Səttar Əfəndiyev (v. Dağıstan) — 1918-ci ildə Qubada erməni silahlı dəstələrinin törətdiyi qırğınların qarşısını almağa çalışan şəxslərdən və Sovet dönəmində Quba üsyanının başçılarından biri. Azərbaycan Milli Ordusunun podpolkovniki.
| Səttar Əfəndiyev | |
|---|---|
| |
| Şəxsi məlumatlar | |
| Vəfat yeri | Dağıstan |
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | |
| Xidmət illəri | 1918-1920 |
| Rütbəsi | Podpolkovnik |
| Döyüşlər | Qanlı Dərə döyüşü Sarvan döyüşü Quba üsyanı (1920) Xırdalan döyüşü (1918) |
Bioqrafiyası
Qubalı Səttar Əfəndiyev, Mart hadisələri vaxtı Qanlı Dərə döyüşündə, Xırdalan döyüşündə (1918) terrorçu Amazapsın ordusunun məğlub edilməsində və 1920-ci ildəki Sarvan döyüşündə XI Qızıl orduya qarşı şücaətlə vuruşmuşdur. Qubalı Səttar 1920-ci ildəki Quba üsyanının başçılarından biri olmuşdur. Quba üsyanı vaxtı onun başçılıq etdiyi dəstədə də türk zabitləri də var idi. Səttar Əfəndiyev həmçinin Qubanın erməni daşnaqlarından təmizlənməsi planlarının hazırlandığı, Zizik kəndi yaxınlığındakı Güllü Təpə yığıncağında da iştirak etmişdir. Həmdulla əfəndi Əfəndizadənin ən yaxın silahdaşlarından olan Səttar Əfəndiyev, Dağıstanda vəfat etmişdir.
Həmçinin bax
- Həmdulla əfəndi Əfəndizadə
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səttar Əfəndiyev haqqında məlumat. Səttar Əfəndiyev nədir? Səttar Əfəndiyev nə deməkdir?
