Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Talas çayı (qaz. Талас, qırğ. Талас) — Qırğızıstan və Qazaxıstan ərazisindən axan çay. Çayın uzunluğu 661 km, hövzəsinin sahəsi 52,700 km²-dir.

Talas çayı

  • Ana Səhifə
  • Vikipediya
  • Talas çayı

Talas çayı (qaz. Талас, qırğ. Талас) — Qırğızıstan və Qazaxıstan ərazisindən axan çay. Çayın uzunluğu 661 km, hövzəsinin sahəsi 52,700 km²-dir.

Talas çayı
qaz. Талас, qırğ. Талас
Xəritə
Ölkələr
  •  Qazaxıstan
  •  Qırğızıstan
Mənsəbi Muyunqum
Uzunluğu 661 km
Su sərfi 170 ± 0,001 m³/san
Hövzəsinin sahəsi 52700 km²
Talas çayı (Qazaxıstan)
Nöqtə
mənbəyi
Nöqtə
mənsəbi
Talas çayı Qazaxıstannın fiziki xəritəsində:

42°30′00″ şm. e. 73°10′00″ ş. u.HGYO

44°06′31″ şm. e. 69°47′19″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təsviri

Çayın qidalanmasının əsasını buzlaq və qar suları təşkil edir. Qırğızıstanın Talas silsiləsinin buzlaqlarından başlayan Karakol və Üç-Koşoy çaylarının axması nəticəsində formalaşır. Axarı boyunca Talas çayı çoxlu sayda qol qəbul edir: Urmaral, Qara-Buura, Kumuştak, Kalba, Beş-Taş. Aşağı axınlarda çay Muyunqum qumlarında itir.

Çayın sol sahilində Qırğızıstanın Talas vilayətinin inzibati mərkəzi Talas, aşağıda isə Qazaxıstanın Cambul vilayətinin inzibati mərkəzi Taraz yerləşir.

Çayda Talas, Temirbek, Jiembet və Uyuk su elektrik stansiyaları vardır. Çay üzərində həmçinin Kirov su anbarı da mövcuddur. Yüksək su aprel ayının sonundan sentyabrın əvvəlinə qədər mövcud olur. su sərfiyyatı yuxarı axarlarda (mənsəbdən 555 km) 15,7 m³ / s, Taraz şəhərindən (mənsəbdən 444 km) yuxarıda 27,4 m³/s təşkil edir. Ası ən böyük qollarından biridir.

Tarix

B.e.ə 36-cı ildə Talas vadisində, Çjiçjiçen qalasının divarları altında, Böyük Hun İmperiyası ilə Han sülaləsi arasında döyüş baş vermişdir. Hunlar başda Çjiçşi-şanya məğlub olur və çinlilər Çjiçjiçen qalasını tutur.

751-ci ildə bugünkü Qırğızıstan sərhədləri daxilindəki Talas çayı sahilində, Abbasilər və onların müttəfiqi olan Qarluqlar ilə Çinlilər arasında 5 gün davam edən Talas döyüşü baş verir. Çin ordusunun məğlubiyyəti ilə nəticələnən döyüş həm Çin, həm də Türk, həm də İslam tarixi baxımından mühüm hadisədir. Ərəblər sonrakı əsrlərdə İslamın orada yayılmasına təkan vermiş olsalar da, genişlənmələri Türklərin torpaqlarına dayandırdılar. bununla da qarluqlar Qarluq xanlığını əsasını qoyurlar və uyğurlar Şərqi Türküstanda müstəqilliyini bərpa etdilər. Bu döyüş ilə mətbəə ilk dəfə Çinin xaricinə çıxmışdır. Bununla yanaşı barıt, kağız və kompası da ərəblər ilk dəfə bu döyüş zamanı öyrənmişdirlər. Bu kəşflər isə sonradan zamanla Avropaya keçmişdir. Həmçinin Mərkəzi Asiya türklərinin İslam dini ilə ilk yaxın tanışlığının bu döyüşdə olduğu ehtimal edilir. Əlavə olaraq da qeyd etmək lazımdır ki, Talas döyüşü Çinin Mərkəzi Asiyaya ekspansiyasın dayandırmışdır.

1269-cu ildə Monqol şahzadələrinin Qurultayı (torpaqlarının sərhədlərinin müəyyən olunduğu qurultay) Talas vadisində toplandı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Talas çayı haqqında məlumat. Talas çayı nədir? Talas çayı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mərcidabık döyüşü

  • Fevral 27, 2026

    Kəlküttə

  • Fevral 27, 2026

    VI İvan

  • Fevral 24, 2026

    Caz orkestri

  • Fevral 27, 2026

    DARE

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst