Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Təklə Baqrationi (gürc. თეკლე; 1776, Kartli-Kaxetiya krallığı – 11 mart 1846, Tiflis) — Gürcü şairə. Baqrationilər sülaləsinin nümayəndəsi və Kartli-Kaxetiya ça

Təklə Baqrationi

  • Ana Səhifə
  • Vikipediya
  • Təklə Baqrationi

Təklə Baqrationi (gürc. თეკლე; 1776, Kartli-Kaxetiya krallığı – 11 mart 1846, Tiflis) — Gürcü şairə. Baqrationilər sülaləsinin nümayəndəsi və Kartli-Kaxetiya çarlığının knyazqinası.

Təklə Baqrationi
gürc. თეკლე
Doğum tarixi 1776(1776)
Doğum yeri
  • Kartli-Kaxetiya krallığı
Vəfat tarixi 11 mart 1846(1846-03-11) (69–70 yaşında)
Vəfat yeri
  • Tiflis, Tiflis qəzası, Gürcüstan-İmeretiya quberniyası, Rusiya imperiyası
Dəfn yeri
  • Svetitskoveli kafedralı
Uşaqları
  • Vaxtanq Orbeliani
Atası II İrakli
Fəaliyyəti şair, yazıçı, siyasətçi, royalty[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Təklə 1776-cı ildə anadan olmuşdur. Atası Kartli-Kaxetiya çarı II İrakli, anası isə Dadianilər sülaləsindən olan Darican Dadianidir. Döyüşkən xarakterinə görə ona "Təklə-oğlan" (gürc. თეკლე-ბიჭ) ləqəbi verilmişdir. O, 7 sentyabr 1800-cü ildə Gürcüstanın məşhur sülaləsi Orbelianilərdən olan Saqareco hakimi knyaz Vaxtanq Orbeliani ilə evlənmişdir. Bu evlilikdən Aleksandr, Nikoloz, Dimitri və Vaxtanq adlı uşaqları olmuşdur.

1801-ci ildə Karli-Kaxetiya çarlığının Rusiya imperiyası tərəfindən ilhaq edilməsindən sonra, digər gürcü zadəganlarından fərqli olaraq Təklə Kartli-Kaxetiyadan çıxarılmamışdır. Həmçinin Rusiya höküməti tərəfindən "Müqəddəs Yekaterina ordeni"nin "Kiçik Xaçı" ilə təltif edilmişdir. Həyat yoldaşı Vaxtanq Orbeliani Rusiya ordusunda hərbi xidmətə başladı və polkovnik hərbi rütbəsi ilə təltif edildi. Vaxtanq 1812-c ildə Kaxetidə qalxmış üsyana qarşı mübarizə apararkən həlak olmuşdur. Bacıları Məryəm və Ketevan kimi şairə olan Təklə itirilmiş çarlıqları (Kartli-Kaxetiya çarlığı) haqqında kədərli şeirlər yazmışdır. Günümüzə qədər gəlib çatan çatan əsərlərindən "Knyazqina Ketevana cavab olaraq" (gürc. პასუხად ქეთევან ბატონიშვილს) adlı şeiri bu qəbildəndir. Həmçinin oğulları Aleksandr və Vaxtanq Orbeliani də şair fəaliyyəti ilə məşğul olmuşdur.

1832-ci ildə Təklənin Tiflisdəki evi Rusiya hakimiyyətindən narazı olan gürcü zadəganlarının və ziyalılarının toplaşma məkanına çevrilmişdir. Müstəqil Gürcüstan çarlığının bərpası üçün planlaşdırılmış sui-qəsd cəhdi əyanlardan birinin hakimiyyət rəsmilərinə məlumat verməsi nəticəsində ifşa edildi və sui-qəsdçilər həbsə atıldılar (bax: Gürcü zadəganlarının Rusiya hakimiyyətinə qarşı çevriliş cəhdi (1832)). Sui-qəsdçiləri dəstək verməsi səbəbindən Təklə 1 oktyabr 1834-cü ildən — 6 may 1835-ci ilə qədər Kaluqaya sürgün edildi.

Təklə 11 mart 1846-cı ildə Tiflis şəhərində vəfat etdi. O, Msxetadakı Svetitsxoveli kafedralında dəfn edildi.

Ədəbiyyat

  • მიქაძე გ., ქართული საბჭოთა ენციკლოპედია, ტ. 4, გვ. 644, თბ. 1979 წელი.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Təklə Baqrationi haqqında məlumat. Təklə Baqrationi nədir? Təklə Baqrationi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Paralel (həndəsə)

  • Fevral 27, 2026

    Yeniqanadlılar

  • Fevral 27, 2026

    Lama

  • Fevral 23, 2026

    Qərbi ermənicə

  • Fevral 23, 2026

    Tallin

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst