Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tannenberq əməliyyatı (Alm: Unternehmen Tannenberg)  – İkinci Dünya müharibəsinin Avropadakı başlanğıc mərhələlərində Polyak vətənpərvərlərinə qarşı Faşist Alma

Tannenberq əməliyyatı

  • Ana Səhifə
  • Vikipediya
  • Tannenberq əməliyyatı

Tannenberq əməliyyatı (Alm: Unternehmen Tannenberg)  – İkinci Dünya müharibəsinin Avropadakı başlanğıc mərhələlərində Polyak vətənpərvərlərinə qarşı Faşist Almaniyasının məhv hərəkətlərindən birinin kod adı idi, Almanların şərqi müstəmləkələşdirməsi üçün Generalplan Ost'un bir parçası idi. Güllələmələr, 1939-cü ildəki Polşanın işğalından iki il əvvəl Gestapo tərəfindən yığılan bir əmr siyahısından (Sonderfahndungsbuch Polen) reallaşdırıldı.

Tannenberq əməliyyatı
İkinci Dünya müharibəsi
Hücum yeri Almaniya işğalındakı Polşada
Hücum hədəfi Polyaklar
Vaxt 1939
Hücum üsulu Soyqırım qırğını, kütləvi atəş
Silah Avtomatik silahlar
Həlak olanlar SS Einsatzgruppen'in 760 kütləvi edamından ,20 min insan öldü
Təşkilatçılar Üçüncü Reyx

Ən gizli siyahılar Polşalı seçmələrin 61 mindən çox üzvünü müəyyən etdi. Onlar: aktivistlər, ziyalılar, alimlər, aktyorlar, köhnə zabitlər və digərləri, nəzarətə alınmış ya da vurulmuşdular. Polşada yaşayan alman azlıqlar siyahıları hazırlamağa kömək etdilər. Polşada yaşayan 20 minə qədər alman, müxtəlif təxribatlara qarışmış olduğu təxmin olunur.

Tannenberq əməliyyatının ardından, Heydrixin Sonderreferat-ı tərəfindən Berlindən idarə olunan Unternehmen Tannenberg-in ikinci etabı olan Intelligenzaktion izlədi. 1940-cı ilin yanvar ayına qədər dəvam etdi. Yalnız Pomeraniyada, uşaqlar da daxil olmaqla 36 min ilə 42 min arasında Polyak, 1939-cu ilin axrından əvvəl öldürüldü.

Mündəricat

Tətbiq Edilməsi

Bıdqoş'dan Polyak müəllimlər, edamdan əvvəl Volksdeutscher Selbstschutz üzvləri tərəfindən mühafizə olunurlar

Plan, 1939-cu ilin May ayında Mərkəzi Ofis II P (Polşa) tərəfindən nəticələndirildi. Adolf Hitlerin əmrlərini yerinə yetirərək, Reyx Əsas Təhlükəsizlik Ofisi (alm. Reichssicherheitshauptamt‎) içində Tannenberq olaraq adlandırılan xüsusi bir birlik yaradıldı. Gestapo, Kripo və Sicherheitsdienst (SD, azərb. Təhlükəsizlik‎) zabitləri və nəzəri olaraq Vermaxtı (silahlı qüvvələr) işğal altındakı torpaqlara qədər təqib edən insanlarla qurulan bir necə Einsatzgruppen (azərb. Əməliyyat-qrupları‎) birliyinə əmr etdi. Onların vəzifələri, qovma siyahısında sadalanan şəxslərin hamısını, döyüşün başlamasından əvvəl tərtib edildiyi kimi izləmək və həbs etmək idi.

Əməliyyatın ilk mərhələsi, 1939-cu ilin avqust ayında, Almaniyadakı polyak azlıq təşkilatlarından təxminən 2 min aktivistlərin həbs olunduğunda və öldürüldüyündə reallaşdı. Əməliyyatın ikinci mərhələsi 1939-cu ilin sentyabr ayının 1-də başladı və oktyabr ayında sona çatdı və nizamlı Vermaxt birliklərinin köməyi ilə Einsatzgruppen (azərb. Əməliyyat-qrupları‎) xüsusi vəzifə birlikləri tərəfindən gerçəkləşən 760 kütləvi edamdan ən az 20 min insan öldü. Buna əlavə olaraq, Polşada yaşayan alman azlığın Selbstschutz (azərb. Özünü-müdafiə‎) adlı xüsusi bir formalaşma meydana gəldi, üzvləri, döyüşdən əvvəl Almaniyada təlimatçı və partizan mübarizəsində öyrədilmişdi. Bir çox qırğından məsul olmuşdu və sentyabr ayında, pis şöhrətinə görə, faşist orqanlar tərəfindən dağıdılmışdır.

Iovovo-Osada'daki Soldau həbs düşərgəsində, köhnə SS'dən geri qalan tək bina, Polyak xəstəxana xəstələrindən istifadə edərək SS-Sonderkommando Lanqe tərəfindən edilən ilk qaz mikroavtobus sınaqlarının yeri idi

Xəstəxanadakı Xəstələrin Kütləvi Şəkildə Öldürülməsi

Tannenberq əməliyyatı zamanı Polşa xəstəxanalarındakı xəstələr Vartelend-də (Viyelkopolska) Herbert Lanqe əmrindəki Einsatzgruppe VI (azərb. VI Əməliyyat-qrupu‎) tərəfindən öldürüldü. Ondan sonra Şelmno məhv düşərgəsinin birinci komandiri olaraq vəzifələndirildi. Artıq 1940-cı illərin ortalarından Lanqe və adamları, Oviskada təxminən 1,100 xəstə, Koskiyanda 2,750 xəstə, Dziyaldovoda 1,558 xəstə və 300 Polyak, boynunun arxasından vurularaq öldürüldü və Fort VII-dəki (azərb. VII Qala‎) yüzlərlə Polyak, mobil qaim kamerası (alm. Einsatzwagen‎, azərb. polis avtomobilləri‎) ilk qaz bunkeri ilə birlikdə inkişaf etdirildi.

Həmçinin Bax

  • Polşanın işğalı (1939-1945)
  • Polşa kampaniyası (1939)
  • Nasist həbs düşərgələri
  • İkinci Dünya müharibəsi
  • Üçüncü Reyx

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tannenberq əməliyyatı haqqında məlumat. Tannenberq əməliyyatı nədir? Tannenberq əməliyyatı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sahil

  • Fevral 24, 2026

    Qubadlı rayonu

  • Fevral 27, 2026

    Əli Məsimov

  • Fevral 27, 2026

    Filippo İnzaqi

  • Fevral 24, 2026

    Muş

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst