Sədərək nahiyəsi — İrəvan əyalətinin İrəvan livasının nahiyəsi. Sədərək nahiyəsi 25 kənddən ibarət olmuşdur.
Tarixi
Nahiyə XVIII əsrin əvvəllərində osmanlıların idarəsində olan İrəvan əyalətinin nahiyələrindən biri hesab edilir. 1728-ci il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Sədərək nahiyəsi haqqında məlumatlar verilmişdi.
1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Sədərək nahiyəsində dümbülü əşirətinin Xatunkəhriz, Molla Xəlil, İsaxan, Dərəbəy, Yaqutxan, Söyüdlü, Hacı İslam, Bəy, Öküzbatır kəndlərində yaşadığı qeydə alınmışdır (1831-ci və 1842-ci illər)
Əhalisi
"İrəvan əyalətinin müfəssəl dəftəri"ndə 23 yaşayış məntəqəsini əhatə etdiyi qeyd olunur və həmin ərazidə cəmi 178 ailə yaşamaqda idi. Əhalisi etnik mənsubiyyətinə görə deyil, dini mənsubiyyətinə görə quruplaşdırılmışdı; böyük əksəriyyəti müsəlmanlar (azərbaycanlılar) idi.
Gəliri
Sədərək nahiyəsinin illik gəliri həmin dövrün əskinasıyla 60 660 ağça təşkil edirdi.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sədərək nahiyəsi haqqında məlumat. Sədərək nahiyəsi nədir? Sədərək nahiyəsi nə deməkdir?