Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

The Half (azərb. Yarı‎) — Azərbaycan rok musiqi qrupu. 2017-ci il 14 mart tarixindən "Crambone Inventive League" leyblı daxilində fəaliyyətə başlamışdır. "The H

The Half

  • Ana Səhifə
  • Vikipediya
  • The Half

The Half (azərb. Yarı‎) — Azərbaycan rok musiqi qrupu. 2017-ci il 14 mart tarixindən "Crambone Inventive League" leyblı daxilində fəaliyyətə başlamışdır. "The Half" musiqi qrupunun solo gitaraçısı və söz yazarı Nicat Gülməmmədov, ritm gitaraçısı Cahid Rəsullu, vokalisti isə Teymur Eyvazovdur.

The Half
Əsas məlumatlar
Üslub Psixodelik rok
Alternativ rok
Blüz
Etnik-rok
Post-rok
Fəaliyyət illəri 2017-h.h.
Ölkə  Azərbaycan
Şəhər Bakı
Dil Azərbaycan dili
Leybl Crambone Inventive League
Heyət
  • Nicat Gülməmmədov
  • Cahid Rəsullu
  • Teymur Eyvazov
Əməkdaşlıq Vugarixx

Mündəricat

Tarixi

"The Half" musiqi qrupu Nicat Gülməmmədov və Cahid Rəsullu tərəfindən 2017-ci ilin yanvar ayında qurulub, daha sonra isə Teymur Eyvazovun da qrupa vokalist kimi qoşulması ilə tam fəaliyyətə başlamışdır. "Balta" cizgi serialının 5-ci seriyası üçün "Andromeda" mahnısını hazırlamışdılar. Qrup "Ey gözəl" sinqlı ilə daha çox tanınmış və sevilmişdir. 28 avqust 2018-ci il tarixində Nizami Kino Mərkəzində keçirilmiş "Balta" cizgi serialının 5-ci seriyasının qala gecəsində konsert vermişdir. Kreativ təqdimat formaları ilə seçilən qrup 2021-ci il 14 fevral tarixində sevgililər gününə xüsusi olaraq hazırladığı "Şablon sevgi" musiqi videosu ilə diqqət çəkmişdir. Eyni zamanda sözügedən mahnı daxilində 33 ədəd "sev" köklü sözdən istifadə edib Azərbaycan mahnıları arasında bu rekordu qıraraq yerli sevgi mahnılarına istehza etmişdir. Qrupun bir çox kliplərinin müəllifi Rəvan Muradovun rejissorluğu ilə hazırlanmış "Birdən ölsək" adlı animasiyalı musiqi videosu isə Animafilm festivalında 2023-cü ilin "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" mükafatına layiq görülmüşdür. Bu mükafat rejissora dünyanın ən nüfuzlu animasiya festivalı olan "Annecy" Beynəlxalq Festivalında iştirak haqqı qazandırmışdır.

Diskoqrafiya

Sinqllar

  • Səbəbsiz
  • Ey Gözəl
  • Mavi
  • Neyniyim qardaş
  • Sərxoş qadın
  • Andromeda
  • Xəzərin sahilində (ft. Vugarixx)
  • Ölənə Qədər
  • Sevdim
  • Once upon time in Baku
  • Necə Unudum Səni (Remake)
  • Söhbətdən Kənar
  • Bir Yalnızın Hekayəsi ll
  • Düşünmə
  • Eyni Səhifələr
  • Şablon sevgi
  • Həvəsim İtər
  • Birdən Ölsək

Albom

Söhbətdən kənar

  • Ölənə Qədər
  • Necə Unudum Səni (Remake)
  • Bir Yalnızın Hekayəsi II
  • Düşünmə
  • Söhbətdən Kənar
  • Eyni Səhifələr
  • Sevdim
  • Once Upon A Time In Baku

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, the half sözünün mənası, the half haqqında məlumat. the half nədir? the half nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bronxial astma

  • Fevral 27, 2026

    Torpaq sahəsi

  • Fevral 27, 2026

    Ədirnə ili

  • Fevral 27, 2026

    Müqəddəm eli

  • Fevral 24, 2026

    Orhus Universiteti

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst