Tatarlı — Azərbaycan Respublikasının Goranboy rayonunun Tatarlı kənd inzibati ərazi dairəsində kənd. 3 iyul 1998-ci il tarixli 518-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun faktiki mövcud olan Tatarlı kəndi dəqiqləşdirmə qaydasında Səfikürd kənd inzibati ərazi vahidi tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Tatarlı kəndi Şəfikürd kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Tatarlı kənd inzibati ərazi vahidi yaradılmışdır. 14 aprel 2009-cu il tarixli 793-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Tatarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatarlı kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 2,5 ha, habelə meşə fonduna aid 534,02 ha, 31 may 2010-cu il tarixli 1018-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə isə bələdiyyə mülkiyyətində olan 229,68 ha və xüsusi mülkiyyətdə olan 125,48 ha (cəmi — 355,16 ha) torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdir.
| Tatarlı | |
|---|---|
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
Toponimikası
Bu adda Şəmkir rayonunda da kənd qeyda alınmışdır.
Tarixi
Coğrafiyası və iqlimi
Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2046 nəfər əhali yaşayır.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tatarlı (Goranboy) haqqında məlumat. Tatarlı (Goranboy) nədir? Tatarlı (Goranboy) nə deməkdir?