Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tana (amh. ጣና ሐይቅ) və yaxud Tsana — Afrikanın şərqində, Efiopiyanın şimal-qərbində yerləşən göl. Efiopiya dağlarının şimal-qərbindəki Amhara bölgəsində yerləşən

Tana gölü

  • Ana Səhifə
  • Vikipediya
  • Tana gölü

Tana (amh. ጣና ሐይቅ) və yaxud Tsana — Afrikanın şərqində, Efiopiyanın şimal-qərbində yerləşən göl. Efiopiya dağlarının şimal-qərbindəki Amhara bölgəsində yerləşən göl təxminən 84 kilometr (52 mil) uzunluğunda və 66 kilometr (41 mil) enində, maksimum dərinliyi 15 metr (49 fut) və 1,788 metr (5,866 fut) yüksəklikdədir. Tana gölü əsasən Gilgel Abay, Reb və Qumara çaylarından qidalanır. Onun səth sahəsi mövsümdən və yağıntıdan asılı olaraq 3000–3500 kvadrat kilometr (1200–1400 kvadrat mil) arasında dəyişir. Gölün səviyyəsi gölün Mavi Nilə axıdıldığı suaşıran bəndin inşasından bəri tənzimlənir. Bu, Mavi Nil şəlaləsinə (Tis Abbai) və su elektrik stansiyasına gedən axını idarə edir.

Tana gölü
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1.788 m
Eni 66 km
Uzunluğu
  • 84 km
Sahəsi
  • 2.156 km²
  • 3.600 km²
Həcmi 28 km³
Dərin yeri 14 m, 8 m
Yerləşməsi
12°00′ şm. e. 37°15′ ş. u.HGYO
Ölkə
  •  Efiopiya
Tana gölü xəritədə
Tana gölü
Tana gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2015-ci ildə Tana gölü bölgəsi milli və beynəlxalq təbii və mədəni əhəmiyyətini nəzərə alaraq YUNESKO-nun biosfer qoruğu kimi namizədliyi irəli sürülüb.

Mündəricat

Coğrafiyası

Tana Efiopiyanın ən böyük gölüdür. Göl təxminən 5 milyon il əvvəl, erkən pleystosen dövründə axan çayların məcrasını kəsən vulkanik fəaliyyət nəticəsində əmələ gəib. Sahəsi mövsümdən asılı olaraq dəyişir: 3100–3600 km². Maksimum dərinliyi 15 metrdir. Göl dəniz səviyyəsindən 1830 m hündürlükdə yerləşir. Ona 50-yə yaxın çay tökülür. Onların arasında Reb, Qumara-Şet, Selda, Anferas, Quari, Saqi, Saruaxa, Abaqanan, Aluqsa, Dirma, Maqaça, Sinsil, Qumira və s. var. Onların ən böyüyü Bılgel Abbaydı (Kiçik Abbay və ya Abbay). Göldən Göy Nil çayı (Abbay) axır. Tarixən Kiçik Abbay çayı Mavi Nilin başlanğıcı hesab olunurdu, indi mənbə kimi adətən Tana gölünün özü götürülür.

Göldə 20-dən çox ada var. Onlardan ən iriləri Nargadaga-Deset, Daga, Mitraa, Heliya (Gelila-Zakarias), Bata, Desikt-Georgis, Simana, Bohlao, Silesi, Likaba (Ərəb-Duba), Buait və s. Adaların bəzilərində xristian monastırları və kilsələri inşa edilib.

Tarixi

Bəhr Dar şəhəri yaxınlığındakı Mavi Nil çayının çıxışında su elektrik bəndinin tikintisinə qədər gölün səviyyəsi mövsümdən asılı olaraq dəyişirdi.

Daqa adasındakı monastırda bir neçə Efiopiya kralı və imperatoru dəfn olunub. Gölün şimalında, təxminən 35 km məsafədə XV–XVI əsrlərdə Efiopiyanın keçmiş paytaxtı olmuş Qondar şəhəri yerləşir.

İnfrastruktur

Balıqçılıq göl kənarında yaşayan əhalinin böyük hissəsinin əsas məşğuliyyətidir. Yerli əhali əsasən qəhvə, taxıl və yağlı bitkilərin becərilməsi ilə məşğul olur, həmçinin mal-qara yetişdirir.

Bəhr Dar və Qorqora şəhərləri arasında bərə xidməti vardır.

Qalereya

  • Tana gölünün sputnikdən çəkilmiş rəsmi
    Tana gölünün sputnikdən çəkilmiş rəsmi
  • Sputnikdən çəkilmiş foto (1991-ci il)
    Sputnikdən çəkilmiş foto (1991-ci il)
  • Gölün sahilində balıqçılar
    Gölün sahilində balıqçılar
  • Papirusdan düzəldilmiş yerli qayıq
    Papirusdan düzəldilmiş yerli qayıq
  • Begemotlar göl sularında
    Begemotlar göl sularında
  • Begemotlar göl sularında
    Begemotlar göl sularında
  • Tana gölünün mənzərələri
    Tana gölünün mənzərələri
  • Tana gölündəki adada kilsə
    Tana gölündəki adada kilsə
  • Yerli bələdçi Zege yarımadasındakı monastırda yemək vaxtını bildirmək üçün daşın necə vurulduğunu nümayiş etdirir
    Yerli bələdçi Zege yarımadasındakı monastırda yemək vaxtını bildirmək üçün daşın necə vurulduğunu nümayiş etdirir
  • Göldən mənzərə
    Göldən mənzərə
  • Mavi Nil çayının Tana gölündən olan mənbəyi
    Mavi Nil çayının Tana gölündən olan mənbəyi
  • Tana gölündəki Bahir Dar adasında otel
    Tana gölündəki Bahir Dar adasında otel
  • Tana gölünün sahilində üzən zanbaq gülləri
    Tana gölünün sahilində üzən zanbaq gülləri
  • Tana gölündə üzən çəhrayı qutanlar
    Tana gölündə üzən çəhrayı qutanlar
  • Tana gölündə tutulan balıqlar
    Tana gölündə tutulan balıqlar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tana gölü haqqında məlumat. Tana gölü nədir? Tana gölü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kostroma

  • Fevral 27, 2026

    İslandiya Universiteti

  • Fevral 27, 2026

    İnfraqırmızı şüalanma

  • Fevral 27, 2026

    Atrnerseh

  • Fevral 23, 2026

    13 iyul

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst