Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Teptyarlar və ya Tiptərlər (rusca teptyari / tiptyari (тептяри / типтяри)) (başqırdca tiptərźər (типтәрҙәр) və tatarca tiptərlər (типтәрләр)) — XVII əsrdə Başqı

Teptyarlar

  • Ana Səhifə
  • Vikipediya
  • Teptyarlar

Teptyarlar və ya Tiptərlər (rusca teptyari / tiptyari (тептяри / типтяри)) (başqırdca tiptərźər (типтәрҙәр) və tatarca tiptərlər (типтәрләр)) — XVII əsrdə Başqırdıstanda tanınan sosial qrupun adı.

Bəzi tədqiqatçılar onları sinif (А. Z. Asfandiyarov, R. N. Raximov), bəzi tədqiqatçılar isə etno-sinif qrup hesab edir (R. Q. Kuzeyev, D. M. İsxakov).

Adlarının kökündə bir çox mütəxəssisin fikrincə ərəb və fars dillərindəki "dəftər" sözü (qeydiyyata düşən bir toplum olduqlarına görə) durur.

Teptyar alaylarının sıravisi, 1819–1825.

Mündəricat

Formalaşması

Teptyarların formalaşması müasir Başqırdıstan ərazisində və Tatarıstanın şərq rayonlarında baş vermişdir. Diyarın ilk təsvirini verən G. Georgi, P. Pallas, P. İ. Rıçkov və başqaları teptyarları bölgənin əhalisi içərisində qeyd edir.

Erkən dövlərdə bu qrupun mövcudluğu və onun tərkibi çoxmillətli idi, onun tərkibində demək olar ki diyarın bütün xalqlarının nümayəndələrinə rast gəlinirdi: öz dilini və mədəni xüsusiyyətlərini qoruyub saxlayan udmurtlar, marilər, mordvalar, çuvaşlar, tatarlar və başqırdlar.

Bu sinfin tərkibində əsasən XVIII–XX əsrin əvvəllərində başqırd votçina sahibləri arasında boş torpaqlarda müəyyən şərtlər əsasında məskunlaşan şəxslər vardı.

U. X. Raxmatullin hesab edir ki, ilk teptyarlar öz icmasından sıxışdırılıb çıxarılan başqırdlar olmuşdur. Teptyarlar qrupuna daxil olmaq başqırdlar üçün ona möhkəm şəkildə bağlanmaq anlamına gəlmirdi. Əlverişli vəziyyətdə başqırd-teptyarlar yenidən öz icmalarına qayıda bilirdilər. Lakin bu proses zamanla dəyişdi.

Əsasən qeydiyyatsız və şəraitsiz məskunlaşmış başqırd kəndliləri — teptyarlar üçün qoyulan müəyyən şərtlər onları torpağa bağlayır və oradan çıxıb gedə bilmirdilər. Çоxlu teptyarlar icmaya daxil olub icma üzvləri ilə bərabərhüquqlu səviyyəsinə gəlib çatdı və çox vaxt onları "yeni başqırdlar" adlandırırdılar.

Sayları

Rusiya imperiyasının quberniyalarının qəzaları üzrə teptyarların sayı — 1897-ci il əhali siyahıyaalınması üzrə
Qəza Teptyarların sayı
Vyatski Quberniyası
Yelabujskiy qəzası 4220
Sarapulskiy qəzası 3568
Perm Quberniyası
Perm qəzası 30
Krasnoufimsk qəzası 3649
Osinskiy qəzası 1614
Solkimaskiy qəzası 2
Samara Quberniyası
Samara qəzası 2
Buqulminskiy qəzası 43568
Buquruslanskiy qəzası 4110
Buzulukskiy qəzası 4
Orenburq Quberniyası
Orenburq qəzası 2656
Verxneuralskiy qəzası 13276
Orskiy qəzası 1
Troitskiy qəzası 836
Ufa Quberniyası
Ufa qəzası 9001
Belebeyskiy qəzası 6894
Birskiy qəzası 440
Zlatoustovskiy qəzası 4945
Menzelinskiy qəzası 14875
Sterlitamakskiy qəzası 3800

Siyahıyaalınmalara görə teptyarların sayı:

  • 1735-ci ildə — 11.294 nəfər,
  • 1767-ci ildə — 33.656 nəfər,
  • 1796-cı ildə — 52.193 nəfər,
  • 1834-cü ildə — 105.864 nəfər,
  • 1858-ci ildə — kişi cinsindən 140.895 nəfər.
  • 1897-ci ildə — kişi cinsindən 59.293 nəfər; 117.773 cəmi.
  • 1926-cı ildə — 27.387 nəfər.
  • Teptyarlar SSRİ-nin 1959-cu ildən sonra olan milliyyətlərin siyahıyaalınmalarında da xatırlanır.

Hal-hazırda teptyarların əksəriyyəti tatar xalqının tərkibindədir. Teptyarların bir hissəsi isə başqırdların tərkibinə daxil olub.

Həmçinin bax

  • Başqırdlar
  • Udmurtlar
  • Marilər
  • Mordvalar
  • Çuvaşlar
  • Tatarlar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, teptyarlar sözünün mənası, teptyarlar haqqında məlumat. teptyarlar nədir? teptyarlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Təsviri incəsənət

  • Mart 06, 2026

    Fəhimə Sultan

  • Mart 01, 2026

    İlkin Muradov

  • Mart 06, 2026

    Hialuron turşusu

  • Mart 06, 2026

    Neonasistlər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst