Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tetraçalan (lat. Accipiter gentilis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid

Tetraçalan

  • Ana Səhifə
  • Vikipediya
  • Tetraçalan

Tetraçalan (lat. Accipiter gentilis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Bəzən Quzuqapan və Şahbaz da adlanır.

Tetraçalan
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Sinif:
Quşlar
İnfrasinif:
Yenidamaqlılar
Klad:
Neoaves
Klad:
Passerea
Klad:
Telluraves
Klad:
Accipitrimorphae
Dəstə:
Qırğıkimilər
Fəsilə:
Qırğılar
Yarımfəsilə:
Qırğılar
Cins:
Əsl qırğı
Növ:
Tetraçalan
Beynəlxalq elmi adı
  • Astur gentilis
Vikianbarın loqotipi
Vikianbarda şəkil
axtarışı

Mündəricat

Kateqoriya və statusu

(III — VU). Həssas, sayı azalmaqda olan növdür.

Qısa təsviri

Qarğadan iridir. Bel tərəfi qonur-boz, qarın tərəfi isə açıq rənglidir və üzərində nazik köndələn tünd zolaqlar var. Gözləri və ayaqları sarıdır .

Yayılması

Arealı genişdir: Avropa, Asiya, Şimal-Qərbi Afrika, Madaqaskar, Şimali Amerika. Azərbaycanda Talış və Şərqi Qafqaz dağ meşələrində yayılıb .

Yaşayış yeri və həyat tərzi

Hündür ağaclardan ibarət meşə quşudur. Daimi cütləri olur. Hər cüt yuva sahəsi seçir, oraya qonşu cütləri buraxmır. Hündür ağacda (10–15 m) yuva tikir. Şam ağacını xoşlayır. Berkut qartal (Aquila chrisaetus) kimi güclü yırtıcının yuvasını zəbt edə bilir. Eyni cütün sahəsində 2–3 yuva olur, hər il birində nəsil verir. Aprelin axırlarında 2–3 ədəd yaşıl çalarlı ağ yumurta verir. Dişi quş 32 gün kürt yatır, erkək onu yemləyir. Yem üçün yuvasından 5–6 km uzağa qədər uça bilir. Kannibalizmi güclüdür. Avqust ayında hər yuvada 1–2 bala pərvazlanır.

Sayı

XX əsrə qədər adi saylı olub. XX əsrdə azalmağa başlayıb. 1950-ci illərdən sonra populyasiyasının sıxlığı azalıb nadir olub. XXI əsrin əvvəlində 55 cüt idi, indi isə 25 cütdən çox deyil. Son 10 ildə 36,4 % azalıb.

Məhdudlaşdırıcı amillər

Zərərli yırtıcı hesab edilib ovlanması, ovçu quş kimi istifadə etmək üçün balalarının yuvadan götürülüb ələ öyrədilməsi, meşələrin qırılması, yem bazasının zəifləməsi və zəhərlənməsi, səs-küyün çoxalması.

Qorunması üçün qəbul edilmiş tədbirlər

Ovlanması qadağandır. Beynəlxalq ticarəti yasaqdır, Zaqatala və İlisu Dövlət Təbiət Qoruqlarında, Hirkan, Altıağac, Şahdağ və Göy-göl Milli Parklarında nəzarət altında saxlanılır. Azərbaycan Respublikasının və Naxçıvan MR-in Qırmızı kitablarına daxil edilib. CİTES, Bern və Bonn konvensiyalarına daxildir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Yem bazasının qorunub saxlanılması, yuva sahəsindən ağac kəsilməsinin qarşısının alınması.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tetraçalan haqqında məlumat. Tetraçalan nədir? Tetraçalan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Karbohidrogen

  • Fevral 26, 2026

    Slovenlər

  • Fevral 21, 2026

    Yukatan yarımadası

  • Fevral 27, 2026

    Təcrübə

  • Fevral 27, 2026

    Bioetika

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst