Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Təpəkənd (əvvəlki adı: Tonaşen) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd.

Təpəkənd (Ağdərə)

  • Ana Səhifə
  • Vikipediya
  • Təpəkənd (Ağdərə)

Təpəkənd (əvvəlki adı: Tonaşen) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd.

Təpəkənd
40°18′29″ şm. e. 46°41′32″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdərə rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 84 nəf. (2015)
Rəqəmsal identifikatorlar
Nəqliyyat kodu 32
Xəritəni göstər/gizlə
Təpəkənd xəritədə
Təpəkənd
Təpəkənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Azərbaycan Sovet Sosialist Respublikasının 1977-ci il yanvarın 1-nə olan vəziyyətə görə tərtib edilmiş inzibati-ərazi bölgüsündə kənd Tonaşen adlanırdı və o zaman mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətində Mardakert rayonunun Verin Çaylı kənd Sovetinin tərkibində göstərilir, Verin Çaylı kəndi isə Verin Çaylı kənd Sovetinin mərkəzi kimi göstərilir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 mart 1982-ci il tarixli Fərmanı ilə bir birinə birləşmiş Verin Çaylı və Nerkin Çaylı kəndlərinə Çaylı adı verilməsinin və bununla əlaqədar Çaylı kəndi mərkəz olmaqla, Verin Çaylı kənd Sovetinin Çaylı kənd Soveti adlandırılmasının təsdiq olunması qərara alınmışdı.

Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması, Mardakert rayonunun Ağdərə rayonu adlandırılması qərara alınmışdı.

Daha sonra isə Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Çaylı kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdi. Ağdərə rayonu isə Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə ləğv edilərək ərazisi Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü.

Kənd Birinci Qarabağ müharibəsi nəticəsində 1994-cü ilin mart-aprel aylarında erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdi və tanınmamış qondarma özünü "Dağlıq Qarabağ Respublikası" adlandırmış separatçı rejimin nəzarəti altına keçərək Tonaşen adlandırılırdı.

İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq kənd Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.

19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycanın nəzarətinə qayıtmışdır.

Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il tarixli Qanunu ilə Ağdərə rayonu yaradılmış, və Çaylı kənd inzibati ərazi dairəsi, tərkibindəki Təpəkənd kəndi ilə birgə Ağdərə rayonunun tərkibinə daxil edilmişdi.

Həmçinin bax

  • Üç körpə monastırı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Təpəkənd (Ağdərə) haqqında məlumat. Təpəkənd (Ağdərə) nədir? Təpəkənd (Ağdərə) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bruton xəstəliyi

  • Fevral 27, 2026

    Konfusiçilik

  • Fevral 27, 2026

    Vebkamera

  • Fevral 27, 2026

    Şeyx İbrahim

  • Fevral 27, 2026

    İKT

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst