Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səlim İsmayıl oğlu Səlimov (11 oktyabr 1941, Xaçınyalı, Laçın rayonu – 23 mart 2024, Bakı) — Birinci Qarabağ müharibəsi veteranı, Azərbaycan SSR Ali Sovetinin X

Səlim Səlimov

  • Ana Səhifə
  • Vikipediya
  • Səlim Səlimov

Səlim İsmayıl oğlu Səlimov (11 oktyabr 1941, Xaçınyalı, Laçın rayonu – 23 mart 2024, Bakı) — Birinci Qarabağ müharibəsi veteranı, Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1990–1995).

Səlim Səlimov
Səlimov Səlim İsmayıl oğlu
Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı
1990 – 1995
Laçın Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
1986 – 1991
ƏvvəlkiXanlar Məmmədov
SonrakıVəzifə ləğv olundu.
Şəxsi məlumatlar
Doğum tarixi 11 oktyabr 1941(1941-10-11)
Doğum yeri
  • Xaçınyalı, Laçın rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 23 mart 2024(2024-03-23) (82 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Dədə Qorqud qəsəbə qəbiristanlığı[d]
Təhsili
  • Bakı Dövlət Universiteti,
  • Bakı Ali Partiya Məktəbi
Fəaliyyəti deputat
Hərbi xidmət
Döyüşlər Birinci Qarabağ müharibəsi

Mündəricat

Həyatı

Səlim Səlimov 1941-ci il oktyabrın 11-də Laçın rayonunun Xaçınyalı kəndində anadan olub.

1963-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Azərbaycan dili və ədəbiyyatı fakültəsinə qəbul olmuşdur.

1969-cu ildə dilçi–ədəbiyyatçı, azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası alaraq universiteti bitirmişdir.

Səlim Səlimov 1996-cı ildən təqaüdçü idi . 23 mart 2024-cü il tarixində vəfat edib.

Siyasi fəaliyyəti

1956-cı ildən ÜİLKGİ-nin, 1968-ci ilin yanvar ayından isə Azərbaycan KP-nın üzvü olmuşdur.

1973–1975-ci illərdə Bakı Ali Partiya Məktəbinin tam kursunu bitirmişdir.

Laçında

1971-ci ildə 56 saylı seçki dairəsindən XIII çağırış, 1975-ci ildə 51 saylı seçki dairəsindən XIV çağırış Laçın Rayon Zəhmətkeşlərin Deputatları Sovetinə, 1979-cu ildə isə 50 saylı seçki dairəsindən XV çağırış Laçın Rayon Xalq Deputatları Sovetinə deputat seçilmişdir.

Laçın rayon VII (1978), VIII (1980), IX (1983) partiya konfranslarının üzvü olmuşdur.

1971–1973-cü illərdə Azərbaycan ÜİLKGİ Laçın rayon Komsomolun katibi işləmişdir.

1981-ci ildə Azərbaycan SSR "Bilik" cəmiyyətinin üzvü olaraq mühazirəçi olmuşdur.

1986–1988-ci illərdə Azərbaycan KP Laçın rayon komitəsinin II katibi işləmişdir.

Parlamentdə

1990-cı ildə Azərbaycan Respublikasının Xalq deputatı seçilmiş və 1995-ci ilə qədər deputat olmuşdur.

Mükafatları

1977-ci ildə "Slava oktyabr" döş nişanı, 3 oktyabr 1980-ci ildə "Əlaçı əməyə görə" döş nişanı, 1978-ci ildə ÜİLKGİ-nin "60 illik yubiley"i, 1988-ci ildə ÜİLKGİ-nin "70 illik yubiley"i ilə əlaqədar yubiley medalları, Səlim Səlimov Daxili İşlər Nazirliyinin "Əla xidmətə görə" medalı ilə təltif olunmuş, 5 may 1983-cü ildə Baş Leytenant rütbəsi almış və 1988-ci ilin fevral ayından 1 oktyabr 1991-ci ilədək könüllü özünümüdafiə dəstələrinin tərkibində erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Ona 17 fevral 2004-cü ildə "Müharibə veteranı" vəsiqəsi təqdim olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, səlim səlimov sözünün mənası, səlim səlimov haqqında məlumat. səlim səlimov nədir? səlim səlimov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Orta platonizm

  • Fevral 27, 2026

    Şamaxı FK

  • Fevral 27, 2026

    Abazalar

  • Fevral 27, 2026

    Qobelen

  • Fevral 28, 2026

    Kuhgiluyə bəylərbəyliyi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst