Teymuri İntibahı — Asiya və İslam tarixində İslamın qızıl dövründən sonrakı, XIV əsrin sonlarından XVI əsrin əvvəllərinə qədər davam edən bir dövr idi və bu dövrdə Teymuri İmperiyası hakimiyyəti altında, incəsənət və elmin dirçəlişi müşahidə olunmuşdur. Bu hərəkat müsəlman dünyasına yayılmışdır.

Teymuri İntibahı Avropa İntibahından bir qədər əvvəl baş vermişdir. Bəziləri tərəfindən onun şöhrəti İtaliya Kvattroçentosuna bərabər şəkildə təsvir edilmişdir. Teymuri İntibahı XV əsrdə, monqol işğalları və fəthlərinin bitməsindən sonra zirvə nöqtəsinə çatmışdır.
İslam ideallarına əsaslanan Teymuri İntibahı Səmərqəndin yenidən qurulmasını, Əmir Teymur tərəfindən Teymur şahmatının ixtirasını, İtaliya İntibahının Florensiyası ilə rəqabət aparacaq gücdə olan Heratda Şahrux və onun həyat yoldaşı Gövhər Şadın hakimiyyətini, astronom və riyaziyyatçı Uluqbəyin digər polimatlar və İslam alimləri ilə birlikdəki dövrünü və Sultan Hüseyn Bayqara tərəfindən tədris mərkəzlərinin yaradılmasını əhatə edir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, teymuri intibahı sözünün mənası, teymuri intibahı haqqında məlumat. teymuri intibahı nədir? teymuri intibahı nə deməkdir?