Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tariyel Hümbət oğlu İsmayılov (16 oktyabr 1949, Şiştəpə, Şamxor rayonu) — Fizika-riyaziyyat elmləri doktoru, Bakı Dövlət Universiteti Bərk cisimlər fizikası kaf

Tariyel İsmayılov

  • Ana Səhifə
  • Vikipediya
  • Tariyel İsmayılov

Tariyel Hümbət oğlu İsmayılov (16 oktyabr 1949, Şiştəpə, Şamxor rayonu) — Fizika-riyaziyyat elmləri doktoru, Bakı Dövlət Universiteti Bərk cisimlər fizikası kafedrasının professoru.

İsmayılov Tariyel
İsmayılov Tariyel Hümbət oğlu
Doğum tarixi 16 oktyabr 1949(1949-10-16) (76 yaş)
Doğum yeri
  • Şiştəpə, Şamxor rayonu, Azərbaycan
Milliyyəti azərbaycanlı
İş yeri
  • AMEA Fizika İnstitutu
Təhsili
  • Bakı Dövlət Universiteti

Mündəricat

Həyatı

16 oktyabr 1949-cu ildə Şəmkir rayonunun Şiştəpə kəndində hərbçi ailəsində anadan olub. 1967-ci ildə Bakı şəhəri 176 sayli orta məktəbi qızıl medalla bitirib. Üç övladı var.

Kimya elmləri doktoru, professor Etibar İsmayılovun qardaşıdır.

Akademik Karyerası

1967–1972 — tələbə, Fizika fakültəsi, Baki Dövlət Universiteti

1981, f.r.-e.n., " bərk məhlullarında işığın udulma və zonalararası kombinasion səpilmə nəzəriyyəsi", AMEA, Fizika İnstitutu

1993 f.r.e.d., " tipli yarımkeçiricilərdə və onların yarımmagnit məhlullarında işığın elektron kombinasion səpilməsi və ikifotonlu udulması", AMEA, Fizika İnstitutu

Peşəkar Karyerası

1975–1976 – SSRİ EA, Radiotexnika və Elektronika İnstitutu (Moskva), elmi tədqiqatçı

1972–1985 — AMEA, Fizika İnstitutu, kiçik elmi işçi

1985–1992 – Kosmik Tədqiqatlar Elm İstesalat Birliyi baş elmi işçi, qrup rəhbəri

1992–1999 — AMEA, Fizika İnstitutu, aparıcı elmi işçi

1999–2000 — AMEA, Fizika İnstitutu, laboratoriya müdiri

2000-ci ildən indiyədək Bakı Dövlət Universiteti Fizika fakültəsinin "Bərk cisimlər fizikası" kafedrasında işləyir.

Əsərləri

Tariyel İsmayılov 120-dən artıq elmi əsər, o cümlədən 1 dərs vəsaiti, 1 müəlliflik şəhadətnaməsinin müəllifidir.

  • Hasimzade F. M., Ismailov T. G., Mehdiyev B. H., Pavlov S. T.. Interband electron Raman scattering in a quantum wire in a transverse magnetic field. Phys. Rev B 71, p. 165331–1, 165331–8, 2005
  • Hasimzade F. M., Ismailov T. G., Mehdiyev B. H.. Influence of external transverse electric and magnetic fields on the absorption of a parabolic quantum wire. Physica E 27, 140–150, 2005
  • Ismailov T. G., Mehdiyev B. H.. Electron Raman Scattering in a cylindrical quantum dot in a magnetic field. Physica E: Low-dimensional Systems and Nanostructures, vol. 31, Issue 1, pp. 72–77, 2006, Amsterdam
  • T.H.Ismayilov, A.R.Aslanova. Electrophysical properties of Schottky diodes with inhomogeneous contact surface. Superlattices and Microstructures 2016, 90, pp. 68-76.
  • S.R.Figarova, T.H.Ismailov, G.N.Khasiyeva. Electrical Conductivity of a Nondegenerate Electron Gas with a Compiex Shaped Quantum Well. Journal of the Korean Physical Society, 2016, Vol. 69, N8, pp.1310-1313.
  • T.H.Ismailov, Aslanova A.R. Influence of Peripheral Effects on the Electro Physical Properties of Schottky Diodes. International Journal of Innovative Technology and Exploring Engineering, 2015, v.5, n.2, pp.1-7.
  • T.H.Ismailov M.А.Mehrabova, I.R.Nuriyev. Photo- and electroluminescence properties of Pb1-xMnxTe (Se,S) thin films İnternational Journal of Systems, Applications, Engineering & Development, Issue 1, Volume 6, 2012, pp. 130-136.
  • Jabrailova G. G., Ismailov T. G., The Faraday effect in a semiconductor cylindrical quantum wire. J. Korean Phys. Soc., 2010, v.56, No.3, pp.787-790.
  • Jabrailova G. G., Ismailov T. G. The Faraday effect in a quantum cylinder with finite thickness. Optoelectronics and Advanced Materials-Rapid communications, 2010, v.4, ISS.3, pp. 373-377.
  • Jabrailova G. G., Ismailov T. G., The Faraday effect in a semiconductor rectangular quantum wire. Physica Scripta, 2009, v.80, 065702(1-5).

Kitabları

"Bərk cisimlərin optik xassələri", Bakı −2006, 52 səh., dərs vəsaiti.

Mükafatları və təltifləri

Azərbaycan Respublikası Təhsil nazirinin əmrinə əsasən "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tariyel İsmayılov haqqında məlumat. Tariyel İsmayılov nədir? Tariyel İsmayılov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Belorus dili

  • Fevral 27, 2026

    Şuşa rayonu

  • Mart 01, 2026

    Kamurəs Qadınəfəndi

  • Fevral 27, 2026

    Orthoptera

  • Fevral 27, 2026

    Faciə

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst