Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Siyavuş Əşrəf oğlu Kərimi (9 noyabr 1954, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2005), professor, Azərbaycan Milli Konservatori

Səyavuş Kərimi

  • Ana Səhifə
  • Vikipediya
  • Səyavuş Kərimi

Siyavuş Əşrəf oğlu Kərimi (9 noyabr 1954, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2005), professor, Azərbaycan Milli Konservatoriyasının rektoru (2001-2024)

Siyavuş Kərimi
Ümumi məlumatlar
Doğum tarixi 9 noyabr 1954(1954-11-09) (71 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Uşağı
  • Emin Kərimi
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Musiqi aləti piano
Təhsili
  • Bakı Musiqi Akademiyası
Üzvlüyü
  • Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı
Mükafatları "Şərəf" ordeni — 20202020 "Şöhrət" ordeni — 20142014 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — 20192019
"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20052005 "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 19981998

Mündəricat

Həyatı

Siyavuş Kərimi 1954-cü il noyabrın 9-da Bakıda dünyaya gəlib. 1961–69-cu illərdə Bakıda 159 sayılı tam orta məktəbdə təhsil alıb. 1969–72-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tar sinfini bitirib, ustad musiqiçi Əhsən Dadaşovun tələbəsi olub. 1972–77-ci illərdə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1979-cu ildən başlayaraq Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının orkestrində solist musiqiçilərdən biri, "Azkonsert", "Aşıqlar" qrupunun, "Cəngi" estrada-folklor ansamblının, Azərbaycan Televiziyası və Radiosunun estrada-simfonik orkestrinin üzvü, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının Rafiq Babayev adına musiqi studiyasında bədii rəhbər vəzifələrində çalışıb. Bu illərdə birgə çalışdığı Xalq Artisti Rafiq Babayevlə yaxın dost olub və onun musiqisindən təsirlənib.

S. Kərimi çağdaş musiqi tariximizin beynəlxalq miqyaslı bir çox layihələrinin müəllifi kimi tanınır. 1997-ci ildə Azərbaycan-Norveç, 2002-ci ildə Azərbaycan-Cənubi Amerika musiqi layihələri onun rəhbərliyi altında uğurla gerçəkləşib. S. Kərimi "Sarı gəlin", "Sonuncu döyüş", "Əlvida, cənub şəhəri", "Girov" və s. geniş ekranlı bədii, 9 seriyalı "Heydər Əliyev" televiziya filmlərinin, 2 animasiya filminin və 10 teatr tamaşasının musiqi müəllifidir. 2003-cü ildə Akedemik Milli Dram Teatrının səhnəsində qoyulan "Hamlet" tamaşasına yazdığı musiqiyə görə "Qızıl Dərviş" mükafatına layiq görülüb. S. Kərimi "Saz məktəbi" dərsliyinin həmmüəllifi, iki cilddən ibarət "Azərbaycan xalq mahnıları" məcmuəsinin tərtibçisidir.

Siyavuş Kərimi 2014-cü ildə musiqi təhsili sahəsində səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə, 31 dekabr 2020-ci ildə isə Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib.

2024-cü ilin noyabr ayında Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

27 noyabr 2024-cü ildə Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilib.

Filmoqrafiya

  • Ailə (film) (tammetrajlı bədii film)-rol: Teymur
  • Acılar bitməz (film, 2009) (tammetrajlı bədii film)-bəstəkar
  • Bakı, mən səni sevirəm (film, 2015)
  • Biz qayıdacağıq (film, 2007)
  • Biz qayıdacağıq (veriliş, 2007) (II)
  • Çalışan adam (film, 1996)
  • Dərvişin qeydləri (film, 2013)
  • Dünən qəfildən gəldi (film, 2009)
  • Əlvida, cənub şəhəri (film, 2006)
  • Girov (film, 2005)
  • Heydər Əliyev (film, 1999-2013)
  • Hər şey yaxşılığa doğru
  • Həsən Əbluc (film, 1999)
  • İlahi məxluq (film, 2011)
  • İstanbul reysi (film, 2010)
  • Kabusun gözüylə (film, 2010)
  • Kədərimiz... Vüqarımız...
  • Kəsişməyən yollar (film, 2002)
  • Qaravəlli (film, 1989)
  • Qaravəlli-2 (film, 1992)
  • Mənə inanın! (film, 2007)
  • Məşədi İbad-94 (film, 2005)
  • Ovsunçu (film, 2002)
  • Ömür payı. Səməndər Rzayev (film, 2015)
  • Ömür və tale (film, 1998)
  • Sarı gəlin (film, 1998)
  • Son arzu (film, 2003)
  • Son döyüş (film, 1996)
  • Şahid qız (film, 1990)
  • Yuxu (film, 2001)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səyavuş Kərimi haqqında məlumat. Səyavuş Kərimi nədir? Səyavuş Kərimi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Qabriel Boriç

  • Fevral 23, 2026

    Sinqapur

  • Fevral 25, 2026

    Bəyoğlu

  • Fevral 23, 2026

    Xədicə Abbasova

  • Fevral 12, 2026

    Türkiyə tarixi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst