Səbinə Kərimova (qızlıq soyadı: Mikina; 24 oktyabr 1987, Bakı) — Azərbaycanı təmsil edən qılıncoynadan.
| Səbinə Kərimova | |
|---|---|
![]() Səbinə Kərimova 2014-cü ildə | |
| Şəxsi məlumatlar | |
| Tam adı | Səbinə Kərimova |
| Vətəndaşlığı | |
| Doğum tarixi | 24 oktyabr 1987 (38 yaş) |
| Doğum yeri | |
| Boyu | 168 sm. (5 ft 2 in) |
| İdman növü | Qılıncoynatma |
Həyatı
Səbinə Kərimova 1987-ci il oktyabrın 24-də anadan olub. 2005-ci ildən idmanla məşğul olur. Ailəlidir. Bir oğlu var.
Karyerası
Səbinə Mikina birinci uğurlarına FIE Qran-Pri turnirinin Azərbaycan mərhələlərində imza atdı. 2009-cu ildə turnirin qalibi olan Səbinə Mikina 2010-cu ildə turniri gümüş medalla başa vurdu.
Səbinə Mikina Azərbaycanı 2012-ci ilin avqustunda Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. Avqustun 1-də qadınların sablya turnirində çıxış edən Səbinə Mikina olimpiadanın 1/16 final mərhələsində Almaniya nümayəndəsi Alexandra Bujdoso ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Səbinə Mikina rəqibi üzərində 15:14 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Dünya və Avropa Çempionatlarının qalibi, son olimpiya çempionu Ukrayna nümayəndəsi Olqa Xarlan oldu. Həmin görüşdə Səbinə Mikina təcrübəli və titullu rəqibinə 10:15 hesabı ilə məğlub oldu və olimpiadanı doqquzuncu pillədə başa vurdu.
Daha sonra Səbinə Mikina 2014-cü ildə Bursa şəhərində Qran-Prinin gümüş, 2015-ci ildə İstanbul şəhərində baş tutan Qran-Prinin qızıl, Boston şəhərində baş tutan Qran-Prinin isə bürünc medallarına sahib olub.
Səbinə Mikina 2015-ci ilin 12–28 iyununda baş tutan I Avropa Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də qalib gələn Səbinə Mikina "E" qrupunu birinci sırada başa vurdu. Pley-off mərhələsində isə Səbinə Mikina 1/8 final mərhələsində Rusiya nümayəndəsi Yana Obivintsevaya 14:15 hesabı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.
Səbinə Mikina 2016-cı ilin aprelində Çexiyanın Praqa şəhərində baş tutan FIE Qran-Pri turnirinin qalibi oldu və olimpiya lisenziyasına sahib oldu.
Daha sonra Səbinə Mikina Azərbaycanı 2016-cı ilin avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Avqustun 8-də qadınların sablya turnirində çıxış edən Səbinə Mikina 1/16 final mərhələsində Tunis nümayəndəsi Azza Besbes ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Səbinə Mikina rəqibi üzərində 12:15 hesabı ilə hesabı ilə məğlub oldu və olimpiadanı 17-ci pillədə başa vurdu.
Olimpiadadan sonra evlənən, 2018-ci ildə isə ana olan Səbinə Kərimova bir müddət idmandan uzaqlaşdıqdan sonra idman formasını bərpa etdi. 2018-ci ildə Səbinə Kərimova Antalya şəhərində FIE Qran-Prisinin bürünc medalına sahib oldu.
Səbinə Kərimova 2021-ci ilin sentyabrında Bolqarıstanın Plovdiv şəhərində baş tutan FIE Qran-Pri turnirinin bürünc medalına sahib oldu. 2022-ci ilin avqustunda isə o, Konya şəhərində baş tutan V İslam Həmrəyliyi Oyunlarında mübarizə apardı. Komanda turnirində qızıl medalına sahib olan Səbinə Kərimova fərdi turniri bürünc medalla başa vurdu.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səbinə Mikina haqqında məlumat. Səbinə Mikina nədir? Səbinə Mikina nə deməkdir?
