Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səfəvi Kürdüstanı və ya Səfəvi imperiyasının Kürdüstan bəylərbəyliyi — Səfəvi imperiyasında mövcud olmuş bəylərbəyliklərindən və ya inzibati vahidlərindən biri.

Səfəvi Kürdüstanı

  • Ana Səhifə
  • Vikipediya
  • Səfəvi Kürdüstanı

Səfəvi Kürdüstanı və ya Səfəvi imperiyasının Kürdüstan bəylərbəyliyi — Səfəvi imperiyasında mövcud olmuş bəylərbəyliklərindən və ya inzibati vahidlərindən biri. Ərazisi tarixi dövrlər ərzində siyasi və hərbi yeniliklərə görə dəyişmişdir.

Bəylərbəyiliyi
Səfəvi Kürdüstanı
ولایت شیروان‎
Bayraq
Bayraq
XVIII əsrdə bölgənin xəritəsi.
XVIII əsrdə bölgənin xəritəsi.
 — 
Paytaxt Mərivan (?–?)
Həsənabad ?–1636/37)
Sənəndəc (1636/37–1736)
Rəsmi dilləri Azərbaycan türkcəsi
Fars dili
Kürd dili

Mündəricat

Tarixi

1501-ci ildə yaranan Səfəvi imperiyası sürətlə ətraf ərazilərə yayılmaqda idi. Bu yayılma nəticəsində 1508-ci ildə o dövrki Kürdüstan ərazisinin yerli hakimi Səfəvi hökmdarı I İsmayılın ali hakimiyyətini qəbul etdi.

Kürdüstan Səfəvi imperiyasına daxil olan 5 inzibati vahiddən biri idi və vali tərəfindən idarə edilirdi. Bu vali demək olar ki, müstəqil hakim idi. Vali çox zaman yerli hakim ailələrdən birinə aid olmaqla birlikdə, muxtariyyət üçün gəlinmiş kompromisə əsasən şah tərəfindən seçilirdi. Buna baxmayaraq, onlar irsi şəkildə hökmranlıq edirdilər. Nadir hallarda bölgə valiləri vilayətə dəxli olmayan yerlərdən olan şəxslərdən təyin edilirdi. Belə hallar çox zaman problemə səbəb olurdu. Məsələn, 1680-ci illərdə vilayətə Şah Süleyman tərəfindən yerli şəxslərdən olmayan məmurun vali təyin edilməsi qarşıdurmaya səbəb olmuş və sonda həmin vali vilayətdən qovulmuşdu. Çox zaman valilər yerli kürd sülaləsi olan Ərdəlan sülaləsindən təyin edilirdi. Bu ailə yerli kürd tayfaları konfederasiyası içində lider idi. Qeydə alınmış nümunələr sübut edir ki, XVII əsrdən əvvəl Səfəvi sülaləsi bu sülalədən olan hakimlərin işlərinə az hallarda müdaxilə edirdilər. Hər bir halda, onlar bir hakim öldükdən sonra onun yerinə göz dikmiş namizədlər arasında birini dəstəkləyirdilər.

Bölgənin hakimi və ya bəylərbəyisi yerli hakim sülaləsi olan Ərdəlan sülaləsindən seçilsə də, bəylərbəyiliyinə hakim olaraq təyin edilmiş xeyli sayda türk-qızılbaş tayfası mənsubu vardır. Bunlara misal olaraq Qeyb Sultan Ustaclını, Sulağ Sultan Təkəlini, Teymur xan Acarlı Şamlını, Həsənəli xan Şamlını, Hüseynəli xan Şamlını göstərmək olar. Sonuncu iki hakim Səfəvi imperiyasınnı baş vəziri olan Məhəmməd Mömin xan Şamlının oğlanları olmuşdurlar.

Kürdüstan bəylərbəyliyinin ərazisi və onun valilərinin səlahiyyətləri Səfəvi-Osmanlı müharibəsini bitirən 1639-cu il Qəsri Şirin süh müqaviləsindən sonra azaldı. Bu vilayətin qərb torpaqları Osmanlı imperiyasına verildi. Buraya Şəhrizor, Qaradağ, Qəzəlcə, Sarutçek, Kərkük, Rəvandüz, Amadiyə, Köysancaq, Harur və Avramanın qərb bölgəsi daxil idi. Beləliklə, Kürdüstanın əhatəsi indi Sənəndəc, Mərivan, şərqi Avraman, Banə, Saqqız, Cavanrud və Caf konfederasiyasının bir hissəsi ilə məhdudlaşdı. Bu həm də Şəhrizor və Dinavar kürd bəyliklərinin süqutuna səbəb oldu.

Səfəvi imperiyasının süqut etməsinə az qalmış dövrdə vilayət bu inzibati vahidlərə, həmçinin öz növbəsində vassal hakimliklərə bölünürdü: Avraman, Banə, Bəxtiyari, Cavanrud, Xurxurə və Luristan-e Feyli.

Hakimlərin siyahısı

Burada bəylərbəyliyini və ya onun bir hissəsini idarə etməsi ilə tanınan şəxslərin siyahısı verilmişdir. Bu şəxslərə eyni zamanda həm bəylərbəy, həm hakim və həm də vali də deyilməkdə idi.

Dövr Bəylərbəyi/Hakim/Vali Qısa məlumat
1508–1536Begə bəy ƏrdəlanVali, hakim və ya bəylərbəyi.
1536–1539Məmun bəy ƏrdəlanBegə bəy Ərdəlanın oğlu.
1540Sultan Əli BetliçHakim və ya bəylərbəyi.
1540–1568Sorxab bəy ƏrdəlanMəmun bəy Ərdəlanın oğlu.
1568Qeyb Sultan UstaclıKürdüstan və Luristan bəylərbəyliklərinin hakimi. Kürdlər yaşayan vilayətin türk Ustaclı tayfasına mənsub hakimi.
1568–1571Sultanəli bəy ƏrdəlanSorxab bəy Ərdalanın oğlu.
1571–1578Besat bəy ƏrdəlanƏvvəlki hakimin qardaşı.
1576 or 1557Sulağ Sultan TəkəliKürdüstan bəyləebəyliyinin və Həmədanın bir hissəsinin hakimi. Kürdlər yaşayan vilayətin türk hakimi.
1578İsgəndər ƏrdəlanPalanqan hakimi.
1578–1590Timur xan Soltan Əli bəy ƏrdəlanHəsənabad və Palanqan hakimi.
1590–1617Halov xan ƏrdəlanƏvvəlki hakimin oğlu.
1617–1637Xan Əhməd xan ƏrdəlanƏvvəlki hakimin oğlu. Kürdüstan bəylərbəyliyi ilə yanaşı hərbi dairələrdə də çalışmışdır.
1637–1657Süleyman xan ƏrdəlamƏvvəlki hakimin əmisinin oğlu.
1657–1678Kəlbəli xan ƏrdəlanƏvvəlki hakimin oğlu.
1680–1682Xosrov xan ƏrdəlanBəylərbəyi.
1682–1688Teymur xan Acarlı ŞamlıŞamlı qızılbaş tayfasından olan bəylərbəyi.
1688–1694II Xan Əhməd xan ƏrdəlanBeglerbeg of Kurdistan
1694–1702Məhəmməd xan ƏrdəlanBeglerbeg of Kurdistan
1702–1705Məhəmməd xan GürciBeglerbeg of Kurdistan
1705–1707Həsənəli xan ŞamlıQızılbaş-türk tayfası olan Şamlılardan Kürdüstan bəylərbəyi. Eyni zamanda Səfəvi imperiyasının baş vəziri olan Məhəmməd Mömin xan Şamlının oğludur.
1707–1709Hüseynəli xan ŞamlıQızılbaş-türk tayfası olan Şamlılardan Kürdüstan bəylərbəyi. Eyni zamanda Səfəvi imperiyasının baş vəziri olan Məhəmməd Mömin xan Şamlının oğludur.
1709–1711Kay Xosrov bəyBəylərbəyi
1710–1724Abbasqulu xan ƏrdəlanBəylərbəyi
1717–1720Əliqulu xan ƏrdəlanBəylərbəyi
1730–1736Sübhanverdi bəy ƏrdəlanBəylərbəyi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, səfəvi kürdüstanı sözünün mənası, səfəvi kürdüstanı haqqında məlumat. səfəvi kürdüstanı nədir? səfəvi kürdüstanı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 04, 2026

    Zakir

  • Fevral 27, 2026

    Anaksaqor

  • Mart 06, 2026

    Debüt (şahmat)

  • Mart 05, 2026

    Apriliya

  • Fevral 21, 2026

    Kiril qrafikası

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst