Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səhralaşma — həm insan fəaliyyəti (antropogen səbəblər), həm də təbii amillər və proseslər nəticəsində dünyanın arid, yarımquraq və quraq rayonlarında torpaqlar

Səhralaşma

  • Ana Səhifə
  • Vikipediya
  • Səhralaşma

Səhralaşma — həm insan fəaliyyəti (antropogen səbəblər), həm də təbii amillər və proseslər nəticəsində dünyanın arid, yarımquraq və quraq rayonlarında torpaqların deqradasiyası. Arid ərazilərdə təbii mühitin pozulması təhlükəli vəziyyət almaqdadır, çünki səhralaşma prosesi getdikcə daha aydın nəzərə çarpır.

Əlamətləri

Ərazinin quru iqlim şəraiti – yəni, yüksək günəş radiasiyası, hava və yer səthində yüksək temperatur və səthi buxarlanma, yağıntıların çatışmazlığı və aşağı nisbi rütubət göstəriciləri səhralaşma əlamətləri kimi qəbul olunur. Bəzən, torpaqların səmərəsiz və hədsiz istifadə olunması nəticəsində ekosistemin pozulması səhralaşmaya səbəb olur. Bu zaman əkin sahələri və otlaqlarda bioloji və iqtisadi məhsuldarlığın aşağı enməsi, yəni deqradasiyası müşahidə edilir. Torpaq qatının nazilməsi və strukturunun pozulması, bitki kütləsinin və növ sayının azalması ərazidə külək eroziyasının şiddətini artırır. Səhralaşma çox çətinliklə bərpa olunan bir landşaft prosesidir. Onun 1 sm-lik torpaq qatının bərpasına 70 – 150 il vaxt tələb olunur. Azərbaycanın dağətəyi və düzən rayonlarında səhralaşma prosesi meşələrin müxtəlif tipli şibləklərə (kol-kos), bedlendlərə, otlaq və əkin yerlərinin isə şorlaşmış sahələrə, bataqlıqlara çevrilməsi istiqamətində gedir. Bu proses suvarma kanallarının təşkili və istifadəsinin düzgün aparılmaması, sistemsiz mal-qara otarılması, aqrotexniki qaydalara riayət olunmaması, texnikadan düzgün istifadə edilməməsi, plansız yol şəbəkəsinin salınması və s. nəticəsində baş verir. Səhralaşmaya meyilli subtropik qurşaq landşaftlarında dağətəyi delüvial şleyf zolağında kanalların qazılması hesabına həm düzənlik ərazilərin torpaqlarının prolüvial sularla yuyulmasının qarşısını almaq, qrunt sularının miqdarını artırmaq və səhralaşma prosesini nisbətən əngəlləmək mümkündür. Səhralamanın özünəməxsus geokimyəvi xüsusiyyətləri vardır. Səhrada baş verən geoloji-geokimyəvi proseslərdə iştirak edən kimyəvi elementlərin miqrasiyası müxtəlif şərait və proseslərdə fərqli olur. Səhralarda fiziki aşınma nəticəsində Ca elementi, denudasiya prosesində – Si, qələviləşmə və şoranlaşma zamanı – Na, deflyasiya prosesində – Al elementləri ilə zənginləşmə müşahidə edilir.

Azərbaycanda yayılma arealı

Onun respublika ərazisində geniş arid ekosistemlərdə insan həyatına göstərdiyi mənfi təsir getdikcə daha çox hiss edilir. Belə ki, müasir dövrdə respublikada potensial səhralaşmaya məruz qalan ərazilərin sahəsi 5 mln. ha-dan artıqdır. Bütün arid ərazilərdə olduğu kimi Kür-Araz ovalığında da səhralaşma ehtimalı böyükdür. Bu torpaqlar 0 m-lik hipsometrik əyridən aşağı 2 mln. ha-ya yaxın ərazini əhatə edərək, yüksək günəş radiasiyası, hava və torpağın temperaturunun artması, səthi buxarlanmanın çoxalması, yağıntıların çatışmaması şəraitində formalaşır. Belə bir şəraitdə yeraltı və irriqasiya sularının şiddətli buxarlanması, örüş torpaqların və suvarılan sahələrin təkrar şorlaşmasına gətirib çıxararaq, şoran tipli səhralaşmanın yaranmasına səbəb olur. Bundan başqa səhralaşma prosesinin yaranma səbəblərinə əkilən torpaqların sistemsiz suvarılıb becərilməsi, tuqay, tarla qoruyucu və yolkənarı meşə zolaqlarının məhvi və s. səbəb olur. Səhralaşmanın qarşısını almaq və ya onu zəiflətmək üçün su, külək, irriqasiya eroziyasına və təkrar şorlaşmaya qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsi zəruridir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, səhralaşma sözünün mənası, səhralaşma haqqında məlumat. səhralaşma nədir? səhralaşma nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 02, 2026

    Ambriel

  • Fevral 25, 2026

    Remsgeyt

  • Fevral 27, 2026

    Beyt

  • Mart 06, 2026

    670-ci illər

  • Fevral 27, 2026

    BTR-70

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst