Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Radiasiya — Yer səthinə gəlib çatan günəş radiasiyasının bir hissəsi udulur, digər hissəsi isə əks olunur. Bundan başqa Yer kürəsi özü ətraf atmosferə radiasiya

Səpələnən radiasiya

  • Ana Səhifə
  • Vikipediya
  • Səpələnən radiasiya

Radiasiya — Yer səthinə gəlib çatan günəş radiasiyasının bir hissəsi udulur, digər hissəsi isə əks olunur. Bundan başqa Yer kürəsi özü ətraf atmosferə radiasiya şüalandırır. Atmosfer öz növbəsində Yerdən şüalanan radiasiyanı udaraq özü infraqırmızı radiasiya şüalandırır.

Mündəricat

Radiasiya

Radiasiya maddədən fərqlənən materiya formasıdır. Radiasiyanın fərdi halı görünən işıqdır, lakin radiasiya gözlə görünməyən qamma şüası, radiodalğalar, ultrabənövşəyi və infraqırmızı radiasiyalar da aiddir. Onların hamısı birlikdə elektromaqnit spektri formalaşdırır.

Səpələnən radiasiya

Səpələnən radiasiya atmosferdən keçərkən atmosfer qazlarının molekulları və aerozollar tərəfindən səpələnən günəş radiasiyasının bir hissəsinə deyilir. Düz günəş radiasiyasının atmosferdə zəifləməsinin əvəzi səpələnən radiasiyanın hesabına qismən ödənilir. Səpələnən radiasiyanın kəmiyyətinə müxtəlif amillər təsir göstərirlər:

  • günəşin üfüqdən yüksəkliyi,
  • atmosferin şəffaflığı,
  • atmosferdə olan suyun miqdarı və vəziyyəti,
  • yer səthinin albedosu.

Düz radiasiya artdıqca səpələnən radiasiya da artır. Lakin ümumi radiasiyada səpələnən radiasiyanın rolu günəşin üfüqdən yüksəkliyi azaldıqca, atmosfer şəffaflığı pisləşdikcə və buludluluq artdıqca artır. Məlumdur ki, tutqun havalı günlərdə işıqlanma tamamilə səpələnən radiasiyanın hesabına olur. Orta buludlulu günlərdə və aydın havalarda səpələnən radiasiyanın ümumi radiasiyadakı payı uyğun olaraq 43% və 13% təşkil edir. Bir çox en dairələri zonalarında səpələnən radiasiyanın sutkalıq gəliri düz günəş radiasiyasının gəlirinə uyğundur. Böyük buludluluğu ilə fərqlənən yer kürəsinin bir sıra rayonlarında səpələnən radiasiyanın kəmiyyəti düz günəş radiasiyasının kəmiyyətindən xeyli yüksək olur. Məsələn: qütb vilayətləri. Əksinə 20–300en dairələrində səpələnən radiasiyanın kəmiyyəti düz günəş radiasiyasının kəmiyyətindən təxminən 2 dəfə azdır. Beləliklə ən çox səpələnən radiasiyanı ekvatorətrafı rayonlar alırlar. Çünki burada buludlar əsasən topabuludlardır ki, onlar radiasiyanı çox yaxşı səpələyirlər. Ekvatordan uzaqlaşdıqca səpələnən radiasiyanın kəmiyyəti xeyli azalır, xüsusilə tropik enliklər daxilində.

Həmçinin bax

  • Radiasiya,
  • Radiasiya balansı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, səpələnən radiasiya sözünün mənası, səpələnən radiasiya haqqında məlumat. səpələnən radiasiya nədir? səpələnən radiasiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bazedov xəstəliyi

  • Fevral 27, 2026

    Əbdülməcid Əfəndi

  • Mart 04, 2026

    1986-cı il

  • Fevral 26, 2026

    Meqаrа

  • Fevral 25, 2026

    Toxtamış

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst