Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ümumiyyətlə, tezaurus sözlərin tərifini verən və onları əlifba sırasına görə sıralayan lüğətdən fərqli olaraq, məna oxşarlığına görə qruplaşdırılmış sözləri (si

Tezaurus

  • Ana Səhifə
  • Vikipediya
  • Tezaurus

Ümumiyyətlə, tezaurus sözlərin tərifini verən və onları əlifba sırasına görə sıralayan lüğətdən fərqli olaraq, məna oxşarlığına görə qruplaşdırılmış sözləri (sinonimlər və bəzən antonimləri ehtiva edən) birləşdirən istinad işidir. Rojenin Tezaurusunun müəllifi Piter Rojeyə görə bu cür arayış işlərinin əsas məqsədi istifadəçilərə bir fikri ən uyğun və düzgün ifadə edə bilən söz və ya sözləri tapmağa kömək etməkdir.

Oksford İngilis lüğətinin tarixi tezaurusu, iki cildlik dəst.

Sinonimlərin də daxil edilməsinə baxmayaraq, tezaurus müəyyən bir sözün sinonimlərinin tam siyahısı kimi qəbul edilməməlidir. Onun tərkibindəkilər oxşar sözlər arasındakı fərqləri göstərir və oxucuya tam doğru sözü seçməyə kömək edir. Lüğətdən fərqli olaraq tezaurusun daxilindəkilər sözlərin tərifini vermir.

Tezaurusdan kitabxana və informasiya elmlərində domen modellərini təyin etmək üçün geniş istifadə edilir. Son vaxtlarda o, Sadə Bilik Təşkilatı Sistemi (SKOS; Simple Knowledge Organization System) ilə birlikdə tətbiq olunub.

Etimologiyası

"Tezaurus" sözü XVI əsrdə Yeni Latın dilindən və öz növbəsində Qədim yunan dilində θησαυρός (thēsauros) sözünün latınlaşmış forması olan Latın dilindəki thēsaurus sözlərindən götürülüb və "xəzinə, anbar" mənasını verir. Thēsauros sözünün etimologiyası qeyri-müəyyəndir. Duqlas Harper onu yunanca τιθέναι tithenai (qoymaq, yerləşdirmək) felinin kökü ilə əlaqələndirir. Robert Bekes isə proto-hind-Avropa dilindən götürülmə fikrini təkzib edib və qədim Yunanıstanda istifadə olunan *-arwo- şəkilçisini təklif edib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, tezaurus sözünün mənası, tezaurus haqqında məlumat. tezaurus nədir? tezaurus nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Afinalı Apollodor

  • Fevral 27, 2026

    Arabaçı (Gədəbəy)

  • Fevral 27, 2026

    Qisasçılar (komiks)

  • Fevral 27, 2026

    Boeing

  • Fevral 24, 2026

    Brijit Bardo

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst