Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Terek (kab.-çərk. Тэрч къалэ) — Rusiya Federasiyası, Kabarda-Balkariyanın ərazisində yerləşən şəhər. Terek rayonunun inzibati mərkəzidir. Şəhər dairəsinə yalnız

Terek (şəhər)

  • Ana Səhifə
  • Vikipediya
  • Terek (şəhər)

Terek (kab.-çərk. Тэрч къалэ) — Rusiya Federasiyası, Kabarda-Balkariyanın ərazisində yerləşən şəhər. Terek rayonunun inzibati mərkəzidir. Şəhər dairəsinə yalnız bir yaşayış məntəqəsi daxildir.

Terek
Тэрч къалэ
Gerb
Gerb
43°29′ şm. e. 44°08′ ş. u.HGYO
Ölkə
  •  Rusiya
Tarixi və coğrafiyası
Əsası qoyulub 1876
Sahəsi
  • 12 km²
Mərkəzin hündürlüyü 254 m
Saat qurşağı
  • UTC+03:00
Əhalisi
Əhalisi
  • 20.154 nəf. (2025)
Rəsmi dili
  • Kabardin-çərkəz dili,
  • Qaraçay-balkar dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 361200–361203
Digər
admterek.ru
Xəritəni göstər/gizlə
Terek xəritədə
Terek
Terek
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiya

Terek şəhəri Terek rayonunun qərbində, Terek çayının sağ sahilində yerləşir. Respublikanın paytaxtı Nalçikdən 53 km şərqdədir. Şəhərin sahəsi 12 km²-dir. Şimaldan cənuba şəhərin uzunluğu 5 km, qərbdən şərqə 3 km-dir.

Aşağıdakı yaşayış məntıəqələri ilə həmsərhəddir: şimalda Arik, şərqdə Deyskoye, qərbdə İnternasionalnoe və Aleksandrovskaya.

Şəhər respublikanın dağətəyi zonasında, Kabardın malli düzənliyində yerləşir. Ərazi qərbdə və şimalda yumru təpələri olan nisbətən düz ərazidən ibarətdir. Şəhər ərazisində orta hündürlük dəniz səviyyəsindən 254 metrdir.

Hidroqrafik şəbəkə Terek çayı ilə təmsil olunur. Çay vadisi sıx çay meşələri ilə örtülüdür. Bölgədəki kənd təsərrüfatı torpaqlarının suvarılması üçün nəzərdə tutulmuş kiçik kanallara sahibdir. Şəhərin şimalı meşəlikdir.

İqlimi rütubətli və mülayim yaya və sərin keçən qışa sahibdir. Havanın orta illik temperaturu təqribən + 10,5 ° C, iyulda ortalama + 22.5 ° C, yanvarda isə -2.0 ° C arasında dəyişir. Havanın orta sutkalıq temperaturu qışda −5 ° C-dən + 10 ° C-ə, yayda + 16 ° C-dən + 30 ° C-ə qədərdir. Qışda minimum temperatur nadir hallarda -12 ° C-dən aşağı olur, yayda maksimum temperatur + 35 ° C-ə çatır. Orta illik yağıntının miqdarı təxminən 650 mm-dir. Ən çox yağıntı aprel-iyun aylarına düşür. Əsas küləklər: şərq və şimal-qərb.

Əhali

Urbanizasiya

2019-cu il 1 yanvar tarixinə əsasən Rusiyanın 1115 şəhəri arasında əhalisinin sayına görə 679-cu yerdədir. Əhalisinin sıxlığı — 1624.5 nəf./km².

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
Kabardinlər 16 400 85,6 %
ruslar 1 917 10,0 %
osetinlər 219 1,1 %
digərləri 634 3,3 %
ümumi 19 170 100,00 %
Cins tərkibi

2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat:

YaşKişilər,
nəf.
Qadınlar,
yaş.
Ümumi
say.
ümumi əhaliyə
olan nisbət, %
0 — 14 yaş 1 743 1 765 3 508 18,3 %
15 — 59 yaş 6 107 6 993 13 100 68,3 %
60 yaşdan yuxarı 908 1 654 2 562 13,4 %
ümumi 8 758 10 412 19 170 100,0 %

Kişilər — 8 758 nəf. (45,7 %). Qadınlar — 10 412 nəf. (54,3 %).

Əhalinin orta yaşı — 35,5 yaş. Kişilərin orta yaşı — 33,6 yaş. Qadınların orta yaşı — 37,0 yaş.

Səhiyyyə

  • Rayon Xəstəxanası - Panaqova k., 110.
  • Rayon Poliklinikası - Fanziev k., 8.
  • Rayon Stomotoloji Mərkəzi - Lenin k., 22.
  • Laboratoriya Diaqnostika Mərkəzi - Lenin k., 53.

Din

Şəhərdə 4 məscid var :

  • «Cənnət» - Qoqol k., 19.
  • «İslam» - Pervoye k., 6.
  • «Ramazan» - Kirov k., 162.
  • «Tövhid» - Puşkin k., 125.

Mədəniyyət

  • Bölgənin tarixi və mədəniyyətinə həsr olunmuş muzey - Kiçik Kabarda
  • Rayon Mədəniyyət Evi
  • Rayon kitabxanası
  • Şəhər Mədəniyyət Sarayı
  • İdman və fitness kompleksləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Terek (şəhər) haqqında məlumat. Terek (şəhər) nədir? Terek (şəhər) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Perikl

  • Fevral 10, 2026

    Hülakü xan

  • Fevral 27, 2026

    Birinci Mahmudlu

  • Fevral 23, 2026

    1991-ci il

  • Fevral 27, 2026

    VII Haakon

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst