Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tofiq Qulam oğlu Bayramov (16 dekabr 1934, Əmircan – 19 aprel 1991, Bakı) — Azərbaycan şairi və tərcüməçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1959), Azərba

Tofiq Bayram

  • Ana Səhifə
  • Vikipediya
  • Tofiq Bayram

Tofiq Qulam oğlu Bayramov (16 dekabr 1934, Əmircan – 19 aprel 1991, Bakı) — Azərbaycan şairi və tərcüməçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1959), Azərbaycanın əməkdar incəsənət xadimi (1984).

Tofiq Bayram
Tofiq Qulam oğlu Bayramov
Təxəllüsü Tofiq Bayram
Doğum tarixi 16 dekabr 1934(1934-12-16)
Doğum yeri
  • Əmircan, Orconikidze rayonu, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 19 aprel 1991(1991-04-19) (56 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan Respublikası, SSRİ
Həyat yoldaşı Zərifə Bayramova
Atası Qulam Bayramov
Anası Məşədi Zivər Bayramova
Fəaliyyəti tərcüməçi, şair
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1984

Mündəricat

Həyatı

Tofiq Bayram 1934-cü il dekabrın 16-da Bakı şəhərinin Əmircan kəndində Qulam bəy və Məşədi Zivər xanımın ailəsinin ilk övladı olaraq dünyaya göz açmışdır. Orta məktəb təhsilini doğma Əmircan kəndində aldıqdan sonra şair Azərbaycan Pedaqoji İnstitutuna qəbul olmuş və burada tarix fakültəsində təhsilinə davam etmişdir (1954–1959).

Yaradıcılığı

Tofiq Bayram ilk qələm təcrübəsinə 1950-ci ildən, daha doğrusu, orta məktəbdə təhsil aldığı dövrdən başlamışdır. Poeziya aləminə belə erkən qədəm qoyması onu tezliklə ədəbi dərnəklərə, yaradıcı müzakirələrə qoşmuş, elə həmin vaxtlardan başlayaraq, o, Yazıçılar Birliyində aparılan müzakirələrdə iştirak etməyə başlamışdır. Burada tanınmış şair və ədiblərdən məsləhətlər alan, T.Bayram tezliklə yaradıcılıq sirlərinə bələd olmağa, daha çox həvəs göstərir. Yəqin elə buna görə də sonrakı illərdə Tofiq Bayramı 1950-ci illərin sonlarında Azərbaycan ədəbiyyatına gələn şairlər nəslinin ən istedadlı nümayəndələrindən biri hesab edilir. O, öz ecazkar şeirləri ilə oxucuların ürəklərinə yol tapmış, orijinal sözü, poetik duyumu, fərqli dəsti-xətt və üslubu ilə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. Tofiq Bayramın əsərləri hər şeydən əvvəl aydın obrazlı dili ilə fərqlənirdi. Əsərlərində yaratdığı poetik obrazlar və zəngin lövhələr, emosionallıq və yetkin pafos oxucularını valeh edirdi. Yaradıcılığa kiçik həcmli şeirlərlə başlamış şair, daha sonra lirik, vətənpərvərlik, humanizm, insansevərlik və s. mövzularda yazmaqla əbədiyaşar və təkrarolunmaz poeziya nümunələri müəllifi kimi tanınmışdır.

Tofiq Bayram bütün ömrünü şeirə, sənətə həsr etmiş, mənalı ömür yaşamışdır. Müxtəlif illərdə onun bir-birinin ardınca "Ana təbəssümü" (1961), "Mənim şair xalqım" (1963), "Sizi düşünürəm" (1964), "Azərbaycan dünya gəzir" (1965), "İnamım, əqidəm" (1969), "Gərək elə yanım" (1971), "Azərbaycan deyəndə" (1974), "Səninlə görüşəndə" (1980), ("Məsləkim-silahım" (1984), "Ay gecikən məhəbbətim" (1987), ("Məsləkim-silahım" və "Ay gecikən məhəbbətim" kitabları əsasında "Seçilmiş əsərləri" (tərtib edən bacısı Svetlana Bayramova) (2005) və "Ay anam Bakı" (tərtib edən həyat yoldaşı Zərifə Bayramova) (2012), Azərbaycanım (tərtib edən bacısı Svetlana Bayramova) (2015) adı altında əsərləri nəşr olunmuşdur.

Tofiq Bayram Azərbaycan Ədəbiyyatında bir tərcüməçi kimi də fəaliyyət göstərmişdir. Şair eləcə də Y.Yevtuşenko, L.Xaustov, V.Konstantinova, İ.Abaşıdze, M.Posxişvili, T.Ciladze, balkar şairi Qaysın Quliyev və bir çoxlarının həqiqi sənət əsərlərini seçərək, onları yüksək bədii səviyyədə tərcümə etməklə Azərbaycan ədəbiyyatına töhfə vermişdir. Bundan əlavə Tofiq Bayram Aleksandr Puşkinin "Kiçik Tragediyalar"ına daxil olan "Motsart və Salyeri", Aleksandr Tvardovskinin "Üfüqlərdən Üfüqlərə" poemasını və Anna Axmatovanın məşhur "Rekviyem" əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Öz əsərləri ilə Azərbaycan ədəbiyyatına verdiyi töhfələrə görə Tofiq Bayrama 1984-cü ildə “Əməkdar incəsənət xadimi”, dünya xalqlarının poeziyasından nümunələrin yüksək peşəkarlıqla Azərbaycan dilinə tərcümə edilməsindəki əməyinə görə isə 1988-ci ildə “Maksim Qorki adına Azərbaycan Dövlət Mükafatı” laureatı fəxri adları verilmişdir.

Əmək fəaliyyəti

Tofiq Bayram və ailəsi

Əmək fəaliyyətinə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında şöbə müdiri kimi başlamışdır (1959–1960). Sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi (1960–1961), M. F. Axundov adına Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri (1961 – 1964), "Ulduz" jurnalı redaksiyasında (1964–1968), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri (1968–1978), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978) işləmişdir.

Ailəsi

Tofiq Bayram 21 yaşında 1955-ci ildə eyni sinifdə birlikdə təhsil aldığı Zərifə xanımla ailə həyatı qurmuşdur. Zərifə xanım Azərbaycanın tanınmış mühəndisi, Lenin Ordeni laureatı Kərim Babanın böyük qızıdır. Onların Zakir, Cavanşir və Cahangir adlarında 3 oğlu olmuşdur.

Ölümü

Tofiq Bayram uzun sürən xəstəlikdən sonra 1991-ci ilin aprelin 19-da Bakı şəhərində dünyasını dəyişmiş, doğulduğu Əmircan kəndində dəfn olunmuşdur.

Xatirəsi

2025-ci ildə Tofiq Bayramın xatirəsinə ithaf olunan “Şair ömrü” filmi çəkilmişdir.

Kitabları

  1. Ana təbəssümü Bakı: Uşaqgəncnəşr, 1961, 36 səh.
  2. Mənim şair xalqım. Bakı: Azərnəşr, 1963, 46 səh.
  3. Sizi düşünürəm. Bakı: Uşaqgəncnəşr, 1964, 78 səh.
  4. Azərbaycan dünya gəzir. Bakı: Azərnəşr, 1965, 104 səh.
  5. İnamım, əqidəm. Bakı: Azərnəşr, 1969, 174 səh.
  6. Gərək elə yanım. Bakı: Gənclik, 1971, 84 səh.
  7. Azərbaycan deyəndə. Bakı: Gənclik, 1974, 139 səh.
  8. Səninlə görüşəndə. Bakı: Azərnəşr, 1977, 136 səh.
  9. Əsrin oyunu (şeirlər və poemalar). Bakı: Gənclik, 1979, 120 səh.
  10. Könlümdə yaşayanlar (şeirlər). Bakı: Yazıçı, 1980, 252 səh.
  11. Məsləkim-silahım (şeirlər və poemalar). Bakı: Yazıçı, 1984, 268 səh.
  12. Ay gecikən məhəbbətim. Bakı: Yazıçı, 1987, 235 1221
  13. "Məsləkim-silahım" və "Ay gecikən məhəbbətim" kitabları əsasında "Seçilmiş əsərləri" (tərtib edən bacısı Svetlana Bayramova), 2005.
  14. Ay anam Bakı (tərtib edən həyat yoldaşı Zərifə Bayramova), 2012.
  15. Azərbaycanım (tərtib edən bacısı Svetlana Bayramova), 2015.

Tərcümələri

(ruscadan)

  1. A. Tvardovski. Üfüqlərdən üfüqlərə. Bakı: Azərnəşr, 1966, 146 səh.
  2. Rəsul Həmzətov. Durnalar. Bakı: Azərnəşr, 1973, 235 səh.
  3. Ürəkdən ürəyə (qardaş xalqlar poeziyası). Bakı: Gənclik, 1975, 148 səh.
  4. R. Həmzətov. Dostları qoruyun. Bakı: Yazıçı, 1984, 304 səh.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, tofiq bayram sözünün mənası, tofiq bayram haqqında məlumat. tofiq bayram nədir? tofiq bayram nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qvatemala (şəhər)

  • Mart 06, 2026

    S:Kürəkçay müqaviləsi

  • Mart 06, 2026

    Muncuqlu tikmə

  • Fevral 27, 2026

    Kürd

  • Mart 01, 2026

    Texnion

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst