Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hər namazın əvvəlində "Allahu əkbər" demək vacib və rükndür. "Allah" kəlməsinin və "əkbər" kəlməsini hərflərini və iki–"Allah" və "əkbər" kəlmələrini ardıcıl və

Təkbirətul-ehram

  • Ana Səhifə
  • Vikipediya
  • Təkbirətul-ehram

Təkbirətül-ehram - namazın vacib hissələrindən biri, eləcə də namazın rüknüdür.

Hər namazın əvvəlində "Allahu əkbər" demək vacib və rükndür. "Allah" kəlməsinin və "əkbər" kəlməsini hərflərini və iki–"Allah" və "əkbər" kəlmələrini ardıcıl və ərəb dilində səhih deməlidir. Deməli bir kəs bunları ərəbcə səhv desə, yaxud tərcümələrini desə, səhih deyil.

Ehtiyat budur ki, namazın təkbirətül-ehramı ondan əvvəl deyilən hissələrə (iqaməyə, yaxud təkbirətül-ehramdan əvvəl oxunan duaya) birləşdirilməsin.

Əgər namaz qılan "Allahu əkbər" kəlməsini ondan sonra oxuduğu kəlməyə (məsələn "bismillahir-rəhmanir-rəhim"ə) birləşdirmək istəsə, gərək "əkbər" kəlməsinin rey hərfinə zəmmə versin (yəni "Allahu əkbəru bismilləhir-rahmənir-rahim" desin).

Təkbirətul-ehram deyən vaxt bədən aram olmalıdır. Əgər bir kəs təkbirətül-ehramı qəsdən hərəkət halında desə batildir. Həmçinin səhvən hərəkət etsə, ehtiyat-vacibə görə gərək namazı batil edən hər hansı əməl edib sonra yenidən təkbir desin.

Təkbir, Həmd, Surə, zikr və dua elə oxunmalıdır ki, şəxsin özü eşitsin. Əgər qulağın ağırlığı, karlığı və ya səs-küyün çoxluğu səbəbi ilə eşitməsə, elə deməlidir ki, mane olmazsa eşidə bilsin.

Lal və ya dili xəstə olan bir kəs "Allahu əkbər"i düzgün deyə bilməsə, necə bacarırsa, elə də deməlidir. Əgər ümumiyyətlə deyə bilməsə, qəlbindən keçirtməli, təkbir üçün işarə olaraq dilini (əgər bacarırsa) tərpətməlidir.

Müstəhəbdir ki, təkbirətül-ehramdan qabaq bu dua oxunsun:

يَامُحسِنُ قَد اَتَاكَ المُسيئُ وَقَد اَمَرَتَ المُحسِنَ اَن يَتَجاوَزَ عَنِ المُسيِئِ اَنتَ المُحسِنُ وَاَنَا المُسِيئُ بِحَقِّ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَتَجاوَز عَن قَبِيحِ مَاتَعلَمُ مِنِّى

Yə"ni "Ey bəndələrinə ehsan edən Allah, Sənin günahakar bəndən Sənin dərgahına gəlmişdir. Sən də ehsan edənə əmr etmisən ki, günahkarın günahından keçsin. Sən ehsan edən, mən isə günahkaram. Səni and verirəm Məhəmməd və Ali-Məhəmmədin hörmətinə, Öz rəhmətini Məhəmməd və Ali-Məhəmmədə göndər, mənim pis əməllərimdən keç!"

Müstəhəbdir ki, namazın birinci təkbirini, habelə namaz əsnasındakı sair təkbirləri deyəndə əlləri qulaqların yuxarısına qədər qaldırsın. Bunun əksi müşküldür, hətta caiz də deyil.

Əgər təkbirətül-ehramı deyib-deməməsində şəkk etsə, bu halda qiraətə məşğuldursa, öz şəkkinə etina etməməlidir; yox əgər bir şey oxumamışdırsa, təkbiri deməlidir.

Əgər təkbirətül-ehramı deyəndən sonra, onu düzgün deyib-deməməsində şəkk etsə, öz şəkkinə etina etməməlidir. Amma müstəhəbdir ki, namazı qurtarandan sonra yenidən qılsın.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Təkbirətul-ehram haqqında məlumat. Təkbirətul-ehram nədir? Təkbirətul-ehram nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Filipsburq (Sint-Marten)

  • Fevral 27, 2026

    Nüvə silahı

  • Fevral 27, 2026

    Şumerlilər

  • Fevral 27, 2026

    Nəstəliq xətti

  • Fevral 27, 2026

    Merilend Universiteti

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst