Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səlcuq Xatun (1407, Amasya ili – 25 oktyabr 1485, Bursa) — 5-ci Osmanlı sultanı Çələbi Mehmedin qızı. Bibi Sultan olaraq anılır.

Səlcuq Xatun

  • Ana Səhifə
  • Vikipediya
  • Səlcuq Xatun

Səlcuq Xatun (1407, Amasya ili – 25 oktyabr 1485, Bursa) — 5-ci Osmanlı sultanı Çələbi Mehmedin qızı. Bibi Sultan olaraq anılır.

Səlcuq Xatun
Şəxsi məlumatlar
Doğum tarixi 1407(1407)
Doğum yeri
  • Amasya ili, Türkiyə
Vəfat tarixi 25 oktyabr 1485(1485-10-25) (77–78 yaşında)
Vəfat yeri
  • Bursa, Osmanlı imperiyası
Dəfn yeri
  • Yaşıl türbə
Atası I Mehmed
Anası Qumru Xatun
Həyat yoldaşı
  • Candaroğlu II İbrahim bəy
Uşaqları Əmir Yusif Çələbi
İshaq Bali bəy
Hafsa Xatun
Xədicə Xatun
Ailəsi Osmanlı xanədanı

Mündəricat

Həyatı

Səlcuq Xatun 1407-ci ildə Amasyada dünyaya gəldi. Atası Sultan Çələbi Mehmed, anası isə onun kənizlərindən Qumru Xatundur. 1425-ci ildə Candaroğlu İsfəndiyar bəyin oğlu İbrahim bəylə evləndirildi. Qaynatasının 1439-cu ildə vəfatının ardından əri İbrahim bəy hakimiyyəti ələ aldı. Ancaq cəmi 4 il sonra vəfat etdi. Ərinin vəfatından sonra Bursaya geri dönən Səlcuq Xatunun bu nikahdan 4 övladı dünyaya gəldi.

Qalan ömrünü Bursada xeyriyyəçiliklə məşğul olan Səlcuq Xatun 1450-ci ilin oktyabrında Bursada bir məscid və imarət, 1465-ci ildə yenə Bursa yaxınlığında Nilüfər çayı üzərində bir körpü və Ədirnədə bir məscid inşa etdirmişdir.

II Bəyazid və Cem Sultan arasında başlayan taxt mübarizəsində Böyük bibi ünvanıyla sülh danışıqları apardı. Cem Sultanın 1481-ci ildə Bursadakı 22 günlük səltənəti əsnasında onun tərəfində durdu. Səlcuq Xatunun köşkü Bursadakı Cem Sultan tərəfdarlarının mərkəzi iqamətgahına çevrilmişdi. II Bəyazidin orduyla Bursaya irəliləməsini eşidən Cem Sultan böyük bibisi Səlcuq Xatunu bir qrup üləma ilə birlikdə qardaşının yanına göndərdi. Səlcuq Xatun qardaşı nəvəsinə qardaş qanı axıtmamasını və ölkə torpaqlarının bölüşdürülməsini məsləhət gördü. Ancaq dövlət adamlarının buna qarşı çıxması nəticəsində Bibi Sultanın bu təklifi rədd edildi.

Ardından Bursaya qayıdan Səlcuq Sultan 2 qardaş arasındakı bu müharibəyə son qoya bilmədi və 1485-ci ildə Bursada vəfat etdi. Cənazəsi Yaşıl türbədə dəfn edilmişdir.

Övladları

  • Əmir Yusif Çələbi (ö. sentyabr 1441, Kastamonu) — Kastamonuda Sərçəoğlu məscidi yaxınlığındakı türbəyə dəfn edilmişdir.
  • İshaq Bali bəy (ö. 1443-cü ildən sonra, Bursa)
  • Hafsa Xatun (ö. may 1442, Kastamonu) — Kastamonuda Sərçəoğlu məscidi yaxınlığındakı türbəyə dəfn edilmişdir.
  • Xədicə Xatun (ö. 1502, Bursa) — Anasının sağlığında Qoca Mehmed Paşanın oğlu və II Bəyazidin lələsi Mahmud Çələbiylə evlənmiş, bu nigahdan 4 övladı dünyaya gəlmişdir.
    • Süleyman bəy (ö. 1515) — Həm anasının, həm də nənəsinin vəqf mülklərini idarə etmişdir. Adları bilinən 4 övladı vardı:
      • Osman Çələbi
      • Mehmedşah Çələbi
      • Əli Çələbi
        • Şahənşah Çələbi
        • Aləmşah Çələbi
        • Mehmed Çələbi
      • Xanzadə Xatun
    • Xundi Xatun (ö. mart 1500)
    • Şahzadə Xatun (ö. oktyabr 1495)
    • Fatma Xatun

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səlcuq Xatun haqqında məlumat. Səlcuq Xatun nədir? Səlcuq Xatun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Quraşdırma

  • Fevral 27, 2026

    Tütün

  • Fevral 27, 2026

    Marian adaları

  • Fevral 27, 2026

    Villem Rubruk

  • Fevral 24, 2026

    Planimetriya

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst