Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Trautfetter ağcaqayını (lat. Acer heldreichii subsp. trautvetteri) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın c

Trautfetter ağcaqayını

  • Ana Səhifə
  • Vikipediya
  • Trautfetter ağcaqayını

Trautfetter ağcaqayını (lat. Acer heldreichii subsp. trautvetteri) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinin acer heldreichii növünə aid bitki yarımnövü.

Trautfetter ağcaqayını
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Malvidlər
Dəstə:
Sabunağacıçiçəklilər
Fəsilə:
Sabunağacıkimilər
Yarımfəsilə:
Hippocastanoideae
Triba:
Ağcaqayınkimilər
Cins:
Ağcaqayın
Növ:
Acer heldreichii
Yarımnöv:
Trautfetter ağcaqayını
Beynəlxalq elmi adı
  • Acer heldreichii subsp. trautvetteri A.E.Murray, 1982
Vikianbarın loqotipi
Şəkil
axtarışı

Mündəricat

Ümumi yayılması

Rusiya (Dağıstan), Türkiyə və Qafqazda yayılımışdır.

Azərbaycanda yayılması

Böyük Qafqaz (Quba) və Kiçik Qafqazın (Qarabağ) şimal hissələrində meşələrin yuxarı sərhədlərində seyrək ağcaqayın meşəliyi şəklində rast gəlinir. Azərbaycanın nadir bitkisidir. VU D2.

Bitdiyi yer

Dəniz səviyyəsindən 1600–2500 m yüksəklikdə olan meşələrdə kiçik sahələrdə rast gəlinir.

Təbii ehtiyatı

Azərbaycanda arealı geniş deyildir.

Çoxalması

Toxum və kök pöhrələri ilə çoxalır.

Bioloji xüsusiyyətləri

Təbiətdə hündürlüyü 20 m-ə çatan geniş çətirli ağacdır. Yarpaqları çox da dərin olmayan 5 dilimlidir. Gövdəsinin qabığı hamar və boz rəngdədir. Üzəri dairəvi və ya uzunsov mərcilərlə örtülüdür. Tumurcuqlarının ucu iti yumurtavarıdır. 7–18 mm uzunluqdadır. Yarpaqları 5 dilmli olub, 9–14 sm uzunluqda və 11–16 sm enindədir. Üstdən tünd-yaşıl, bulanıq rəngli və çılpaqdır, altdan açıqyaşıl rəngdədir. Yarpaqlar cavan vaxtı tükcüklərlə örtülü olur. Sonradan isə bu tükcüklər yarpaqlarının damarlarının künclərində qalmış olur. Dilimləri itiləşmiş, üstdən yumurtavari-rombik, oturacağı isə nizəvari ensizləşəndir. Yanlardan, adətən, iki cütü iridişlidir. Alt dişlər üstdəkilərdən xeyli xırdadır. Dilimlərin yanları xırda, iridişlidir. Çiçək qrupu 7 sm uzunluqda və 5 sm enində başcıqlar halında dik oturandır. Çiçək oxu və çiçək qrupunun saplağı çılpaqdır. Çiçəkyanlıqları 15–18 mm uzunluqda olub geri əyiləndir. Çiçəkləri ağımtıl-yaşıl rəngdə olub, 10 mm diametrdədir. Qanadlı meyvələri 5–7 sm uzunluqda olub, paralel yerləşmişdir və bəzən qanadların ucları bir-birinə toxunmuş olur. Meyvələri yetişdikdə qonur qırmızı və ya qırmızı rəng alır. Yetişmiş fındıqcıqlar qonur, şiş, cavan vaxtı tükcüklərlə örtülü, sonradan çılpaq olur. Meyvəsi qanadlıdır, qanadları paralel yerləşməklə bəzən ucları bir-birinə toxunur. May-iyun aylarında çiçəkləyir, meyvəsi sentyabrda yetişir.

Çoxalması

Təbiətdə əsasən generativ yolla çoxalır.

Təbii ehtiyatın dəyişilməsi səbəbləri

Başlıca olaraq insan fəaliyyətinin təsiridir.

Becərilməsi

Bəzəkli olmasına görə park və bağlarda əkilir.

Qəbul edilmiş qoruma tədbirləri

Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri

Azərbaycanın "Qırmızı kitab"ına salınmasına ehtiyac vardır.

Sinonimləri

Homotipik sinonimləri

  • Acer insigne var. trautvetteri (Medw.) Pax
  • Acer trautvetteri Medw.

Heterotipik sinonimləri

  • Acer trautvetteri f. erythrocarpum Schwer.
  • Acer velutinum Pax

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, trautfetter ağcaqayını sözünün mənası, trautfetter ağcaqayını haqqında məlumat. trautfetter ağcaqayını nədir? trautfetter ağcaqayını nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fatih (İstanbul)

  • Fevral 27, 2026

    Allahverdi Bağırov

  • Fevral 27, 2026

    Qərbi Avstraliya

  • Fevral 27, 2026

    Pirr qələbəsi

  • Mart 01, 2026

    Kiçik dodaqlar

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst