Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səbuhi Qəhrəmanov (Səbuhi Adil oğlu Qəhrəmanov; 21 sentyabr 1988, Bərdə) — Azərbaycan ədəbiyyatşünası, filologiya üzrə fəlsəfə doktoru, naşir. AMEA-nın "Elm" nə

Səbuhi Qəhrəmanov

  • Ana Səhifə
  • Vikipediya
  • Səbuhi Qəhrəmanov

Səbuhi Qəhrəmanov (Səbuhi Adil oğlu Qəhrəmanov; 21 sentyabr 1988, Bərdə) — Azərbaycan ədəbiyyatşünası, filologiya üzrə fəlsəfə doktoru, naşir. AMEA-nın "Elm" nəşriyyatının direktoru, Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının kitab nəşri və kitab mədəniyyəti üzrə Elmi Şurasının üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü və Avropa Elmi Redaktorlar Assosiasiyasında bölmə sədridir. “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitənin sədri.

Səbuhi Qəhrəmanov
Səbuhi Adil oğlu Qəhrəmanov
Doğum tarixi 21 sentyabr 1988 (37 yaş)
Doğum yeri Bərdə şəhəri, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→Azərbaycan Azərbaycan
Elm sahəsi Ədəbiyyatşünaslıq
İş yeri Azərbaycan Milli Elmlər Akademiyası
Təhsili Bakı Dövlət Universiteti
N.Gəncəvi adına Ədəbiyyat İnstitutu
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Elmi rəhbəri Şirindil Alışanlı
Üzvlüyü
  • Azərbaycan Jurnalistlər Birliyi

Mündəricat

Həyatı

Səbuhi Qəhrəmanov 21 sentyabr 1988-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Gəncə şəhəri 24 saylı orta məktəbdə 1994–2005-ci illərdə təhsil almış və məktəbi fərqlənmə ilə bitirmişdir. 2006-cı ildən müxtəlif nəşriyyatlarla əməkdaşlıq etmiş, elmi və bədii kitabların, dərslik və dərs vəsaitlərinin nəşrində redaktor, korrektor və tərtibatçı kimi iştirak etmişdir.

Təhsili

Səbuhi Qəhrəmanov Bakı Dövlət Universitetində 2005–2009-cu illərdə Nəşriyyat işi və redaktəetmə ixtisası üzrə bakalavriat, 2010–2012-ci illərdə isə magistratura pilləsini fərqlənmə diplomu ilə başa vurmuşdur. 2014–2018-ci illərdə AMEA Ədəbiyyat İnstitutunda dissertanturada təhsil alaraq, "Ədəbi-tarixi prosesin problemləri və istiqamətləri (XX əsrin 20–30-cu illəri)" mövzusunda dissertasiya müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2018–2022-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə bakalavriat təhsili almışdır..

Fəaliyyəti

2011–2014-cü illərdə AMEA-nın "Elm" nəşriyyatında müxtəlif vəzifələrdə çalışmış, 2015–2018-ci illərdə AMEA Rəyasət Heyətində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olmuşdur. O, bu dövrdə elmi jurnalistikanın inkişafı və elmin təbliği sahəsində təşəbbüslərlə çıxış etmişdir. 2019-cu ildən "Elm" nəşriyyatının direktoru təyin olunmuş və nəşriyyatın fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər həyata keçirmişdir.

Üzv olduğu qurumlar

  • Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası – Elmi şura üzvü
  • Mərkəzi Elmi Kitabxananın Elmi-Metodiki Şurasının üzvü
  • Azərbaycan Jurnalistlər Birliyi üzvü
  • AMEA Gənc Alim və Mütəxəssislər Şurasının redaksiya heyətində iştirak
  • "Kitabşünaslıq və redaktor sənəti" və "METAFİZİKA" jurnallarının redaksiya heyəti üzvü
  • Avropa Elmi Redaktorlar Assosiasiyasında bölmə sədri
  • “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitənin sədri

Mükafat və təltifləri

  • “Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanı.
  • “Əkinçi” milli mükafatı.
  • Naşiri olduğu kitab beynəlxalq müsabiqədə “elm və təhsil” nominasiyası üzrə I yerə layiq görülüb.
  • AMEA-nın Fəxri diplomu

Əsərləri

  • "Bəkir Çobanzadə 1920-ci illər Azərbaycan ədəbiyyatı haqqında", məqalə, AMEA Xəbərləri (Humanitar elmlər seriyası), 2016/2, s.161-164
  • “1920-1930-cu illər ədəbi prosesində realizmin hərəkətverici rolu”, Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı, tezis, 29-30 aprel 2016, II kitab, s.1048
  • "Azərbaycan mətbuatının inkişaf mərhələləri (Sovet dövrü)". Bakı: “Sabah”, 2016, 104 səh. (P.H.Məmmədli ilə həmmüəllifli)
  • "1920-ci illərdə Azərbaycanda ədəbi təşkilatlanma: milli ədəbiyyatın inkişafının iki yolu", məqalə, “Dil və ədəbiyyat” jurnalı, 2016/3(99) s.243-246
  • "Азербайджанская литература в 1920-1930-х гг." ("Azərbaycan ədəbiyyatı 1920-1930-cu illərdə"), məqalə, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin xəbərləri (Filologiya seriyası), 2017/1(165), s.15-21
  • "1920-1930-cu illər Azərbaycan ədəbiyyatında müxtəlif yaradıcılıq üslublarının qarşılıqlı təsiri və zənginləşməsi", məqalə, Filologiya məsələləri, 2017/5, s.399-408
  • “1920-1930-cu illər Azərbaycan ədəbiyyatında yaradıcılıq metodlarının qarşılıqlı təsiri və zənginləşməsi”, Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı, tezis, 05-06 may 2017, II kitab, s.702-703
  • "1920-1930-cu illər Azərbaycan ədəbi prosesində romantizmin mövqeyi", məqalə, “Dil və ədəbiyyat” jurnalı, 2017/3(103), s.214-219
  • "1920-1930-cu illər Azərbaycan ədəbiyyatında realizm dəyərləri", məqalə, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu "Filologiya məsələləri", 2018, № 1, s.358-370
  • "1930-cu illər Azərbaycan ədəbi prosesində romantizm və realizm", (məqalə), “İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələləri” mövzusunda respublika elmi konfransının materialları, Bakı: “Elm” nəşriyyatı, 2019, səh. 240-243
  • “1920-ci illərdə Azərbaycanda ədəbi təşkilatlar”, (məqalə), “Gənc tədqiqatçı” elmi-praktiki jurnal, 2020, № 2, səh. 118-122
  • “Ömrün zirvəsində”, Bakı: “Savad”, 2021, 408 səh. (həmmüəllifli)
  • "Ədəbi-tarixi prosesin problemləri və istiqamətləri (XX əsrin 20–30-cu illəri)". Bakı: "Elm", 2022
  • “Heydər Əliyev və çağdaş ədəbiyyatda Azərbaycançılıq konsepti”. məqalə, “Dil və ədəbiyyat” jurnalı, 2023/1(121), s. 157-161

Redaktələr

  • Sevda Əhədova.Müasir dünyada mədəniyyətlərarası münasibətlər. Bakı: "Elm", 2014, 348 səh.
  • Lyudmila Səmədova. Tərcümə mətninin redaktəsi. Bakı: “Sabah”, 2016, - 124 səh.
  • Böyüş Yaquboğlu. Oyaq ola-ola gördüyüm yuxu. Bakı: “Sabah”, 2016, - 312 səh.
  • Daşqın Qənbərov. Ekologiya hüququ. Ümumi hissə. Bakı: “Sabah”, 2016, 380 səh.
  • Daşqın Qənbərov. Ekologiya hüququ. Xüsusi hissə. Bakı: “Sabah”, 2017, 260 səh.
  • Zaqatala folklor örnəkləri. I cild. Bakı: “Sabah”, 2017, - 504 səh.
  • Qəzənfər Paşayev. Hüseyn Kürdoğlunun poetik dünyası. Bakı: “Sabah”, 2017, - 288 səh.
  • Səfa Qarayev. Mifin tarixə müdaxiləsi: 21 dekabr 2012-ci il. Bakı: “Sabah”, 2018, - 204 səh.
  • Əli Səfiyev. Conversational materials. Bakı: “Sabah”, 2018, 120 səh.
  • Sərxan Xavəri. Folklor və milli mədəniyyət: funksional semantika problemləri. Bakı: Sabah, 2018, – 220 səh.
  • Hikmət Quliyev. Virtual mühitdə folklor: ənənə və kommunikasiya. Bakı: "Sabah", 2018, – 256 səh.
  • Rüfət Efendiyev. Demoqrafiya: dərs vəsaiti. Bakı: "Sabah", 2018, – 364 səh.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səbuhi Qəhrəmanov haqqında məlumat. Səbuhi Qəhrəmanov nədir? Səbuhi Qəhrəmanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Alekto (mifologiya)

  • Fevral 27, 2026

    Monqol yazısı

  • Mart 01, 2026

    Əl-İdrisi

  • Fevral 27, 2026

    Skot Edkins

  • Fevral 27, 2026

    Norat Ter-Grigoryants

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst