Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Titus (30 dekabr 39, Roma – 13 sentyabr 81[…]) — Flavilər sülaləsinə aid, atası Vespasiandan sonra sayca ikinci olan 24 iyun 79-cu ildən ölüm gününə qədər olan

Tit (imperator)

  • Ana Səhifə
  • Vikipediya
  • Tit (imperator)

Titus (30 dekabr 39, Roma – 13 sentyabr 81[…]) — Flavilər sülaləsinə aid, atası Vespasiandan sonra sayca ikinci olan 24 iyun 79-cu ildən ölüm gününə qədər olan Roma imperatorudur. Imperator olduqdan sonra tam adı lat.Titus Caesar divi Vespasiani filius Vespasianus Augustus olmuşdur.

Tit Flavi Vespasian
lat.Titus Flavius Vespasianus
lat. T. Flavius T.f.T.n. Vespasianus
X.Roma İmperatoru

24 iyun 79 – 13 sentyabr 81
ƏvvəlkiVespasian
SonrakıDomisian
Şəxsi məlumatlar
Doğum tarixi 30 dekabr 39
Doğum yeri Roma İmperiyası
Roma
Vəfat tarixi † 13.9.81
Vəfat yeri Roma
Dəfn yeri Roma
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Atası Tit Flavi Vespasian
Anası Böyük Domisilla
Həyat yoldaşları Arresina Tertulla (64-5)
Marsia Furnilla (65)
Uşağı Yulia Flavi (qızı)
Ailəsi Flavilər sülaləsi
Dini Qədim Romada din
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İmperatorluğa qədər Tit Yerusəlim məbədinin talan edilib dağıdılması ilə sona yetən yəhudi müharibəsində baş komandan olmuşdur. Bu qələbəsinə görə zəfər yürüşünə və zəfər tağına layiq görülmüşdür. Tit müharibədən əldə etdiyi qənimət hesabına Kolizey in tikintisini sona çatdırır.

Mündəricat

Həyatı

Ailənin böyük oğlu olan Tit Vespasianın ailəsində 30 dekabr 39 cu ildə Romada dünyaya gəlmişdir. Tit Flavia Domitilla adında bacıya və Domisian adında bir qardaşa malik olmuşdur. Atası əslən adi bir Sabinalı olub Imperator Klavdinin zamanında cəngavər rütbəsinə layiq görülmüşdür. Klavdi və Neronun saray mühitində tərbiyə aldıqdan sonra Tit hərbi xidmətə Almaniya vä Britaniyada başlayaraq, sonradan kvesterə qədər yuksəlir. Neron atası Vespasianı Fələstinə qiyamçı yəhudilərin üstünə göndərdikdə Tit də onu müşayiət edir. fələstində xeyli hərbi təcrübəyə yiyələnən Tit imperator Qalba öldürüldükdən sonra incə siyasət işlətməklə Suriya valisi Musianı tərəfinə çəkərək atası Vespasianın imperator olmasına çalışır və nail olur.

Yəhudi müharibəsi

Romadakı Tit Zəfər Tağı

İmperator taxtına haqqını tanımaq üçün Romaya dönən Vespasian Fələstindəki baş komandanlığı Titə tapşırır. Nəticə etibarilə Tit qəddar və vəhşicəsinə Yerusəlimi talan edib və böyük qənimətlə zəfər yürüşü üçün Romaya döndükdən sonra Vespasianın imperatorluğuna ortaq olur.

Şərəfinə Tit Tağının təməli qoyulur ki, sonralar İmperator Domisian tərəfindən inşası başa çatdırılır.

Üzərində bu sətirlər həkk olunmuşdur:lat. Senatus / populusque romanus / divo Tito divi Vespasiani f(ilio) / Vespasiano Augusto (Senat və Roma xalqından ilahi Vespasianın oğlu ilahi Titə, İmperator Vespasian).

İmperatorluğu

23 iyun 79-cu ildə Vespasian öldükdən sonra ictimai rəyin əksinə olaraq Tit imperator olur. Xalqən rəğbətini qazanmaq məqsədilə təmtaraqla tikililər inşa etdirir və ehtiraslı oyunlar təşkil edir. Onun zamanında böyük vəsait hesabına Flavi amfiteatrı — Kolizey istifadəyə verilir. Vezuvi vulkanının püskürməsindən böyük ziyan çəkən Romanın bərpasına və fəlakətdən ziyan çəkənlərə göstərilən yardımlar dövlət xəzinəsini tamam boşaltmış olur.

Senat onu ən yaxşı imperator hesab edirdi. Onun hakimiyyəti dövründə imperator və senat arasında ziddiyətin olmaması ilə xarakterizə olunur. Roma tarixçisi və səlnaməçisi Qay Sveton (lat. Gaius Suetonius Tranquillus) onun haqqında belə yazırdı: "Bütün gün ərzində heç bir xeyirxah iş görmədiyinə görə Tit deyərmiş: "Dostlar mən günümü boş yerə sərf etmişəm!"".

Ölümü

81-ci ilin yayında Romada yüzgünlük oyunlardan sonra özünə qapanaraq 13 sentyabr 81-ci ildə hakimiyyətə gəlməsindən 26 ay sonra ata yurdu Sabinaya gedərkən yolüstü xəstələnərək qızdırmadan iki il öncə atasının vəfat etdiyi iqamətgahda Akva Kotilia adlanan yerdə vəfat edir. Onun yerini Domisian tutmuş olur.

SƏLƏF

Vespasian

Tit

Flavilər sülaləsi
XƏLƏF

Domisian
  1. Titus // Encyclopædia Britannica (ing.).
  2. Oxford Classical Dictionary (ing.). / S. Hornblower, A. Spawforth, E. Eidinow Oxford: OUP, 2012. ISBN 978-0-19-173525-7
  3. Union List of Artist Names (ing.). 2014.
  4. Titus, Flavius Sabinus Vespasianus (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 26.
  5. Д. К. Тит Флавий Веспасиан (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1901. Т. XXXIII. С. 259–260.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tit (imperator) haqqında məlumat. Tit (imperator) nədir? Tit (imperator) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    MATLAB

  • Fevral 27, 2026

    Dağ massivi

  • Fevral 26, 2026

    Sirkə

  • Fevral 27, 2026

    2040-cı illər

  • Fevral 27, 2026

    .az

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst