Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tanaat məbədi — Zəngəzur mahalının Qarakilsə rayonu ərazisində Ərəfsə (3 iyul 1968-ci ildən Arevis) və Andranikin başçılığı ilə ermənilərin 1918-ci ildə əhalisi

Tanaat kilsəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Tanaat kilsəsi

Tanaat məbədi — Zəngəzur mahalının Qarakilsə rayonu ərazisində Ərəfsə (3 iyul 1968-ci ildən Arevis) və Andranikin başçılığı ilə ermənilərin 1918-ci ildə əhalisini bütünlüklə qırıb, özünü dağıtdıqları Hortuyüz kəndi ilə Təzəkənd (3 iyul 1968-ci ildən Tasik) kəndləri arasında, yüksək dağlıq ərazidə yerləşən qədim monastır qalığı.

Tanaat kilsəsi
Ölkə  Ermənistan
Yerləşir Sünik mərzi, Tasik kəndi
Aidiyyəti EQK
Tikilmə tarixi IV-V əsrlər
Üslubu Erməni memarlığı
39°47′24″ şm. e. 45°24′00″ ş. u.HGYO
Xəritə
Tanaat kilsəsi (Ermənistan)
Nöqtə
Tanaat kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Haqqında

Bölgədə xristianlığın ilk dövrlərinə (IV–V əsrlərə) aid olan məbəd yarımdağılmış vəziyyətdədir. Məbəd qırmızı daşdan inşa edildiyi üçün yerli azərbaycanlı əhali onu həm də Qızıl kilsə adlandırmışdır. Tədqiqatçıların fikrinə görə bölgədə xristianlığın yayılmasına qədər abidə atəşpərəstlik məbədi olmuşdur. "Sünik tarixi" əsərinin müəllifi Stepan Orbeliana (XIII yüzil) görə isə məbəd 491-ci ildə tikilmişdir. Məbədin ətrafında XIII–XVII əsrlərə aid xaçdaşlar, qəbiristanlıq, qala xarabalıqları və s. abidə qalıqları vardır.

Tarixi

Tanaat məbədi Tatev monastırından sonra bölgədə ikinci ruhani mərkəzi olmuşdur. 1975-ci ildə məbəd ermənilər tərəfindən bərpa olunarkən köhnə məbəd xarabalıqları arasından Urartu çarı I Argiştiyə məxsus daş kitabənn tapılması haqqında xəbər yayılmışdır. Məbədin ətrafında XIII–XVII əsrlərə aid xaçdaşlar, qəbiristanlıq, qala xarabalıqları və s. abidə qalıqları vardır. Məbədin yerləşdiyi ərazi qədimdən türk-oğuz boylarının vətəni olmuş, bura, bütövlükdə Zəngəzur mahalına ermənilərin ilk kütləvi axını XIX yüzilin əvvəllərində bölgənin Çar Rusiyası tərəfindən işğalından sonra başlamışdır.

Memarlıq xüsusiyyətləri

Stepan Orbelianın "Siyuni tarixi" kitabında məbədin Abaqa xanın padşahlığında, Gögobanm katolikosluğunda, Siyuni hakimi Proşun və onun övladları Papak, Qazan və gənc Atçının vaxtında tikildiyi göstərilmişdir. Məbədin divarları qaramtıl bazalt daşlardan hörüldüyündən camaat onu Qaravəng adlandırmışdır. Bütün tarixi mənbələrdə isə Tanaqatı, Tanaat kimi yazıya alınmışdır. Məbədin girəcəyinin üst hissəsində qartal fiquru, qartaldan bir metr yuxarıda isə at fiquru həkk olunmuşdur ki, bu da məbədin Tanaat adının yerli camaat arasında "Tənha at" kimi yozulmasına haqq verir. 1920-ci illərdə kənd ləğv olunana qədər burada ancaq Azərbaycan türkləri yaşamışlar.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tanaat kilsəsi haqqında məlumat. Tanaat kilsəsi nədir? Tanaat kilsəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    II Nikolay

  • Fevral 27, 2026

    Çennai

  • Fevral 27, 2026

    Fəraşbənd şəhristanı

  • Fevral 28, 2026

    Andreas Umland

  • Fevral 27, 2026

    Nurul Amin

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst