Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tikal — Mayya sivilizasiyasının ən böyük şəhərlərindən biri, Mutul Krallığının paytaxtı. Qvatemalanın Peten bölgəsində yerləşir.

Tikal

  • Ana Səhifə
  • Vikipediya
  • Tikal

Tikal — Mayya sivilizasiyasının ən böyük şəhərlərindən biri, Mutul Krallığının paytaxtı. Qvatemalanın Peten bölgəsində yerləşir.

Tikal
Ölkə  Qvatemala
Yerləşir Peten departamenti
Aidiyyəti Mayya sivilizasiyası
Tikilmə tarixi e.ə. VII əsr
Üslubu Mayya memarlığı
Vəziyyəti stabil
Rəsmi sayt tikalpark.com
UNESCO Ümumdünya İrsi
TipiMədəni
Kriteriyai,iii,iv,ix,x
Təyin edilib1979
İstinad nöm.64
DövlətQvatemala
RegionLatın Amerikası və Kariblər
17°13′20″ şm. e. 89°37′25″ q. u.HGYO
Xəritə
Tikal (Qvatemala)
Nöqtə
Tikal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarix

Tikalda hindu məskəni hələ e.ə. VII əsrdən mövcud idi.

B.e. I–IX əsrlərdə şəhər Mayya sivilizasiyasının mühüm mərkəzlərindən idi. Tədqiqatçıların hipotezinə əsasən, bu zaman Tikalda əhalinin sayı 100–200 min nəfər təşkil edirdi. X əsrin sonlarında bir sıra qiyam hadisələri nəticəsində şəhər yerli camaat tərəfindən tərk edilmişdi. Tikal adının mənası mayya dilindən tərcümədə "ruhların səslərinin eşidildiyi yer" mənasını verir. Heroqlifik yazılarda şəhərin daha qədim adı olan Yaş-Mutul (yaşıl bağ) qeyd olunur.

Tikal və onun ətrafları Qvatemala hökuməti tərəfindən eyniadlı milli parka daxil edilmişdi. 1979-cu ildən milli park UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi.

Hollivudun Ulduz müharibələrinin çəkilişləri zamanı Tikalın xarabalıqları fon rəsmi kimi istifadə edilirdi. Tikal 2012-ci il fenomeni qeyd olunan ən mühüm yerlərdən biri olmuşdur. Lakin hakimiyyətin fikrincə bu bayramın nəticəsində abidəyə əhəmiyyətli dərəcədə ziyan dəymişdi

Şəhər

Şəhərin ərazisi 60 km2-ə yaxındır. Şəhərdə yüzlərlə daş tikili vardır; ancaq onların az hissəsi qazılmışdı.

Şəhərin mərkəzi hissəsində 6 dənə pilləli ehram (platforma), üzərində isə məbəd yerləşir. Əvvəlki arxeoloqlar tərəfindən bu piramidalar nömrələnmişdi. Konstruksiyaların taxta elementləri dəmir ağacından düzəldilmişdi və məhz buna görə də, öz yaşına baxmayaraq qorunub saxlanılmışdı. I Məbəd 695-ci ildə, III Məbəd 810-cu ildə inşa edilmişdi. 72 metr hündürlüyündə olan və şəhərin ən böyük IV məbəd-piramidası 720-ci ildə, V Məbəd 750-ci ildə, VI Məbəd isə 766-cı ildə tikilmişdi. Digər tikililər sırasında şəhər hakimlərinin saraylarını, daha kiçik ölçüdə olan məbədləri, top oyunu məqsədilə tikilən sahəni (belə qədim top oyunu üçün tikilmiş stadionlar mayya şəhərləri üçün tipik idi — oyun çox güman ki, ritual xarakter daşıyırdı) qeyd etmək olar.

Tədqiqat

Tikal xarabalıqları haqqda ilk məlumatlar XVII əsrə aid edilir. 1848-ci ildə şəhərin tədqiqatı məqsədilə ilk elmi ekspedisiya təşkil edilmişdi. XIX–XX əsrlərdə onların sayı bir neçə idi, barelyef və yazılardan şəkillər götürülmüşdü. 1951-ci ildə obyektə çıxışı asanlaşdırmaq üçün uçuş xətti inşa olunmuşdu. 1957–1970-ci illərdə Pennsilvaniya Universitetinin işçiləri tərəfindən çox böyük miqyasda iş görülmüşdü. 1979-cu ildə Qvatemala hökuməti Tikalda yeni arxeoloji proekt təşkil etdi və bu günə kimi arxeoloji qazıntı işləri davam etdirilir.

Qalereya

Məbədlər

  • I Məbəd
    I Məbəd
  • II Məbəd
    II Məbəd
  • III Məbəd
    III Məbəd
  • IV Məbəd
    IV Məbəd
  • V Məbəd
    V Məbəd
  • VI Məbəd
    VI Məbəd

Akropollar

  • Mərkəzi Akropol
    Mərkəzi Akropol
  • Şimali Akropol
    Şimali Akropol

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, tikal sözünün mənası, tikal haqqında məlumat. tikal nədir? tikal nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ələvilik

  • Mart 06, 2026

    Josemiti

  • Mart 06, 2026

    Canbəyim Xatun

  • Mart 03, 2026

    Havsallı tayfası

  • Mart 01, 2026

    Assortiment

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst