Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Sərvət" qəzeti — Osmanlı imperiyasında nəşr olunan qəzet. Bu, ilk olaraq Osmanlı yunanı Dimitrios Nikolaidis tərəfindən nəşr edilmişdir. Əvvəlcə yalnız Osmanlı

Sərvət (qəzet)

  • Ana Səhifə
  • Vikipediya
  • Sərvət (qəzet)

"Sərvət" qəzeti — Osmanlı imperiyasında nəşr olunan qəzet. Bu, ilk olaraq Osmanlı yunanı Dimitrios Nikolaidis tərəfindən nəşr edilmişdir. Əvvəlcə yalnız Osmanlı türkcəsində dərc edilməsinə baxmayaraq, sonralar fransızca da məzmun nəşr edilmişdir. Konstantinopoldakı (indiki İstanbul) və Anadoludakı oxuculara həftədə iki dəfə paylanaraq poçtla göndərilirdi.

Sərvət
Dil Osmanlı türkcəsi, fransız dili
Ölkə
  •  Osmanlı imperiyası

"Sərvəti-fünun" əslində "Sərvət"in əlavəsi idi.

Mündəricat

Tarixi

Dimitrios Nikolaidis ilk növbədə Qaramanlı türkcəsində və ya yunan əlifbası ilə türkcə "Asiya" qəzeti çıxarmaq istəyirdi. O, 1887-ci ilin noyabrında Osmanlı Mətbuat İdarəsinə müraciət etmiş və həmin ilin dekabrında icazə əldə etmişdir. Gündüz saatlarında Qalatadan qəzet çıxara bilmədiyi üçün Babı-alidən nəşr etməli olmuş, Osmanlı hakimiyyəti isə gecə Qalatada qəzet istehsalına icazə verməmişdir. 1888-ci ildə Osmanlı hakimiyyəti Nikolaidisin "Asiya" adını istifadə edə bilməyəcəyini və yunan hərfləri yerinə fars-ərəb simvollarından istifadə etməsi lazım olduğunu bildirmişdir. Nikolaidis hələ də Osmanlı türkcəsində hər hansı bir qəzet adı ilə nəşr etməkdə maraqlı idi, buna görə də sonda nəşrin adı "Sərvət" olmuşdur. Daxili İşlər Nazirliyi 1888-ci ilin yanvarında Nikolaidisin qəzetin nəşri ilə bağlı müraciətini almış və həmin ilin fevralında qəzet yayımlanmağa başlamışdır. "Yarım əsr "Konstantinopolis" qəzetinin naşiri" əsərinin müəllifləri Evangelina Balta və Ayşe Kavak qeyd etmişdilər ki, Nikolaidisin Qaramanlı türkcəsində qəzet təklifinin niyə rədd edildiyini izah edən heç bir məlumat tapmaq mümkün olmamışdı. Odur ki, o zamanlar imperiyada Qaramanlı türkcəsində başqa nəşrlər də mövcud idi. Onlar Nikolaidisin Osmanlı türkcəsincə olan nəşrinə niyə razı olduğunu izah edən heç bir dəlil tapa bilməmişdilər.

Tərcüməçi Əhməd Ehsanın hər həftə əlavə edilməsini təklif etməsindən sonra "Sərvət" qəzeti 1890-cı ilin sonlarında sənaye və elm haqqında əlavə məzmunun dərc edilməsi üçün müraciət ünvanladıqdan sonra Osmanlı sultanı II Əbdülhəmidin icazəsi ilə 1891–1892-ci illərdə "Sərvəti-fünun" jurnalını idarə etməyə başlamışdır. Nikolaidis əlavə nəşri Ehsana satmaq qərarına gəlmişdi, çünki o, kifayət qədər nüsxə alınmadığına inanırdı. Əlavə nəşr sonradan müstəqil jurnala çevrilmiş və nəşri 1944-cü ilə qədər davam etmişdir.

1895-ci ildə "Sərvət" II Əbdülhəmidin təsdiqindən sonra fransızca da məzmun nəşr etməyə başlamışdır. Nikolaidis bunun üçün 1895-ci ilin avqustunda Daxili İşlər Nazirliyinə müraciət etmişdi.

Tahir bəy 1897-ci ildə naşir, 1898-ci ildə isə II Əbdülhəmidin təsdiqi ilə Nikolaidisin qəzeti 50 il müddətinə ona təhvil verməyə razılaşdıqdan sonra sahibi olmuşdur. Tahir qəzetə şəkillər əlavə etməyə icazə almış və o, Osmanlı türkcəsi və fransızca hissələrini də ayrı-ayrı nəşrlərə ayırdı.

Məzmunu

Nəşr təkcə ümumi ümumimperiya xəbərlərini yox, həm də "milləti-rum" və onun institutları, habelə Konstantinopol Ekumenik Patriarxatı haqqında xəbərləri əhatə edirdi. Balta və Kavak Əli Arslanın redaktorluğu patriarxatı ofisi və Babil qülləsi ilə müqayisə edən bəyanatına əsaslanaraq qəzetin məzmununun "mütəşəkkil olduğunu" iddia etmişdilər. Əhməd Ehsan məzmunun çoxunu türkcəyə tərcümə etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sərvət (qəzet) sözünün mənası, sərvət (qəzet) haqqında məlumat. sərvət (qəzet) nədir? sərvət (qəzet) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qızılı batbat

  • Mart 01, 2026

    Falconidae

  • Mart 06, 2026

    Acantholimon

  • Fevral 24, 2026

    Mayns

  • Fevral 27, 2026

    Yustin

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst