikilmə tarixi 113
Üslubu Qədim Roma memarlığı
Material mərmər
Rəsmi sayt stoa.org/trajan/
UNESCO Ümumdünya İrsi
Rəsmi adı: Historic Centre of Rome, the Properties of the Holy See in that City Enjoying Extraterritorial Rights and San Paolo Fuori le Mura
TipiMədəni
Kriteriyai,ii,iii,iv,vi
Təyin edilib1980
İstinad nöm.91
Dövlətİtaliya
RegionAvropa
41°53′45″ şm. e. 12°29′03″ ş. u.HGYO
Xəritə
Trayan sütunu (Roma)
Nöqtə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

114-cü ilin pulunda Trayan və sütunun təsviri.

Mark Ulpi Trayan ispan mənşəli olmaqla, öz karyerasına adi legionerlikdən başlamış və iperatorluğa qədər yüksəlmişdir. Həyatı boyu davamsız olaraq müharibələrdə iştirak etmiş: Dakiyada (Müasir Rumıniya ərazisi), Şimali Ərəbistanda və Parfiyada Romaya əvəzolunmaz töhfələr vermişdir. Onun hakimiyyət dövründə Roma imperiyasının sərhədlərinin ən geniş olduğu dövrdür. Onun sələfləri bu sərhədləri genişləndirə bilmədilər, sadəcə qoruyub saxladılar. İlk vaxtlar sütunun zirvəsində qartal, imperatorun ölümundən sonra isə Trayanın heykəli qoyuldu. 1588-ci ildə isə V Sikst sütunda Müqəddəs Pyotrun heykəlini ucaltdı. Sütun 113-cü ildə inşa olunub.

Trayan öldükdən sonra onun və yoldaşının kül urnada sütunun içərisində yerləşdirildi. 1900 il orijinallığını qorumuş və heç bir rekanustruksiyaya məruz qalmayan Trayan sütunu Roma şəhərinin simvollarından biri hesab olunur.

Xarakteriskası

Postament

Postamentin hündürlüyü 5,27 metr, eni 5,5 metrdir. Postamentin fundamentini travertin təşkil edir. Postament üç tərəfədən trofey barelyefi ilə bəzədilib. Dört küncdə duran qartallar dəfinə əkilini saxlayır. Postament daxilinə iki bölmə var; pilləkənlərə gedən bölmə və Trayanın urnasının yerləşdiyi otaq.

  • Sütunun postamenti.
    Sütunun postamenti.
  • Sütunun aşağı hissəsinin en kəsiyi.
    Sütunun aşağı hissəsinin en kəsiyi.
  • Piraneziyə görə postamentin girişinin dizaynı. 1774.
    Piraneziyə görə postamentin girişinin dizaynı. 1774.
  • Postamentin yandan görünüşü.
    Postamentin yandan görünüşü.
  • Girişdəki yazının daha aydın görünüşü.
    Girişdəki yazının daha aydın görünüşü.

Yazı

Maraqlıdır ki, Trayan sütununun özündə heç bir yazı yoxdur. Ancaq postamentdə, girişin üstündə yeganə yazı nümunəsi var. Şəkildəndə aydın görsənir ki, yazının sonuncu sətri zədələnib, ancaq bu mətnin bərpasında elə bir çətinlik yaratmayıb.

Girişdə roma kapital şirifti ilə yazılmış yazı.
"

SENATVS•POPVLVSQVE•ROMANVS
IMP•CAESARI•DIVI•NERVAE•F•NERVAE
TRAIANO•AVG•GERM•DACICO•PONTIF
MAXIMO•TRIB•POT•XVII•IMP•VI•COS•VI•P•P•
AD•DECLARANDVM•QVANTAE•ALTITVDINIS
MONS•ET•LOCVS•TANT[IS•OPER]IBVS•SIT•EGESTVS

"

Sütun

Hündürlüyü 39,86 metr olan bu sütun əslində 100 — lük simvol hesab olunur. Romada 100 fut 29,78 metrdir (sütun üzərinə qoyulmuş postamenti nəzərə almasaq). Sütunun diametri 3,69 metrdir. O 18 blokdan ibarətdir. Blokların hər birinin çəkisi 29–33 tondur. Daxilində olan 185 pilləkən sonda sütunun kapitelisi ilə yekunlaşır. Sütuna 28 dəfə papirus örtüyü spiral formasında dolandırılıb. Ümumi uzunluğu 190 m, hündürlüyü 1 metrdir.

Sütunun görünüşü

  • Şimaldan görünüş
    Şimaldan görünüş
  • Şərqdən görünüş
    Şərqdən görünüş
  • Cənub-şərqdən görünüş
    Cənub-şərqdən görünüş
  • Cənubdan görünüş
    Cənubdan görünüş
  • Cənub-qərbdən görünüş
    Cənub-qərbdən görünüş
  • Qərbdən görünüş
    Qərbdən görünüş

Təsvirlər

Sütun frizində 155 səhnə, 2570 personaj göstərilib(634-dü dakiyalılar). Hər səhnə konkret bir hadisəni ifadə edir. Təsvirlərdə təkcə döyüş səhnələri deyil, həm də yerdəyişmə, tikinti, söhbət və s tipli səhnələrdə var. Təsvirlərdə arxa fonda qala, kənd, körpü, qayalıq, meşə və s.tipli rəsimlərdən istifadə olunub. Təsvirlərdə həm də zaman və məkan anlayışıda düzgün şeçilib. Aşağıdan yuxarıya doğru təsvirlər xronoloji ardıcillıqla düzüllüb. Gecə, hava şəraiti və illərdə təsvirlərdə diqqəti cəl edir. Təsvirlərdə həm də simvol və şərtilik gözə çarpır. Hər hansı əsgər fiquru bütün bir bölüyü və ya bir ağac bütöv bir meşəni simvolizə edir. Ehtimal olunur ki, təsvirləri heç də tək bir sənətkar işləməyib.

Daxili və spiral pilləkənlər

Trayan ordu generalı ilə birgə əsgərlər qarşısında.

Daxili boş olan sütunun içində spiral şəkilli pilləkənlər var. Tam dövrə vurmaq üçün 14 pilləkəndən istifadə olunur. 43 düzbucaqlı pəncərələr içərini işıqlandırır.

Trayanın təsviri

Trayan sütün frizində 59 dəfə təsvir olunub. Hər səhnədə o tək yox, insanların əhatəsində görünür. Təsvirlərdə bir liderə məxsus bütün cəhətlərin Trayanın simasında müdriklik, hərbi bacarıq, natiqlik qabiliyyəti, yüksək insanı hislər və s. əks olunmağa çalışılıb. Tütün təsvirlərdə Trayan ətrafakılarla ünsüyyətdə və daha çox qolunun bükülmüş pozası diqqəti cəl edir.

Şəkillər

  • Yeni düşərgənin salınması
    Yeni düşərgənin salınması
  • Roma qoşunları irəlləyir
    Roma qoşunları irəlləyir
  • Aşağıda, solda Trayan. Tikintidə göstərişlər verir
    Aşağıda, solda Trayan. Tikintidə göstərişlər verir
  • Daklarla döyüş
    Daklarla döyüş

Həmçinin bax

  • Trayan
  • Qədim Roma memarlığı
Vikianbarda Trayan sütunu ilə əlaqəli mediafayllar var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Trayan sütunu haqqında məlumat. Trayan sütunu nədir? Trayan sütunu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Axıstabad mahalı

  • Fevral 27, 2026

    Behbudovlar

  • Fevral 23, 2026

    3 dekabr

  • Fevral 27, 2026

    Hərbi təyyarələr

  • Fevral 27, 2026

    Delfin

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst