Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tetraflüoretilen - C2F4 kimyəvi formulu olan karbon və flüorun üzvi birləşməsidir, flüorolefinlərin nümayəndələrindən biridir - doymamış flüor üzvi birləşmələri

Tetraflüoretilen

  • Ana Səhifə
  • Vikipediya
  • Tetraflüoretilen

Tetraflüoretilen - C2F4 kimyəvi formulu olan karbon və flüorun üzvi birləşməsidir, flüorolefinlərin nümayəndələrindən biridir - doymamış flüor üzvi birləşmələrin.

Tetraflüoretilen
Kimyəvi quruluşun şəkli
Molekulyar modelin şəkli
Ümumi
Sistematik adı Tetraflüoretilen
Kimyəvi formulu C2F4
Fiziki xassələri
Molyar kütlə 100,016 q/mol
Sıxlıq 1,43; 1,50138(0°C), 1,4555 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi −131,15 °C
Qaynama nöqtəsi −76,5 °C
Təsnifatı
CAS-da qeyd. nöm. 116-14-3
PubChem 8301
EINECS-də qeyd. nöm. 204-126-9
SMILES
 
  • C(=C(F)F)(F)F
InChI
 
  • InChI=1S/C2F4/c3-1(4)2(5)6
    BFKJFAAPBSQJPD-UHFFFAOYSA-N
ChEBI 38866
ChemSpider 8000
Məlumatlar normal şərait (25 °C, 100 kPa) üçün verilmişdir.

Mündəricat

Fiziki xassələri

Tetraflüoretilen ağır qazdır (havadan demək olar ki, 3,5 dəfə ağırdır), rəngsiz və qoxusuzdur. Tetraflüoretilen molekulu düzdür, C–C nüvələrarası məsafə 1,33±0,06 Å, C–F nüvələrarası məsafə 1,30±0,02 Å, F–C–F bucaq arası rabitə 114±3°-dir.

Alınması

Laboratoriya şəraitində 1,2-dibromtetraflüoretanı sinklə debromlaşma reaksiyasına uğradaraq tetraflüoretileni almaq olar:

CF 2 BrCF 2 Br + Zn ⟶ CF 2 CF 2 + ZnBr 2 {\displaystyle {\ce {CF2BrCF2Br + Zn -> CF2CF2 + ZnBr2}}} {\displaystyle {\mathrm {CF} {\vphantom {A}}_{\smash[{t}]{2}}\mathrm {BrCF} {\vphantom {A}}_{\smash[{t}]{2}}\mathrm {Br} {}+{}\mathrm {Zn} {}\mathrel {\longrightarrow } {}\mathrm {CF} {\vphantom {A}}_{\smash[{t}]{2}}\mathrm {CF} {\vphantom {A}}_{\smash[{t}]{2}}{}+{}\mathrm {ZnBr} {\vphantom {A}}_{\smash[{t}]{2}}}},


və ya texniki vakuumda politetraflüoretileni depolimerləşdirərək:

[ − CF 2 − CF 2 − ] n → 600 − 700   ∘ C ,   130 − 700   Па n   CF 2 = CF 2 {\displaystyle {\ce {[-CF2-CF2-]}}_{n}\xrightarrow {600-700\ ^{\circ }{\text{C}},\ 130-700\ {\text{Па}}} n~{\ce {CF2=CF2}}} {\displaystyle {[{-}\mathrm {CF} {\vphantom {A}}_{\smash[{t}]{2}}{-}\mathrm {CF} {\vphantom {A}}_{\smash[{t}]{2}}{\vphantom {A}}^{-}]}_{n}\xrightarrow {600-700\ ^{\circ }{\text{C}},\ 130-700\ {\text{Па}}} n~{\mathrm {CF} {\vphantom {A}}_{\smash[{t}]{2}}{=}\mathrm {CF} {\vphantom {A}}_{\smash[{t}]{2}}}}.


Tetraflüoretilen sənayedə diflüorxlorometandan (freon-22) alınır. Proses iki mərhələdən ibarətdir:

2 CF 2 HCl ⟶ CF 2 CF 2 + 2 HCl {\displaystyle {\ce {2 CF2HCl -> CF2CF2 + 2 HCl}}} {\displaystyle {2\,\mathrm {CF} {\vphantom {A}}_{\smash[{t}]{2}}\mathrm {HCl} {}\mathrel {\longrightarrow } {}\mathrm {CF} {\vphantom {A}}_{\smash[{t}]{2}}\mathrm {CF} {\vphantom {A}}_{\smash[{t}]{2}}{}+{}2\,\mathrm {HCl} }}.
CF 2 HCl ↽ − − ⇀ : CF 2 + HCl {\displaystyle {\ce {CF2HCl <=> :CF2 + HCl}}} {\displaystyle {\mathrm {CF} {\vphantom {A}}_{\smash[{t}]{2}}\mathrm {HCl} {}\mathrel {\longrightleftharpoons } {}:\mathrm {CF} {\vphantom {A}}_{\smash[{t}]{2}}{}+{}\mathrm {HCl} }},
CF 2 HCl ↽ − − ⇀ CF 2 : + HCl {\displaystyle {\ce {CF2HCl <=> CF2: + HCl}}} {\displaystyle {\mathrm {CF} {\vphantom {A}}_{\smash[{t}]{2}}\mathrm {HCl} {}\mathrel {\longrightleftharpoons } {}\mathrm {CF} {\vphantom {A}}_{\smash[{t}]{2}}:{}+{}\mathrm {HCl} }}.


Birinci mərhələdə xloroformu susuz hidrogen flüoridlə flüorlaşdırırıq. Bu proses avtoklavda təxminən 100°C temperaturda və 3 MPa təzyiqdə azot oksidinin iştirakı ilə aparılır. Monodiflüorxlormetanın çıxımı 80% təşkil edir. İkinci mərhələdə tetraflüoretileni diflüorxlorometa- nın (freon-22) pirolizi nəticəsində alırıq. Diflüorxlormetanın pirolizi gümüş boru şəklində olan reaktorda 600-800°C temperaturda aparılır. Tetraflüoretilenin çıxımı 90%-dən çox təşkil edir. Təmiz tetraflüoretilen otaq temperaturundan aşağı temperaturda polimerləşir. Buna görə də, o polimerləşmə inhibitorı olan - butilmerkaptanın (0,5%) iştirakı ilə saxlanılır.

Kimyəvi xassələri

Palladium katalizatorunda tetraflüoretilen hidrogenlə birləşir və 1,1,2,2-tetraflüoretan alınır:

CF 2 CF 2 + H 2 ⟶ CF 2 HCF 2 H {\displaystyle {\ce {CF2CF2 + H2 -> CF2HCF2H}}} {\displaystyle {\mathrm {CF} {\vphantom {A}}_{\smash[{t}]{2}}\mathrm {CF} {\vphantom {A}}_{\smash[{t}]{2}}{}+{}\mathrm {H} {\vphantom {A}}_{\smash[{t}]{2}}{}\mathrel {\longrightarrow } {}\mathrm {CF} {\vphantom {A}}_{\smash[{t}]{2}}\mathrm {HCF} {\vphantom {A}}_{\smash[{t}]{2}}\mathrm {H} }}.


Ağır şəraitdə tetraflüoretilen oksigendə yanaraq tetraflüormetan və karbon qazı alınır:

CF 2 CF 2 + O 2 ⟶ CF 4 + CO 2 {\displaystyle {\ce {CF2CF2 + O2 -> CF4 + CO2}}} {\displaystyle {\mathrm {CF} {\vphantom {A}}_{\smash[{t}]{2}}\mathrm {CF} {\vphantom {A}}_{\smash[{t}]{2}}{}+{}\mathrm {O} {\vphantom {A}}_{\smash[{t}]{2}}{}\mathrel {\longrightarrow } {}\mathrm {CF} {\vphantom {A}}_{\smash[{t}]{4}}{}+{}\mathrm {CO} {\vphantom {A}}_{\smash[{t}]{2}}}}.

Yüksək temperaturda tetraflüoretilen tsiklodimerləşmə reaksiyasına uğrayaraq oktaflüortsiklobutan alınır:

2 CF 2 = CF 2 ⟶ C 4 F 8 {\displaystyle {\ce {2 CF2=CF2 -> C4F8}}} {\displaystyle {2\,\mathrm {CF} {\vphantom {A}}_{\smash[{t}]{2}}{=}\mathrm {CF} {\vphantom {A}}_{\smash[{t}]{2}}{}\mathrel {\longrightarrow } {}\mathrm {C} {\vphantom {A}}_{\smash[{t}]{4}}\mathrm {F} {\vphantom {A}}_{\smash[{t}]{8}}}}.

Tetraflüoretilenin pirolizi heksaflüorpropilenin alınması ilə müşayiət olunur:

CF 2 CF 2 + CF 2 : ↽ − − ⇀ CF 3 − CF = CF 2 {\displaystyle {\ce {CF2CF2 + CF2{:}<=> CF3-CF=CF2}}} {\displaystyle {\mathrm {CF} {\vphantom {A}}_{\smash[{t}]{2}}\mathrm {CF} {\vphantom {A}}_{\smash[{t}]{2}}{}+{}\mathrm {CF} {\vphantom {A}}_{\smash[{t}]{2}}{\text{:}}{}\mathrel {\longrightleftharpoons } {}\mathrm {CF} {\vphantom {A}}_{\smash[{t}]{3}}{-}\mathrm {CF} {=}\mathrm {CF} {\vphantom {A}}_{\smash[{t}]{2}}}}.

Tətbiqi

Tetraflüoretilen əsasən teflonun istehsalında istifadə olunur.

Toksikliyi

Tetraflüoretilen zəhərli maddədir. Gözün və tənəffüs orqanlarının selikli qişasını qıcıqlandırır, yüksək konsentrasiyalarda mərkəzi sinir sisteminə mənfi təsir göstərir, ağciyərdə iltihaba səbəb olur. Ölümcül doza 200-955 mg/kg-dır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, tetraflüoretilen sözünün mənası, tetraflüoretilen haqqında məlumat. tetraflüoretilen nədir? tetraflüoretilen nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Reptilia

  • Mart 06, 2026

    Sosnovski baldırğanı

  • Mart 06, 2026

    Gəncəli Gənciyev

  • Fevral 27, 2026

    Sen-Moris

  • Mart 07, 2026

    Cəngəlliklər

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst