Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tanilə Aysayevna Əhmərova (1 iyun 1950, Bakı – 4 avqust 2015, Bakı) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2007).

Tanilə Əhmərova

  • Ana Səhifə
  • Vikipediya
  • Tanilə Əhmərova

Tanilə Aysayevna Əhmərova (1 iyun 1950, Bakı – 4 avqust 2015, Bakı) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2007).

Tanilə Əhmərova
Digər adı Tanilya Əhmərova
Doğum tarixi 1 iyun 1950
Doğum yeri Bakı, Azərbaycan SSR
Vəfat tarixi 4 avqust 2015 (65 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi uzun sürən xəstəlik
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktrisa
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20072007
IMDb ID1094851

Mündəricat

Həyatı

Tanilə Əhmərova 1950-ci ildə iyunun 1-də Bakıda anadan olub. Uşaq yaşlarından təhsil aldığı məktəbdəki dərnəkdə çıxış etməyə başlayıb.M.Əliyev adına Dövlət Teatr İnstitutunun (indiki ADMİU) tələbələri sırasına qoşularaq dövrün ustad sənətkarlarından böyük kino və teatr sənətinin sirlərini öyrəndi. 1977-ci ildə ali məktəbi bitirən aktrisa kinoda ilk işinə “Qəribə adam” filmi ilə başladı.Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının aktrisası olmuşdur.Tanilə Əhmərova bir sıra filmlərdə lirik və zərif obrazlar yaratmışdır.

O, "Şir evdən getdi", "Tələ", "Təhminə", "Arşınmalçı”, “Evlənmək istəyirəm”, “Əlavə iz”, “İlıq dənizdə buz parçası”, “İşarəni dənizdən gözləyin”, “Qəribə adam” kimi 20-yə yaxın filmdə rolunun miqyasına baxmayaraq tamaşaçı yaddaşında qala bildi. Obrazının xarakterini, daxili dünyasını, hiss və həyəcanlarını təbii boyalarla ifadə edən aktrisa incə, məlahətli qadın portretini çəkməyi bacardı. Tanilə Əhmədova "Qaynana" filmində canlandırdığı "Sevda" obrazı ilə xalqın sevimlisinə çevrilmişdir.

Tanilə Əhmərova uzun sürən xəstəlikdən sonra 4 avqust 2015-ci ildə Bakıda vəfat etmişdir.

Mükafatları

  • Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 24.02.1979
  • Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 2007-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı ilə təltif olunub.

Filmoqrafiya

  1. Arşınmalçı (film, 1985)-Alverçi
  2. Evlənmək istəyirəm (film, 1983)-Epizodik rol
  3. Əlavə iz (film, 1981)-Bağırova
  4. İlıq dənizdə buz parçası (film, 1983)-Gəlin
  5. İşarəni dənizdən gözləyin (film, 1986)-Qadın
  6. Qayınana (film, 1978)-Sevda
  7. Qəribə adam (film, 1979)-Aytən
  8. Sevinc buxtası (film, 1977)-Leyla
  9. Səndən xəbərsiz (film, 1985)-Sərvinaz
  10. Şir evdən getdi (film, 1977)-Şəfiqə müəllimə
  11. Təhminə (film, 1993)-Ad günündəki qonaq
  12. Tələ (film, 1990)-Rübabə Babayeva
  13. Üzeyir ömrü (film, 1981)-Üzeyirin anası
  14. Üzü küləyə (film, 1977)-Nərgiz
  15. Utanmaz - Mozalan kinostudiyasının istehsalatı (qısametrajlı film), 2005 - Müəllimə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, tanilə əhmərova sözünün mənası, tanilə əhmərova haqqında məlumat. tanilə əhmərova nədir? tanilə əhmərova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əli Səlimi

  • Fevral 27, 2026

    Bitola

  • Mart 01, 2026

    Nicotiana attenuata

  • Mart 06, 2026

    Statik elektrik

  • Mart 06, 2026

    Gentiana purpurea

Trend Mahnılar
  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst